Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük rəisinin həbsinin təfərrüatları


Türkiyə polisi Mirməhəmməd Seyidovu bir ildir izləyirmiş, Naxçıvanla sərhəddə keçirilən əməliyyat üç nazir oğlunun həbsi ilə müşaiyət olunan əməliyyatın bir hissəsidir


Dünən dekabrın 17-də Türkiyəni silkələyən şok həbs dalğasının bir ucu da Azərbaycanı vurub. Xəbər verildiyi kimi Türkiyə polisinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində irimiqyaslı əməliyyat keçirib. Virtualaz.org Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, yüzlərlə polisin iştirak etdiyi əməliyyat zamanı 17 gömrük məmuru, o cümlədən Sədərək gömrük xidmətinin rəisi Mirməhəmməd Seyidov həbs edilib.

Türkiyə mətbuatı yazır ki, Dilucu sərhəd-keçid məntəqəsində keçirilən əməliyyat İstanbulda 3 nazir oğlu da daxil olmaqla 50-dən çox məşhur iş adamının və yüksək vəzifəli məmurun həbs edilməsi əməliyyatının bir hissəsi olub. Dekabrın 17-də səhər saatlarında başlayan əməliyyat Naxçıvan gömrüyünün əsas strukturlarından birinin-Sədərək gömrüyünün rəisinin həbs olunması ilə müşaiyət olunub. Xəbərlərə görə Mirməhəmməd Seyidov İstanbuldan  təyyarə ilə Qarsa uçub və Qars aerportunda təyyarədən enəndə onu yerli polisin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları “qarşılayıb”. Əlləri qandallanan gömrük rəisi dindirilmək üçün Qars polis idarəsinə aparılıb. Polisdən gömrük rəisinin həbsi ilə bağlı açıqlama verilməyib, ancaq hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib ki, Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb.

Türkiyə mənbələri xəbər verir ki, Emniyyət Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməliyyatçıları 1 ilə yaxındır Mirməhəmməd Seyidov da daxil olmaqla Naxçıvanla sərhəddəki gömrük məntəqəsində işləyənləri izləyirmiş. Həbs olunanların telefon danışıqları dinlənilib və hərəkətləri izlənilib. Seydovun İstanbula hansı məqsədlə getdiyi məlum deyil. Ancaq istisna deyil ki, gömrük rəisinin Türkiyəyə hansısa iş üçün dəvət edilməsi onun həbsi üçün qurulmuş əməliyyatın bir hissəsi olub.

Xəbərə görə polis basqını görən türkiyəli gömrük məmuru içərisində 71 min TL məbləğində valyuta olan paketi pəncərədən küçəyə atıb. Əməliyyat Dilucu sərhəd-keçid məntəqəsi, İğdırda və Aralıq qəsəbəsində 280 polisin iştirakı ilə keçirilib. Həbs olunanlardan biri qadındır, 7-i gömrüm işçisi, 10 nəfər isə nəqliyyat firmalarının sahibləridir. Həbs olunanların evlərində və iş yerlərində axtarış aparılıb. Nəqliyyat firmalarının sahiblərinin evlərindən yüz minlərlə dollar, çoxlu sayda imzalı, ancaq üzərində məbləğ göstərilməyən ödəmə sənədləri, neft məhsullarının qaçaqmalçılığını təsdiqləyən sənədlər və silah tapıblar.

İlkin dindirmə zamanı bəzi gömrük məmurları iddia ediblər ki, rüşvəti məcburən alıblar. Çünki nəqliyyat firmasının sahibləri rüşvət almayan gömrük məmurlarını döydürürmüş. Saxlanılanlar bu gün məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, uzun illərdir Naxçıvandakı Sədərək gömrüyü qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan olaraq qalır. Sədərək gömrüyünün keçmiş rəisi “Laba”nın əməlləri barədə mətbuat uzun illər boyu yazıb. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə benzin və dizel yanacağı qaçaqmalçılığı üçün əsas məntəqə olub. Bu məntəqədə heç bir qanun işləməyib və rüşvət verməkdən imtina edən iş adamları döyülüb, oğurlanıb, malları müsadirə olunub və həbs edilib. Həmçinin Sədərək gömrüyündən İrana qarşı beynəlxalq sanksiyaların “dəlinməsi” üçün istifadə edildiyi barədə WikiLeaks tərəfindən yayılan Amerika diplomatik teleqramlarında geniş bəhs edilirdi. Başqa sözlə, Sədərək gömrüyü beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərib.

İşin digər ilginc tərəfi budur ki, Naxçıvan gömrüyünün korrupsioner məmurunu Türkiyədə həbs edirlər. Bu, azərbaycanlı korrupsionerlərin ölkə sərhədlərindən kənarda, başqa ölkədə həbsinə dair ilk presedentdir. İndi Azərbaycan tərəfinin bu həbsə necə reaksiya veerəcəyi maraqla gözlənilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar