Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda görünməmiş özbaşınalıq


Mənsur Məmmədov AR Konstitutsiyasına və Ali Məhkəməsinə qarşı özünün mütləq iradəsini qoyub


Mənsur Məmmədovdan prezidentə şikayət; icra başçısı ölkə Konstitutsiyasını və Ali Məhkəməninin qərarını heçə sayır: Göyçay rayonu Cəyirli kəndinin icra nümayəndəsi və bələdiyyə sədri olan Fərhad və Fuad Nəbiyev qardaşları kənd sakinlərinin pay torpaqlarını başqa şəxslərə satıblar; Ali Məhkəmə kənd sakinlərinin mülkiyyət hüquqlarını bərpa etsədə, Göyçayın icra başçısı Mənsur Məmmədov kəndlilərin pay torpaqlarını geri qaytarılması üçün Ali Məhkəmənin qərarının icrasına imkan vermir…

Göyçay rayonu Cəyirli kənd sakinləri icra başçısı Mənsur Məmmədovun özbaşınalıqları ilə bağlı ölkə prezidenti İlham Əliyevə şikayət ünvanlayıb. Şikayətçilər həmçinin prezidentdən onları qəbul etməsini xahiş edirlər.

PİA.AZ-a daxil olan şikayət məktubunda Cəyirli kənd sakinləri bildirir ki, Göyçay rayon İcra Hakimıyyətinin  başçısı Mənsur Məmmədov onları qanunu əmlak pay torpaqlarına əl qoyub. Artıq bir neçə ildir ki, kənd sakinləri özlərinin pay torpaqlarından istifadə edə bilmirlər. Belə ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı, Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev (bir kənnddə iki qardaşın icra nümayəndəsi və bələdiyyə sədri vəzifələrini tutması analoqu olmayan qanunsuzluqdur. Red.) kəndlilərin pay torpaqlarını ayrı-ayrı adamlara satıblar. Hətta Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin sədri Nofəl Fərzəliyevin vasitəsi ilə həmin şəxslərə saxta sənədlər verib. Bütün bu özbaşınalıqların arxasında isə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayandığı artıq sübut olunub.

Şikayətçilər qanuni əmlaklarını geri qaytarmaq üçün bütün məhkəmə instansiyalarından keçiblər. Nəhayət Ali Məhkəmə  06 .09.2012-ci il tarixli 2(102)-2617/2012 saylı qərarı ilə Cəyirli kənd sakinlərinin hüquqlarını bərpa edib və onları mübahisəli mülkiyyətin tam sahibi olaraq tanıyıb. Lakin aradan iki ildən artıq keçməsinə baxmayaraq, kəndlilər öz pay torpaqlarını əkə bilmirlər. Çünki icra başçısı Mənsur Məmmədov şikayətçilərə açıq şəkildə bildirib ki, bu məsələ ilə bağlı Ali Məhkəmə yox, ancaq o qərar verə bilər. Hazırda kənd sakinləri ölkə prezidenti ilə görüşmək və inanılmaz özbaşınalığı ortadan qaldırmaq məqsədi ilə Prezident Adminstrasiyasına müraciət ediblər.

Qeyd edək ki, vətəndaşların mülkiyyət toxunulmazlığı Azərbaycan Respublikasının Konstitutsiyasının əsas müddalarına aiddir. 

Maraqlıdır, Azərbaycan Respublikasının Konstitusiasını və Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarını bir heç sayan və bu iki ali hüquq və ədalət qurumu üzərində öz iradəsinin mütləqliyini elan edən icra başçısı nəyə  və kimə arxalanır?..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar