Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib
Trend-in məlumatına görə, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Kənd sakini, 1994 -cü il təvəllüdlü Yusifzadə Ulvi Yaşar oğlu naməlum şəraitdə bıçaqlanıb.
Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
pia.az