Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçay sakini itkin düşüb


Rayon Polis Şöbəsindən verilən məlumata görə, Göyçay sakini, 1969-cu il təvəllüdlü Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-də evdən çıxaraq bir daha geri qayıtmayıb


Ailə üzvləri bu barədə Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Onun harada olması barədə 10 gündür ki, heç bir məlumat yoxur. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar.

Ehtimal olunub ki, Sərdar Abdullayev intihar etmək məqsədilə özünü kanala atıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları cəlb olunub. İki övlad atası olan Sərdar Abdullayevin meyidi kanalda 5 gün axtarılıb və onun kanala düşərək ölməsi faktı öz təsdiqini tapmayıb. Ehtimal edilir ki, Sərdar Abdullayev sağdır və hazırda haradasa yaşayır. Kanalın kənarına onun paltarının kim tərəfindən atılması faktı araşdırılır. Sərdar Abdullayevin atası Xanlar Abdullayev oğlunun tez-tez intihar edəcəyi ilə bağlı məlumat verməsini bildirib . O, bunun səbəbini özünün şəxsi mağazasında geyim əşyalarının satışı ilə məşğul olan oğlunun və onun həyat yoldaşının bir çox adama pul borcunun olması ilə əlaqələndirib.

Məlumata görə Sərdar Abdullayev aprelin 8-də evdən çıxarkən əynində qara şalvar, qara jaket, qara ayaqqabı olub. Onu görən və harada olması barədə məlumatı olan şəxslərin Göyçay rayon Polis Şöbəsinə məlumat verməsi xahiş olunur.(qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar