Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda xaraba qalan tarixi bina və məmurun dəbdəbəli villası


Tarixi binanın restevrasiyasına ayrılan büdcə pullarına Salahov özünə imarət tikdirib?


Göyçayın Səməd Vurğun küçəsindəki 5 nömrəli uşaq bağçası tarixi bina hesab olunur. Bu bağça Göyçay Mədəniyyət və Turizm İdarəsinin, Göyçay Təhsil Şöbəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin laqeyd münasibəti ucbatından hazırda bərbad vəziyyətdədir.

Bu barədə 24saat.org-a verilən məlumata görə, bu binanın qonşuluğunda isə Göyçay şəhər icra nümayəndəsi Murtuz Salahovun dəbdəbəli evi yerləşir. Rayon sakinləri və bu tarixi bina ilə qonşuluqda yaşayanlar isə bu nəzarətsiz, uçulmuş binadan gəmiricilərin və başqa ziyanverici həşəratların ətrafa yayılmasından narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, şəhər icra nümayəndəsini bu vəziyyət qətiyyən narahat etmir. Çünki malikanəsinə bu həşəratların keçməyəcəyindən arxayındır. Göyçay icra başçısı Mübariz Ağayev isə tarixi bina barəsində heç bir tədbir görmür.

Amma M.Salahovun villası bu binanın yanında göz qamaşdırır. Görünür, elə binanın restevrasiyasına ayrılan büdcə pullarına Salahov özünə imarət tikdirib. Bu belə olmasa da, 24saat.org-un M.Salahovla bağlı araşdırmaları zamanı da ortaya ilginc faktlar çıxıb.

Belə ki, redaksiyamıza Göyçay şəhər icra nümayəndəsi Murtuz Salahova aid obyektlərin fotoları da daxil olub. Bu obyektlər hazırda yüksək qiymətə bank və mebel satışı üçün icarəyə verilib. Ən qəribəsi isə budur ki, M.Salahov bir məmur kimi mənfi reputasiyalı keçmişə malikdir. Belə ki, bu şəxs uzun müddət Göyçay Qaz İstismar İdarəsinin müdiri vəzifəsində çalışıb və 2014-cü ilin sonlarında vəzifəsindən kənarlaşdırılıb. M.Salahovun vəzifədən kənarlaşdırılmasının əsas səbəbi onun işdə yol verdiyi qanunsuzluqlar və rayon ərazisindəki qaz borularının kəsilərək satılmasına rəhbərlik etməsi olub.

Sonuncu fakt xeyli dərəcədə ictimailəşib və dövlət əmlakını talama maddəsi ilə cinayət işi də qaldırılıb. Amma hansı möcüzə nəticəsində isə M.Salahov cəzadan yayınıb və nəinki cəzadan yayınıb hətta şəhər meri postu ilə “mükafatlandırılıb”. 

24saat.org-a daxil olan məlumata görə M.Salahovun oğlu da rayonda vəzifə sahibidir. 

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

<a href=Göyçayda Murtuz Salahov kabusu...">

<a href=Göyçayda Murtuz Salahov kabusu...">

<a href=Göyçayda Murtuz Salahov kabusu...">

<a href=Göyçayda Murtuz Salahov kabusu...">

<a href=Göyçayda Murtuz Salahov kabusu...">

<a href=Göyçayda Murtuz Salahov kabusu...">

<a href=Göyçayda Murtuz Salahov kabusu...">

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar