Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü dolu və qasırğa Göyçaya böyük ziyan vurdu


Bu gün saat 16:00 radələrində Göyçay rayonuna güclü dolu düşüb və güclü küləklə müşayiət olunan leysan yağışı yağıb


PİA.AZ APA-ya istinadən xəbər verir ki, təqribən 20 dəqiqə davam edən dolu və qasırğa təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
 
Dolu meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan vurub. Güclü külək və leysan yağışı rayonun Qarabaqqal, Hacalıkənd, Qaraxıdır, Bığır, Şəkər, Ləkçiplaq kəndlərinə böyük ziyan vurub. Evlər və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Güclü küləyin təsiri nəticəsində iri gövdəli çinar ağacları, elektrik dirəkləri aşıb, naqillər qırılıb. Rayonun enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Rayon mərkəzi və kənd yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.
 
Yerli sakinlər belə güclü dolu və qasırğanın uzun illərdir ki, Göyçayda müşahidə olunmadığını bildirirlər. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb və hazırda davam edir. Nəticədə bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq, taxıl sahələrinə ziyan dəyib. "Ağaclarda nəinki yetişməmiş meyvələr, yarpaqlar belə tökülüb. Zəmilərdə taxıl tamamilə yatıb", deyə kənd sakinləri bildirib.
 
Dolu və qasırğanın vurduğu ziyanın həcmi hələlik məlum deyil. Meyvə ağacları, pomidor və xiyar istixanaları yağan güclü dolu və külək nəticəsində tamamilə bərbad vəziyyətə düşüb. Ağacların yarpaqları və üzərində olan meyvələr tələf olub. Külək istixanaların üzərində olan sellofon örtükləri cıraraq istixanadakı tərəvəz məhsullarını yararsız hala salıb. Kənd sakinlərinin sözlərinə görə bu il rayonda kənd təsərrüfatı sahəsində məhsul çox az olacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar