Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Girov qohumları aksiya keçirdi


Şahbaz Quliyevin qohumları Qırmız Xaşdan açıqlama tələb edib


Azərbaycan  Girov götürülmüş Şahbaz Quliyevin qohumları və 30-a yaxın həmkəndlisi bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin qarşısına toplaşıblar. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əllərində Şahbazın şəklini tutmuş yaxınları 10 gündən artıqdır ki, Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların taleyi barədə məlumat almaq istədiklərini deyiblər. Şahbaz Quliyevin qohumları BQXK- dən girovlar barədə media nümayəndələrinin önündə açıqlama verməsini tələb ediblər.

Şahbaz quliyevin həmkəndlisi Elşad Hüseynov bir cavab almayana qədər heç yerə getməyəcəklərini bəyan edib: “Azərbaycan torpağında girov tuturlar. Cəmiyyət də bizi qarşılamır? Deyir çəkilişi yığışdır qəbul eləyim. Gecə də olsa oturub qapının ağzında gözləyəcəyik”. 

Şahbaz Quliyevin ailəsi BQXK-ni fəaliyətsizlikdə günahlandırıb. 

Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev BQXK tərəfindən onlara heç bir rəsmi məlumat verilmədiyini söyləyib:
“Yəni bu nə dərəcədə düzgündür? Mən bu Qızıl Xaçın burdakı işini qiymətləndirmək də istəmirəm, onlardan razı da deyiləm. Erməninin bir əsiri burda olan kimi həmin an məlumat ötürürlər, hər şey qaydasına düşür. Amma Şahbaz haqda heç bir məlumat bizə gəlib çatmır”. 

BQXK-nin Bərdə ofisindən qapının önünə toplaşanlara yalnız iki nəfərin qəbul ediləcəyi bildirilib. Hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları və icra hakimiyyətinin nümayəndələri də gəliblər. Bərdə Rayon İcra hakimiyətinin nümayəndələri də məlumat almaq üçün içəri keçmək istəsələr də ofisə buraxılmayıblar. 

Nəhayət komitənin yerli ofisinin rəsmiləri ilə Şahbazın quliyevin yaxınlarından bir neçə nəfərlə ofis daxilində görüş keçirilib. Danışıqlarda yaxınlarına verilən cavabsa belə oldu. 

Şahbaz Quliyevin qohumu Nizami Əhmədov qeyd edib ki, BQXK-dən onlara bildiriblər ki, bu barədə heç bir məlumatları yoxdur: “Yəni öldüsü, qaldısı, yaralısı heç bir məlumat yoxdur”,- deyə BQXK-dən onlara cavab veriblər.

Komitənin Bərdə ofisindən Şahbaz Quliyevin yaxınlarına bildiriblər ki, hələlik girovlar BQXK-nin İrəvan ofisində qeydiyyatda deyil, məlumat almağa çalışacaqlar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar