Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözləri kompüter və telefondan necə qoruyaq?


Hansısa bir şəxsdə Herpes Simplex virusu (göz uçuğu) varsa, bu xəstəlik soyuq aylarda aktivləşir


Bunu "Report"a həkim-oftalmoloq Elşən İbrahimov deyib.

Onun sözlərinə görə, soyuq hava sağlam gözə zərər vermir: "Ümumiyyətlə, soyuq havada çox qalmadığımızdan gözləri xüsusi qorumağa ehtiyac yoxdur. Kompüter və telefon gözlərin yorulmasına gətirib çıxarır. Hətta kompüter və telefondan çox istifadə edilməsi uşaq və gənclərdə bəzi pozulmalar yarada bilər. Ona görə də gözləri çox yormaq doğru deyil. Uzun müddət kompüterdə oyun oynamaq, hansısa bir məqalə oxumaq gözdə yorğunluq yaradır. Bu da baş ağrısı, gözdə sulanma kimi şikayətlərə yol açır".

Həkim-oftalmoloq bildirib ki, bu cür problemlər yaşanmaması üçün 30-40 dəqiqədən bir kompüterin qarşısından durmaq, gözlərə istirahət vermək lazmdır: "Artıq məktəbdə də dərslər kompüter üzərindən izah olunur. Kompüterlər həyatımızın ayrılmaz hissəsidir. Ondan istifadə etməmək mümkün deyil. Ona görə də istifadə müddətinə əməl olunmalıdır. Müəyyən aralıqlarla kompüterin qarşısından ayrılmaq və pəncərə qarşısında uzaq məsafələrə baxmaq lazımdır. Gözlərin görmə keyfiyyətini artırmaq üçün A vitamini qəbul etmək lazımdır. Gözlər üçün faydalı olan Omeqa-3 balıqda, yumurtanın sarısında var".

E.İbrahimov həmçinin vurğulayıb ki, linzalardan istifadə edərkən mütləq gigiyenik qaydalara əməl etmək lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar