Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülalıyevin oğluna hökm oxundu



Bu gün Xətai rayon məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə proses yekunlaşıb


Məhkəmə onu 221.1-ci (xuliqanlıq) maddə ilə təqsirli bilib və əmək haqqının 15%-i dövlətin xeyrinə tutulmaqla, 6 ay islah işlərinə məhkum edib.

Bundan başqa, cəza müddəti bitdikdən sonra Əli Gülalıyev polisin nəzarəti altında olacaq və ölkəni tərk edə bilməyəcək.

Məhkəmənin hökmünü Turan-a şərh edən Oqtay Gülalıyev hökmlə razı olmadığını və apelyasiya şikayəti verəcəyini bildirib. 

Maraqlıdır ki, oğlan əyani şöbənin tələbəsidir və əmək haqqı almır, buna görə ondan pulun necə tutulacağı aydın deyil.

Xatırladaq ki, Ə.Gülalıyev 20 dekabr 2013-cü il tarixində təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etməkdə ittiham olunurdu. İş üzrə zərərçəkmiş kimi həmin məktəbin şagirdi Bayram Sultanlı keçirdi, o, sonda şikayətindən imtina edib.

Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Qeyd edək ki, Ə.Gülalıyev özü üç gün sonra naməlum şəxslər tərəfindən döyülüb və yaralanıb, amma bu iş indiyədək araşdırılmayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar