Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
Səhər və axşam yarımadanın bəzi yerlərinə qısamüddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan PİA.AZ- a verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, günün birinci yarısında 20-23, ikinci yarısında 15-17, Bakıda isə gecə 16-18, günün birinci yarısında 20-22, ikinci yarısında 15-17 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli yağış olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişiləcəyi, ayın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi və oktyabrın 9-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.
pia.az