Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboydakı qətliamın təfərrüatları


Ölkəni şoka salan cinayətin sensasion detalları; Qayınatasının evinə gecəyarı qumbara atıb 7 qohumunu öldürən Rafiq Hüseynovu bu cinayətə sövq edən səbəblər üzə çıxır; “Yeni Müsavat”ın əməkdaşları qan gölünə dönən evdən yazır...



Oktyabrın 1-i, sübh saat 4:00 radələrində Goranboyda dəhşətli qətliam baş verib

 Rayonun Səfikürd kəndində yerli sakin Rafiq Hüseynov əl qumbarası və odlu silahla qayınatasının evinə hücum edərək, 5-i qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Bu tükürpədici cinayət ailədaxili münaqişə zəminində baş verib, öldürülənlər arasında həyat yoldaşı Südabə Hüseynova da var. 

*   *   *

Evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslərin adları bunlardır: 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov. 

Onlar qatilin həyat yoldaşının qohumlarıdır. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Natiq və Namiq öldürülən gəlinin qardaşları olub. “Yeni Müsavat”ın reportyor qrupu dərhal kəndə yollanıb və hadisənin təfərrüatlarını araşdırıb. 

“Hamınızı yer üzündən siləcəyəm” - qatilin son sözü


***
...Səfikürd kəndində hər kəs bu terrorun şokunu yaşayır. Hadisənin baş verdiyi mənzildə otaqların altı üstünə çevrilib. Qatilin evə əl qumbarası atması nəticəsində 5 nəfər bir otaqda tələf olub, digər otaqda olan iki nəfəri isə əlindəki tüfənglə öldürüb. Natiq isə ona müqavimət göstərərək yaralı vəziyyətdə evdən çıxarıb.

Bununla qane olmayan R.Hüseynov üç yaşlı körpənin də başından güllə ilə vurub öldürüb. Otaqların döşəməsi qan gölməçəsinə dönüb, güllələr pəncərələrin şüşələrini çilik-çilik edib, otaqlarda yorğan-döşək dağılıb tökülüb. 

Hadisə baş verən evin həyətində isə qohum-qonşu toplaşıb, qətliamın səbəblərini danışırlar. Hadisə baş verən yerə çatan qonşulardan biri elə zənn edib ki, qaz partlayıb. Evə girəndə hər yerdə cəsəd, qan gölü görüb. 

Kənd sakinlərinin sözlərinə görə, qatil hadisədən qabaq qayınatası evinə zəng edərək “hamınızı yer üzündən siləcəyəm” deyərək təhdid edib. 

Səfikürd sakinləri deyirlər ki, Rafiq qaraqabaq bir adam olub, ayaqqabı tikməklə məşğul imiş. Bu, onun həyatında ikinci evliliyidir. İlk ailəsi ilə cəmi 8 ay yaşayıb. Öldürdüyü həyat yoldaşı ilə 1 ay 4 gün əvvəl nikaha girib. 

Camaatın dediyinə görə, arvadı ilə arasında mübahisə olub. Səbəb isə arvadının onun istədiyi ayaqqabını səhv gətirməsi olub. İkinci mülahizə isə onların evinə arvadının əmisi oğlunun gəlməsidir. 

R.Hüseynovun arvadı evə qonaq gələn əmisi oğlu ilə öpüşüb-görüşüb. 
Bu da onun xoşuna gəlməyib və arvadının qohumunu döyüb. Sonra isə arvadını vəhşicəsinə döyməyə başlayıb. Südabə Hüseynova ölümünə döyüldükdən sonra atası evinə qaçıb. Burada isə onun qohumları da olublar. Rafiq “hamınızı yer üzündən siləcəyəm” dedikdən sonra gecəyarısı qayınatası evinə gələrək kütləvi qətl törədib.

*   *   *

Yas məclisi qurulan həyətə də baş çəkib, hadisənin detallarını öyrənirik. S.Hüseynovanın qohumu olan Allahverdi Allahquliyev deyir ki, Rafiqin etdiyi cinayət ağlasığmazdır: “Südabəni başından vurub, sonra qaynı Namiqi öldürüb. 

Uşağın gözünə qəlpə girib, özüm gördüm. Yaralıların da vəziyyəti çox pisdir. Bu manyak üç ailəni məhv etdi. Üç ailəni gülləbaran etmək nə deməkdir? Adam, deməli, hazırlıqlı gəlib".

A.Allahquliyev bildirdi ki, ailədə kimsə qalmayıb, yas məclisini rayon icra hakimiyyəti təşkil edib: “Gör necə qəddar adamdır ki, körpəni də vurub. Bütün nəsli məhv etdi. Heç kim ailədə qalmadı. Bir ailədən dördü ölüb, biri yaralıdır”.

Onu da deyək ki, yas yerində kənd icra nümayəndəsi Eldəniz Həsənəliyev də var idi, məclisin təşkilinə rəhbərlik edirdi. Yas mərasimində rayonun icra başçısı, polis rəisi iştirak ediblər, köməklik göstəriləcəyini bildiriblər. Bakıdan istintaq qrupu da kəndə gəlib, qatilin yaşadığı evin önündə polis postu qoyulub.

*   *   *
R.Hüseynov 7 nəfəri öldürdükdən sonra qonşusuna da hücum çəkib, ona güllə atıb. Xoşbəxtlikdən güllə qonşusu Aydın Yusifovdan yan keçib: “5-6 ay qabaq onun atası ilə aramızda məhkəmə çəkişməsi vardı. Guya onların yoluna çəpər çəkmişəm, yolu bağlamışam. Özü ilə heç bir əlaqəm yox idi. Deməli, 7 nəfəri öldürüb, ikisini ağır yaralayıb, hirsi soyumayıb. Əvvəlcə gəlib qardaşımı çağırıb, deyib xəstə uşaq var, təcili həkimə çatdırmaq üçün maşın istəyib. Qardaşım deyib ki, maşın texniki baxışdan keçməyib. O da gəlib məni çağırdı. Sübh saat 5-in yarısı idi, qapını döydü. Yuxulu vəziyyətdə oyandım, bayıra çıxdım, dedi ki, uşaq xəstədi, maşın lazımdı, elə bunu deməklə güllə atmağı bir oldu. Güllə yanımdan keçib, darvazaya dəydi. Tez içəri qaçdım, qapını arxadan bağladım. 

Başladı qapını təpikləməyə. Sonra gedib qardaşımın həyətinə güllə atdı. Yəqin fikirləşib ki, həbs olunacaq, birdəfəlik bizimlə də haqq-hesab çəkmək istəyib. Allah üzümə baxdı ki, güllə yan keçdi. Əgər qardaşımı və məni də vursaydı, o yaralı iki nəfər də ölsəydi, bir gecəyə 11 adam öldürmüş olacaqdı".
 
*   *   *

Qatilin birinci qayınatası, Aydının qardaşı Raqif Muxtarov keçmiş kürəkəni haqda bunları danışdı: “Mənim qızımla 2007-ci ildə ailə qurmuşdu. Haradasa 8 ay evli olublar. Bu müddətdə mən rayonda olmamışam. Sonra öyrəndik ki, qızıma işgəncə verib, döyürmüş, əlini isti suya salırmış, başına vururmuş. Mən bunları bilmirdim. Ondan sonra qızımı ayırdım. 

Adam deyil, psixdir, xəstədir. Mən bu işgəncələrdən xəbər tutanda Rafiq Moskvaya qaçdı. Biz onlarla qohumuq, əmi oğlu sayılırıq. Ağlı başına adam bunları etməz. Mənim qızıma olmazın işgəncələr verib. İndi bir aydır ki, evlənmişdi, üç ailənin həyatına qəsd etdi. Cinayəti eləyəndən sonra təslim olmaq istəməyib. Evə gələndə qardaşı əlindən silahı alıb, polisə aparıb".

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.(musavat)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar