Göyçay rayonunda piyadanı maşın vurub
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.
Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızı yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az