Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçay Qaz İdarəsində daha bir özbaşınalıq


"400 manat, boru alveri, müqaviləsiz sayğaclardan axan qaz" - Murtuz Salahovun İdarəsi


Bundan əvvəl də bu barədə  redaksiyamıza göndərilən məlumatlar əsasında yazılar dərc olumuşdu. Söhbət Göyçay Qaz İstismar İdarəsindən və onun rəisi Murtuz Salahovdan gedir.

Rayondakı mənbənin göndərdiyi məlumatda qeyd olunur ki, Göyçay rayonunun kəndlərində istismar müddəti bitmiş qaz borularının xeyli hissəsi,  kəsilərək, metal qəbulu müəssisələrinə satılır, qalan qismi isə rəsmiləşdirilir. Satışa Murtuz Salahovun, birbaşa, özünün nəzarət etdiyi bildirilir və pullar da özünə çatır. 
Digər bir məlumatda adı bəlli olmayan qaz çəkilişini həyata keçirən təmir-tikinti şirkətinin Çingiz adlı əməkdaşı, Murtuz Salahovun göstərişinə əsasən, vətəndaşların evinə sayğac quraşdırılması müqabilində onlardan pul alınaraq bölüşdürüldüyünü deyir.

Mənbənin sözlərinə görə, yaxın günlərdə Göyçay rayonunun Müskürlü kəndində boru satışı əməliyyatı həyata keçirilib və idarənin Elşən adlı traktorçusu kəsilən metalları lazım olan yerlərə çatdırıb. Mənbə kəsilən boruların kiçik bir hissəsinin fotoşəkillərini də Aktual.az-ın e-mailinə göndərib.

Bundan əlavə verilən informasiyada layihəsiz qaz çəkilməsi, sayğacların quraşdırılması və bunların  müqabilində abonentlərdən pul yığılması faktı da qeyd olunur. 

İddia olunur ki, bir neçə gün əvvəl Göyçay rayonunun H. b.Zərdabi küçəsində yoxlama zamanı abonentlər Fəzilə Eyyubova və Tubə Abdullayevanın mənzillərində sayğacdankənar qaz xəttinin olduğu məlum olub. Mənbənin sözlərinə görə, Göyçay Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov vətəndaş Tubə Abdullayevadan aldığı 400 manat pul müqabilində məsələni ört-basdır edib və abonentə akt yazılmayıb. Fəzilə Eyyubova isə  rüşvət vermədiyi üçün akt tərtib olunub.  

Qeyd edilənlərlə bağlı Murtuz Salahovun da mövqeyini öyrəndik. Onun dediklərini olduğu kimi diqqətinizə çatdırırıq:

"Göyçayın Müskürlü kəndində istismar müddəti başa çatan qaz boruları bu gün kəsilərək "Azəriqaz" İB-nin müvafiq məktubuna uyğun olaraq, "Standart-2005" MMC-yə təhvil verilir. Orada heç bir satış aparılmır. Hazırda həmin ərazidə işlər gedir. Digər kəndlərdə də istismar müddətini başa vurmuş qaz boruları kəsilib təhvil verilir. 
Sənədsiz sayğaclara gəlincə, əgər elə bir fakt varsa, yerində araşdıra bilərik. Bu ilin sentyabr ayından bəri biz qazlaşma işi aparmırıq. Qazlaşmanı lisenziyası olan təmir-tikinti şirkətləri həyata keçirir. Bunu vətəndaş öz istəyinə uyğun seçir. Mənim onların işinə müdaxilə etmək hüququm yoxdur". 
REDAKSİYADAN:  2014-cü il  noyabrın 1-də saytımızda yayımlanan "Göyçay Qaz İstismar İdarəsindəki qanunsuzluqların şok təfərrüatı" başlıqlı məqalədə Murtuz Salahov ona məxsus obyektdə qaz idarəsi əməkdaşlarının işlədilməsi və idarənin avtomobilindən istifadə olunması  faktlarını təkzib etmişdi. 

2014-c ü il  noyabrın 18-də saytımızda dərc olunan "Göyçay Qaz İstismar İdarəsi müdirinin yalanları ifşa olundu" başlıqlı məqalədə isə Göyçay Qaz  İstismar İdarəsinə məxsus avtomobildən müdirin şəxsi obyektinə yük boşaldılmasını əks etdirən fotolar və rəsmi sənəd öz əksini tapmış, beləliklə, idarə müdirinin yalan danışdığı ortaya çıxmışdı.   

Aktual.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar