Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrükçülər külli miqdarda qızıl məmulatı müsadirə edib


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Balacayev Səməd Məhəmməd oğlu gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan o, baqajının içərisindəki mallarının yoxlanılması və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı Səməd Balacayevə məxsus çamadanın içərisindəki paltarların arasından, kiçik həcmli parça və sellofan paketlərin içindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və yazılı formada bəyan olunmayan, bəzilərinin üzərlərində qaşlar olan 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzərində "POCCИЯ 50г золото 999,9 N M4.9365" sözləri həkk olunmuş külçə, 1ədəd üzərində "Tiffany 8 Co. 1995 İtaly" sözləri həkk olunmuş qolbaq, sırğa, üzük dəsti və 5 ədəd kolye aşkar edilib.
 
Aşkar olunan əşyalarla bağlı fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin olunub və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən, ekspertizaya təqdim edilən 1 ədəd üzüyün metal hissəsi 585 əyarlı qızıldan, 1 ədəd külçə 999 əyarlı qızıldan, digər zərgərlik məmulatlarının metal hissələri 750 əyarlı qızıldan hazırlanıb, ümumi çəkisi 519,32 qram təşkil edir və məmulatlarin qaşları brilliantdır.
 
Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar