Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gərginləşən Rusiya-Gürcüstan münasibətləri - Region üçün yeni təhlükə yaranır?

Politoloq: “Rusiya-Gürcüstan arasında vəziyyətin gərginləşməsi bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı olan bir məsələdir”


“Gürcüstannın daxilində də çox güclü erməni lobbisi fəaliyyət göstərməkdədirlər və Gürcüstanın bir sıra siyasətçiləri əlacları olsa, Ermənistan ilə bütün istiqamətlərdə tam şəkildə əməkdaşlıq edərlər”.

Bu sözləri politoloq Zaur Məmmədov Rusiya parlamentinin Gürcüstanın qanuni ərazilərinin işğalını rəsmiləşdirmək yönündə növbəti addımını PİA.AZ-a şərh edərkən qeyd edib.

Yanvarın 31-də Rusiya parlamenti Gürcüstanın qanuni ərazilərinin işğalını rəsmiləşdirmək yönündə növbəti addım atıb: Federasiya Şurası “Cənubi Osetiya hərbi birləşmələrinin Rusiya ordusu tərkibinə daxil olması qaydaları haqda” ikitərəfli sazişi ratifikasiya edib. Bu da Gürcüstanın hiddətinə səbəb olub. Gürcüstan baş nazirinin  Moskva ilə əlaqələrə dair xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Cenevrədə keçirdiyi görüşə diqqət çəkərək: “Bildiyiniz kimi, bizim format işğal altındakı ərazilərlə bağlı məsələləri özündə ehtiva eləmir. Ancaq buna baxmayaraq, görüşün əvvəlində mən diqqəti son vaxtlar Abxaziya və Cənubi Osetiyada gedən fitnəkar proseslərə yönəltdim. O cümlədən Tsinxval regionundakı qanunsuz silahlı birləşmələrin Rusiya ordusu tərkibinə daxil edilməsi barədə anlaşmanın Rusiya Duması tərəfindən ratifikasiya edilməsinə yönəltdim. Həmçinin diqqəti Axalqoridə qanunsuz gömrük məntəqəsinin açılmasına çəkdim”, - deyə gürcü diplomat qeyd edib.

Həmçinin Gürcüstan Rusiya ilə münasibətlərin normallaşması fonunda imzaladığı müqavilə görə erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkün olacaqdı. Belə görünür ki, Gürcütsan Rusiya münasibətlərinin pisləşməsi Ermənistan üçün problemə çevriləcək. Qeyd edib ki, əgər Gürcüstan Rusiyaya güzəştə gedərək Abxaziya və Cənubi Osetiyanı tranzit kimi istifadəyə versə, bu, Tbilisinin Moskvanın işğal faktına məhəl qoymaması anlamına gələcək.

Gürcüstan Rusiya münasibətlərində daha da gərginləşməsi  fonunda Qərbdən Rusiyaya qarşı yeni təpkilər və sanksiyalar gələ bilərmi? Ümumiyyətlə Rusiyanın Gürcüstanla olan gərgin münasibətlərinin Ermənistana təsiri barədə nə demək olar və bu fonda Gürcüstan-Ermənistan münasibətlərinin kəskinləşməsi gözləniləndirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.

Zaur Məmmədov: “Moskva hələlik sanksiyalardan çəkinmədiyini davranışıyla göstərməkdədir”.


Geosiyasi cəhətdən Ermənistanla Gürcüstanın heç bir halda müttəfiq ola bilməyəcəklərini qeyd edən politoloq Zaur Məmmədov PİA.AZ-a a ıqlqmasında əlavə edib ki, yeri gəlsə Rusiya şimal və cənub istiqamətindən, yəni  Ermənistandan da olmaqla eyni vaxtda Gürcüstana ordu yeridə bilər. Ona görə də Tiflis Gürcüstanda gürcü xalqının maraqlarını düşünərək xarici siyasətində kardinal dəyişikliyə getməməlidir:

Rusiyanın bu addımı gözlənilən idi. Guya bundan öncə necə idi? Onsuz da Gürcüstan – Rusiya sərhəddi və Gürcüstan-Ermənistan sərhədi bütövlüklə Rusiyanın nəzarəti altındadır. Cənubi Osetiya və ya Abxaziya özba ına nə edə bilər ki? Onlar artıq faktiki olaraq Rusiyanın vilayətləridir.  O ki, qaldı bununla əlaqər olaraq Qərb ölkələri tərəfindən Rusiyaya sanksiyaların tətbiq edilib – edilməyəcəyi məsələsinə, Rusiyaya qarşı onsuz da sanksiyalar bir neçə ildir ki, tətbiq edilir. Moskva hələlik sanksiyalardan çəkinmədiyini davranışıyla göstərməkdədir. 

Açığı Gürcüstan – Rusiya arasında baş verənlər Gürcüstanı bir daha vadar edəcək ki, bölgədəki maraqlarını dəqiqləşdirsin. Geosiyasi cəhətdən Ermənistan Gürcüstanın heç bir halda müttəfiqi ola bilməz. Hətta yeri gəlsə Rusiya şimal və cənub istiqamətindən, yəni  Ermənistandan da olmaqla eyni vaxtda Gürcüstana ordu yeridə bilər. Ona görə də Tiflis Gürcüstanda gürcü xalqının maraqlarını düşünərək xarici siyasətində kardinal dəyişikliyə getməməlidir və düşünürəm ki, gedə bilməz. 

Zaur Məmmədov: “Rusiya – Gürcüstan arasında vəziyyətin gərginləşməsi Azərbaycanın və Ermənistanın yer aldığı ikitərəfli və çoxtərəfli münasibətlərə də təsirsiz ötüşməyəcək”.


Necə yəni fors – major hallarda Abxaziya və Cənubi Osetiya vasitəsiylə malların Ermənistana keçməsinə icazə vermək? Məncə bu mümkün deyil və Gürcüstan hakimiyyəti bununla özünü biabır etmiş olar və faktiki olaraq Abxaziyada və Cənubi Osetiyada işğal faktoru ilə razılaşmış olar. Yəni o ərazilər ilə Tiflis arasında olacaq hər hansı bir işbirliyi Gürcüstanın beynəlxalq arenada “işğal olunmuş” kimi verdiyi bəyanatlarını sual altında qoya bilər. Belə məsələlər gündəmə gəlirsə və müzakirə olunursa, görünür Gürcüstan Rusiya, ABŞErmənistan tərəfindən təzyiqlərlə üzləşib.

Açığı hamıya məlumdur ki, Gürcüstannın daxilində də çox güclü erməni lobbisi fəaliyyət göstərməkdədirlər və Gürcüstanın bir sıra siyasətçiləri əlacları olsa, Ermənistan ilə bütün istiqamətlərdə tam şəkildə əməkdaşlıq edərlər. Lakin regionda hazırda formalaşmış geosiyasi vəziyyət və Gürcüstanın Azərbaycandan iqtisadi asılığı Tiflisi Yeravanla daha dərindən əməkdaşlıq etməkdən çəkindirir.

Təbii ki, Rusiya – Gürcüstan arasında vəziyyətin gərginləşməsi bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Onlar arasında olan münaqişə bütün hallarda  Azərbaycanın və Ermənistanın yer aldığı ikitərəfli və çoxtərəfli münasibətlərə də təsirsiz ötüşməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar