Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göygöl Mədəniyyət və Turizm şöbəsində korrupsiya faktları


Göygöl rayon Üçtəpə kənd sakini, YAP üzvü, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində çalışan Şahin Məmmədov elektron poçtumuza şikayət məktubu göndərib


Məlumata görə, Ş.Məmmədov Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Ş.Q.Hümbətovnın korrupsioner əməlləri ilə bağlə Prezident İlham Əliyevə məktub ünvanlayıb. 

MİA-nın poçtuna daxil olan məktubu olduğu kimi təqdim edirik: 

Hörmətli cənab Prezident!

Məktubumu Sizin sözlərinizlə başlamaq istəyirəm

Korrupsiyaya qarşı mübarizə bizim prioritetimizdir. Hesab edirəm ki, Azərbaycanın bu sahədə nadir təcrübəsi vardır. Əfsuslar ki, bütün keçmiş sovet respublikalarında eyni problem yaşanır.
Korrupsiya mirası ölkəmizin uğurlu inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda bir çox tədbirlər görürük, o cümlədən inzibati və təsisat islahatlarını həyata keçiririk ki, korrupsiyaya qarşı uğurla mübarizə aparaq. Onlardan biri bu yaxınlarda dövlət xidmətləri proqramının qəbul edilməsi oldu. O, il yarımdır ki, icra edilir və artıq iki milyona yaxın insan bu dövlət xidmətləri mərkəzlərinə müraciət edib və lazımi sənədləri alıb. Bu, Azərbaycanda korrupsiyanın azaldılmasına böyük təsir göstərdi.

Korrupsiya bizim Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimiz dövründə diqqət yetirəcəyimiz əsas məsələlərdəndir. Çünki bu, müalicə olunmalı xəstəlikdir. Bayaq da qeyd etdiyim kimi, bizim ölkəmiz Sovet İttifaqına daxil olan bütün respublikalar kimi, cəmiyyətimizdə dərin kök salmış korrupsiyaya görə çətin vəziyyətdə idi. Buna görə də bu bəlanın aradan götürülməsi bizim hökumətin hədəflərindən biridir. Bu olmadan bizim uğurumuz dayanıqlı ola bilməz. Ona görə də konvensiyaya qoşularaq və xüsusilə Avropa İttifaqına daxil olan ölkələrin müsbət təcrübəsindən istifadə edərək bu, Avropa İttifaqı ilə əməkdaşlığımızın bir hissəsidir, ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyim kimi, bizim icra etdiyimiz institusional tədbirlər inzibati və cəza tədbirləri ilə müqayisədə daha yaxşı nəticə verir.  
   
Hörmətli cənab Prezident!
Mən Məmmədov Şahin Şakir  oğlu  04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir . Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 07 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. İşə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini keçərək qəbul edilmişəm. Kiçik dövlət qulluqçusuyam. Dövlət qulluğu keçdiyim müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyimə görə Fəxri Fərmana laiq görülmüşəm. Sizin korrupsiyaya qarşı apardığınız qətiyyətli mövqeni daim dəstəkləmişəm. Hər zaman rüşvətxorluğa, korrupsiyaya, dövlət büdcəsinin talanmasına qarşı olmuşam və bundan sonra da olacağam.
Hörmətli cənab Prezident!
Hal-hazırda işlədiyim Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Ş.Q.Hümbətova, mən işlədiyim müddət ərzində daim korrupsiya əməlləri ilə məşğul olur. Belə ki, şöbəyə alınan inventar və avadanlıqlar, dəftərxana ləvazimatları, şöbə üçün görülməli olan işlərin dəyəri, təmir-tikinti işləri üçün ayrılan vəsait dəfələrlə artıq qiymətə sənədləşdirilir.
Bunlara misal olaraq:

Kompyuter dəsti " Casper" --------    satış qiyməti    400-500  manat olduğu halda  1380  manat kimi sənədləşdirilir.

Kompyuter dəsti   "LC"         -------     satış qiyməti    400-500  manat olduğu halda  1320  manat kimi sənədləşdirilir.

Notebook "Casper"              --------    satış qiyməti    500-600  manat olduğu halda  1246  manat kimi sənədləşdirilir.

Dinakort                                   ---------    satış qiyməti    1800-2000  manat olduğu halda  4066  manat kimi sənədləşdirilir.

Stul                                         ---------    satış qiyməti     25-30         manat olduğu halda    56 manat kimi sənədləşdirilir.

Şkaf                                       ----------    satış qiyməti      150-180   manat olduğu halda   400-450 manat kimi sənədləşdirilir

Tozsoran                               ----------   satış qiyməti     130-150  manat olduğu halda      256 manat kimi sənədləşdirilir.

Telefon aparatı                    ----------    satış qiyməti      8-10       manat olduğu halda       25-30 manat kimi sənədləşdirilir.

Stul 3 yerlik                            ---------    satış qiyməti    100-120   manat olduğu halda     210 manat kimi sənədləşdirilir.

Xalça 3*5                               ---------     satış qiyməti     200 -230  manat olduğu halda  482  manat kimi sənədləşdirilir.

Tefal                                        ---------    satış qiyməti     12-15   manat olduğu halda       35-40 manat kimi sənədləşdirilir

Kağız                                      ---------     satış qiyməti     3.5 manat olduğu halda   6 manat kimi sənədləşdirilir.

Qələm                                     ---------    satış qiyməti     0.05 manat olduğuhalda  0.20 manat kimi sənədləşdirilir.

Xətkeş                                     ----------   satış qiyməti     0.10 manat olduğu halda   0.40 manat kimi sənədləşdirilir.

Pozan                                       ----------  satış qiyməti     0.10 manat olduğu halda   0.40 manat kimi sənədləşdirilir.     
                            
Gündəlik                                   -----------satış qiyməti     1.5 manat olduğu halda     3 manat kimi sənədləşdirilir

Süpurgə                                 ----------    satış qiyməti      2 manat olduğu halda       4 manat kimi sənədləşdirilir.

Alınan inventar və avadanlıqların onlarla , yüzlərlə olduğunu nəzərə alsaq mənimsənilmiş vəsaitin nə qədər çox olduğunu yəqin etmək olar.

Mən bütün bunlarla bağı müraciət etməyimə baxmayaraq mənə bütün bu qiymətlər Dövlət satınalmaları haqqında qanunla tənzimlənən qiymətlərdir deyirlər. Mən anlaya bilmirəm ki, məqsədi dövlət büdcəsindən ayrılan vəsaitlərin qənaətlə istifadəsini təmin edən bir qanun və ya qurum dövlət büdcəsinin vəsaitinin belə bədxərcliklə xərclənməsinə icazə versin. Necə ola bilər ki, bir inventar dəyərinin 3-5 qat artıq qiyməti ilə alınsın və bu qanunla tənzimlənsin. Üstəlik bütün alqı satqı əməliyyatları pul ələ dəymədən həyata keçirilməli olduğu halda xanım Ş.Q.Hümbətova  Gəncə şəhərindən həmin məhsulları nəğd pulla gedib  alıb gəlir.  Mən bu qiymətlərin niyə bu qədər artıq yazıldığını Şərqiyyə xanımdan şoruşanda o həmişə mənə deyərdi ki, "HƏRƏNİN ÖZ FAİZİ VAR".
 Mədəniyyət obyektlərinin xalçalarının, pərdələrinin yuyulması eləcədə vaxtaşırı  elektrik naqillərinin dəyişdirilməsi üçün ƏDİRƏF MMC və ZAUR MMC kimi MMC-lərlə müqavilələr imzalanır, onların hesabına pul köçürülür əslində isə heç vaxt həmin işlər görülmür. Bundan başqa xanım Ş.Q,Hümbətova hər ay 8-10 nəfər mədəniyyət işçisini guya Bakı şəhərinə göndərir və onlar üçün ezamiyyət vərəqləri yazılır halbuki onlarda heç biri Göygöl rayonunu tərk etmir, hər birinə üç günlük ezamiyyət pulu yazılır və daha sonra həmin pullar həmin şəxslərdən xanım Ş.Q.Hümbətova tərəfindən yığılır. Bunu sübut etməyin ən asan yolu həmin ezamiyyətə "gedənlərin" gediş gəliş biletlərinin həmin tarixə uyğunluğunun və onların Bakı şəhərində harada "qaldıqlarını" yoxlamaqdan keçir.

Hörmətli cənab Prezident!

         Mənim Sizə müraciətimlə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr gəlib göstərilən məsələləri yoxlamağa başladılar. Yoxlama gəlmədən öncə Vətəndaşların müraciətlərinə baxılması haqqında qanunda qadağan olunmasına baxmayaraq  həmin qanunda göstərilir ki,  vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən ( hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır. Nazirlikdən gələn yoxlama Göygöl rayonuna çatmadan günlər öncədən xanım Ş.Q.Hümbətova artıq nə ilə ittiham olunacağını bilirdi və buna uyğun hazırlıq işlərini tamamlamışdı, lazım olan sənədləri hazırlamışdı. Yoxlama yalnız iki-üç məsələyə baxdıqdan sonra diğər məsələlərə bizim baxmaq hüququmuz yoxdur dedilər. Mən isə qeyd etdim ki , baxmaq hüququnuz yoxdursa müfafiq qurum gəlib baxsın lakin bu sözlərimə əhəmiyyət verilmədi. Bundan başqa mən korrupsiya hüquqpozması ilə bağlı müraciət etdiyimə görə, yuxarı orqanlarla əməkdaşıq etdiyimə görə göstərdiyim faktları araşdırmaq əvəzinə mənim işdən azad olunmam üçün Şura iclası keçirilməsinə qərar verildi. Əslində xanım Ş.Q.Hümbətova həmin iclasa hazırlıqları əvvəlcədən yekunlaşdırmışdı. Belə ki, öz vəzifə səlahiyyətlərindən istifadə edərək, işçilərə təzyiq göstərərək mənim əlehimə fikirlər səsləndirmələrini bildirmişdi. Buna baxmayaraq Sura iclasında iştirak edənlərin əksəriyyəti mənim gənc, savadlı biri olduğumu, hər kəslə mehriban münasibət saxladığımı qeyd etdilər. Yalnız şöbə müdirim xanım Ş.Q.Hümbətova mənim barəmdə mənfi fikirlər səsləndirdi. Baxmayaraq ki, mən şöbə müdirimin qanunsuz fəaliyyəti ilə bağlı müraciət etdiyim günədək barəmdə heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdi. Baxmayaraq ki, xanım Ş.Q.Hümbətova mənim kuratorum olub və sınaq və staj müddətlərimlə bağlı müsbət rəy verib. Baxmayaraq ki, mənim kiçik dövlət qulluqçusu ixtisas dərəcəsini almağım üçün rəy verib. Bütün bunlara baxmayaraq mən şöbə müdirimin qanunsuz fəaliyyəti ilə bağlı müraciət edən kimi birdən-birə pis birisinə çevrildim. Haqqımda "şikayətlər", "aktlar"  yazıldı. 25.06.2014-cü il tarixdə keçirilən Şura iclasının bir məqsədi vardı o da məni işdən azad etmək. İndi işdən azad olmam barədə təqdimatım Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə təqdim olunacaq cənab Nazirin hansı qərar qəbul etməsindən aslı olmayaraq həmin qərara hörmətlə  yanaşacam.

Hörmətli cənab Prezident!

Mənim işdən azad olunmağımla bağlı Əmr olmamasına baxmayaraq xanım Hümbətova öz şəxsi şirkətini idarə edirmiş kimi, istədiyini istədiyi kimi edə biləcəyini düşünur. Məni demək olar ki,  işdən azad edib. Məni şöbənin bütün işlərindən uzaqlaşdırıb. Ən qəribəsi isə xanım Hümbətova bu işləri edərkən heç nədən çəkinmir. Xanım Hümbətovanın dövlətimizin qanunlarına heç bir hörməti qalmayıb. Əks təqdirdə o, mən işdən çıxarılmadığım halda, mənim hüquqlarımı bu qədər tapdalamazdı. Öz şəxsi işimlə bağlı məlumat almaq istəyirəm mənə heç bir məlumat vermir. Ümumiyyətlə mənim öz şəxsi sənədlərimə baxmağıma icazə vermir. Mən nə edəcəyimi bilmirəm, kimə müraciət edəcəyimi bilmirəm. Düzgün bildiyim bir hadisəni məlumat verdiyimə görə bu qədər təzyiqlərlə üzləşirəm.

Sizdən xahişim mən işdən azad olunsam belə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Ş.Q.Hümbətovanın qanuna zidd əməllərinin üzə çıxarılmasında mənə köməklik etməyinizdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin maliyyə əməliyyatlarını  yoxlamaq hüququ yoxdur. Sizdən xahiş edirəm Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin yoxlanılması üçün müvafiq qurumlara göstəriş verəsiniz . Mən Sizin ölkəmizdə gənclərə göstərdiyiniz diqqət və qayğını daim hiss etmişəm.  Əminəm ki, bundan öncəki müraciətimə baxdığınız kimi bu müraciətimə də baxacaqsınız.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar