Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçay İcra Hakimiyyəti mərkəzi bazarı bağladı


Göyçay Rayon İcra Hakimiyyəti rayonun mərkəzi bazarını bağlayıb


 İllərdir burada ticarətlə məşğul olan şəxslərə icra başçısının yeni açdığı bazara köçmək təklif olunub. 

Lakin bu təkliflə və şərtlərlə razılaşmayan ticarətçilər bu gün səhər bazarın daşla hörülən qapısını dağıdıblar.

Bu barədə virtualaz.org-a şikayətçilər özləri məlumat veriblər. Onların sözlərinə görə, icra başçısının göstərişi ilə öz yerlərindən məcburi şəkildə çıxarılırlar: “Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonda digər bir ünvanda təzə bazar açıb və bizə də hələ bir neçə ay əvvəldən ora köçmək təklif olunub. Amma orda alver eləmək bizə sərf eləmir. İllərdir burada ticarətlə məşğuluq, yerimizdən narazılığımız yoxdur. Dünən axşam da gətirib bazarın girişini daşla hörüblər. Biz niyə öz yerimizdən didərgin düşməliyik ki?”, - deyə sakinlər şikayət edirlər.

Şikayətçilər bildirirlər ki, dəfələrlə icra hakimiyyətinə etiraz etsələr də, onları dinləyən olmayıb. Bu gün Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gəlsələr də, şikayətçilər onları qovublar.

Problemi araşdırmaq üçün Göyçay Rayon İcra Hakimiyyətinin birinci müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətovla əlaqə saxlasaq da, heç bir məlumat əldə edə bilmədik. Məlum oldu ki, rayonda baş verən proseslərdən icra hakimiyyətində xəbərsizdirlər. “Mənim bu barədə heç bir məlumatım yoxdur”, - deyə icra rəsmisi bildirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar