Xəbər xətti

28 MAY

0:33 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti

27 MAY

22:00 Fransanın xarici işlər naziri Şəhidlər xiyabanında - Fotolar

21:55 Bu küçədə dayanacaqlar var, ancaq avtobus yoxdur - Fotolar

21:50 Qarabağda avqustda müharibə başlaya bilər

21:46 Hindistanda “Nipax” virusundan ölənlərin sayı 14 nəfərə çatıb

21:41 Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək

21:37 ABŞ-ın nümayəndə heyəti sammitə hazırlıq üçün KXDR-ə gedib

21:32 Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı - Foto

21:27 Rəsmi Pekin ABŞ-ı suverenliyini pozmaqda günahlandırıb

21:21 Rusiya iqtisadiyyatı niyə böhrandan çıxa bilmir?

21:15 Azərbaycanla sərhəddə zabit Akopyanın meyiti tapıldı

21:09 Türkiyə Rusiyadan “Su-57” qırıcı təyyarələri də ala bilər

21:02 Sabah Tehranda Xəzərlə bağlı sammit keçiriləcək

20:55 Əməkdar artist ikinci dəfə əməliyyat olunacaq

20:51 Qurban Məmmədovun mühacirətə getdiyi təsdiqləndi

20:48 Almaniya ordusu acınacaqlı durumdadır

20:43 Gəncə-Peterburq və Peterburq-Bakı aviareysləri gecikir

20:41 Qurban Qurbanov: “Qırğızıstan yığmasını çox ciddiyə alıram”

20:34 “Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülsün” - Deputat

20:27 Bakıda ağır qəza: yaralılar var

20:20 Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - Video

20:13 “Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu

20:06 Bakıda qız üstündə qanlı dava

19:59 Azay Quliyevin Britaniyanın portalında AXC haqqında məqaləsi dərc edilib

19:52 “Qızım olduğu üçün demirəm, Aygün çox istedadlıdır”

19:46 Netanhayu İranı hədələdi: Qarşısını alacağıq

19:42 Bank rəhbəri məşuqəsi Nailə Əsgərzadəyə milyard bağışladı

19:39 Messi mövsümün bombardiri oldu

19:32 “Türkiyə düşmənlərin ürəyinə qorxu saldı” - Ərdoğan

19:24 Azərbaycanın ən gülməli oğrusu azadlıqda - Video

19:16 İlk dəfə bir şəhərin iki komandası qarşılaşacaq - UEFA Superkubokunda

19:08 Çində 6 minə yaxın məmur cəzalandırıldı

19:00 Fransa XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin həlli...”

18:53 Ronaldu “Real”dan getmək istəyir?

18:47 PKK-ya qarşı əməliyyat: 2 terrorçu məhv edildi

18:42 Şamaxıda yük maşını aşdı - Xəsarət alan var

18:36 İldırım Londonda aeroportun yanacaqdoldurma sistemini zədələdi

18:30 4 ayda Azərbaycanda 130 avtomobil istehsal olunub

18:23 Çində benzinin qiyməti 7-ci dəfə bahalaşdı

18:15 Hasarlar arxasında həbs edilmiş Xəzər: Əhali çimərlikdən məhrum edilib

18:07 Azərbaycan və Fransa arasında bir sıra sahələr üzrə komissiya yaradılacaq

17:59 Fəxri ad alan Könül Kərimova ağladı

17:52 Arsen Venqer İniestanın baş məşqçisi ola bilər

17:45 Türkiyə PKK-ya tarixi zərbə vurdu - Terrorçu təşkilat dağılır

17:42 Hacıbala Abutalıbov BŞİH-dən ayrıla bilmir - Hər gün işə gedir + Foto

17:40 Azərbaycan Ordusunun Naxçıvan istiqamətində hücumu

17:38 “Bu, Gürcüstanın iradəsindən asılı deyil” - Oleq Morozov

17:31 Xalq artisti adı alan Murad Dadaşov: “İnanılmaz qürur hissi keçirirəm”

17:24 Jan-İv Lö Drian: “Fransa ADR-in dövründən Azərbaycanın yanında olub”

17:17 Azərbaycanda 16 yaşlı qızın dəhşətli sonu

17:10 Faiq Ağayev Flora Kərimova haqda: “Ondan uzağam”

17:02 İntihar edən azərbaycanlı tələbə haqda yeni açıqlama

16:55 Fransa prezidenti Azərbaycana gələcək

16:49 Lift işləmədi, xəstəni 16-cı mərtəbədən həyətə FHN-çilər düşürdü

16:42 XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edib

16:35 Emin Ağalarov və Murad Dadaşova “Xalq artisti” fəxri adı verilib

16:28 İsrail aviasiyası fələstinlilərin Qəzza zolağındakı mövqelərinə zərbələr endirib

16:20 Cerrard: “Salahın yoxluğu futbolçulara psixoloji təsir göstərdi”

16:12 XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi qulluq keçməsi xəbərinə münasibət

16:05 Misirdə “YouTube” videoservisi 1 aylıq bloklanıb

15:58 “Şuşam mənim”

15:50 Səudiyyə Almaniya ilə əlaqələri dondurdu

15:39 Qurban Məmmədovun siyasi mühacirətə getdiyi təsdiqləndi

15:30 28 May günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

15:23 “Necə qışqırdımsa, təzyiqim qalxdı” - Xalq artisti

15:16 Rəsmi Parisdən Qarabağla bağlı bəyanat

15:10 UEFA Superkuboku: İlk dəfə bir şəhərin iki komandası üz-üzə gələcək

15:02 Minlərlə insan baş nazirin istefası tələbi ilə etiraz aksiyası keçirib - Albaniyada

14:55 Fransa-Azərbaycan Komissiyası yaradılacaq

14:49 Türkiyəli məşhur aktyor öldü

14:44 “Bakcell” abunəçilərinə müraciət edib

14:35 Fransa prezidenti Azərbaycana gələcək

13:57 Azərbaycan və Fransanın xarici işlər naziri arasında təkbətək görüş keçirilir

13:50 Suriyada 4 Rusiya 4 hərbçisi öldü

13:44 Çində 6 minə yaxın məmur cəzalandırıldı

13:38 Mədəniyyət xadimlərinə fəxri adlar verilib

13:30 Beyləqan və Şəmkirdə yanğın olub

13:23 İsmayıllıda təbii fəlakət - 60 kənd işıqsız, 7 kənd qazsız qalıb

13:16 Təhsil naziri: “Bu universitet təhsil sistemində katalizator rolunu oynayır”

13:11 Qətər bu ölkələrə qarşı hərəkətə keçdi

13:06 ABŞ-ın 3 ştatında fövqəladə vəziyyət elan edilib - Fırtına ilə əlaqədar

13:00 “Edisə nifrət etdim” – Gülşen

12:52 “Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”

12:45 Milli Məclis sədrinin Gürcüstana səfəri başa çatıb

12:40 Azərbaycan prezidenti iyulda Fransaya səfər edəcək

12:33 Almaniya ordusunun acınacaqlı durumda olduğu açıqlandı

12:27 Fransanın Avropa və xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

12:21 Lovren: “Salah paltardəyişmə otağında da ağlayırdı”

12:15 “Deyirlər ki, müğənnilərin hesabına özümü reklam edirəm”

12:10 Koreya liderlərinin yeni görüş tarixi elan olundu - 1 iyun

12:04 Bakıda nəqliyyatın hərəkət sürəti azaldılıb - Hava şəraiti ilə əlaqədar

11:57 Ronaldu ən yaxşı bombardir seçilib

11:44 İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

11:36 Fransanın xarici işlər naziri Bakıya gəlib - Yenilənib

11:30 Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

11:23 Xəstəxanada yalnız 2 gün qala bildi

11:18 Tramp fikrini dəyişdi: “Görüş yeri və vaxtı dəyişməz qalır”

11:13 İranda zəlzələ olub- 4,1 bal gücündə

11:05 XİN Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanat yaydı

11:00 İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirdi

10:55 Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

10:48 Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

10:43 Paşinyan oğlunu Qarabağa - ön cəbhəyə yolladı

10:37 Ekspert: “MİDA-ın təcrübəsi və bazarda tənzimləyici orqan kimi funksiyası zəifdir”

10:31 “SOCAR Ukraynada biznesin inkişafını nəzərdən keçirəcək”

10:26 Kolumbiyada prezident seçkiləri keçirilir

10:21 Kürdə biogen maddələrin miqdarı normadan artıq çıxdı

10:15 Prezident: “Təhsil əsas hərəkətverici qüvvədir”

10:10 Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb

10:04 Ermənistan silahlı bölmələri atəşkəsi 86 dəfə pozub

9:48 Bu gün bürcünüz nələr vəd edir?

26 MAY

22:00 Paşinyan kütləvi həbslərə başladı

21:54 Məşhur aktrisa albom çıxarır

21:48 DİM imtahan nəticələrini açıqlayıb

21:35 İlham Əliyevin oğlu məzun oldu

21:27 Axtarışda olan 28 nəfər saxlanılıb

21:13 İlham Əliyev ADA Universitetində

21:07 Ramazanın on birinci gününün duası və təqvimi

20:55 Bayılda avtomobil azyaşlı uşağı vuraraq öldürdü

20:49 Əncirin faydaları



ANALİZ

...

Geosiyasi xaosun anatomiyası

Tarix 30.11.15, 8:11

Font ölçüsü : - / +
bitmap-img6


Qərb Putinin dağıtdığı Suriya şahmat taxtasını yenidən qurur - I yazı


Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra qlolbal güclərin geosiyasi savaşının artıq cığırından çıxdığı görünməkdədir. İstər Rusiya sərnişin təyyarəsinin Sinay yarımadası üzərində partladılması, istər Parisdə barbarcasına həyata keçirilən dəhşətli terror, istərsə də Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən təqribən 20 saniyə türk hava sahəsinə girən Rusiyanın bombardman təyyarəsini vurması böyük güclərin apardığı geosiyasi savaşın artıq qırmızı xətti keçməkdə olduğununu göstərməkdədir. 

Demək olar ki, geosiyasi savaş artıq geosiyasi xaosa çevrilməkdədir. Məhz Rusiyanın Suriyaya gözlənilməz müdaxiləsi son zamanlar baş verən terror və qarşıdurmaları bu xaosu tətikləmiş oldu.

Rusiyanın Suriyada ölüm-qalım savaşı

Əslində özü-özündən aydındır ki, Rusiya Suriyaya girməsə və Bəşər Əsədi bu qədər çılğınlıqla müdafiə etməsə, təbii ki, beynəlxalq siyasətdə gərginlik bu qədər dırmanmaz və qırmızı xətti keçməzdi. Ukraynadakı gərginliyi bir qədər azaldan Kreml faktiki olaraq Suriyada şahmat taxtasını vurub dağıtdı. Putinin bu girişimi özü-özündən aydındı. Kremlin Suriyaya girişinin arxasında  bir mənalı olaraq Yaxın və Orta Şərqdə varlığını qoryuyub saxlamaq məqsədi dayandığı kimi, Şərqi Ukraynada yaratdığı münaqişəni dondurmaqdı. Çünki Suriyada söz sahibinə çevrilməklə Kreml avtomatik olaraq beynəlxalq siyasətdə SSRİ zamanındakı nüfuzunu bərpa etməklə yanaşı, ABŞ-ı Putinin avtoriteti ilə hesablaşmağa məcbur edəcək. 

"Suriyada Putin, ya hər şeyi qazanacaq, ya Qərblə şərəfli sülhə nail olacaq, ya da birdəfəlik məhv olacaq".


Putinin Suriyaya girmək barədə qərarını Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının yubiley tədbirində ABŞ prezidenti Barak Obama ilə görüşünün səhəri günü verməsi isə, heç də təsadüf hesab oluna bilməz. Barak Obama ilə görüşdən sonra ABŞ-ın dövlət maşınının Rusiyanı doğurdan bir regional dövlət olaraq görməsinin, (ki, bu doğurdan da belədir), şahidi olan Putin qarşısı alınmaz bir qəzəblə Ağ Evin bu təsəvvürünün yanlış olduğunu sübut etmək üçün elə səhərisi gün Suriyada güya İŞİD-ə qarşı mübarizəyə başlamaq üçün əmr verdi. Əslində isə, Putinin məqsədi İŞİD-i heç də sıradan çıxarmaq deyil, bu radikal və terrorçu islam cərəyanını Bəşər Əsədin tək müxalifətinə çevirməkdir.

Əslində Putinin Suriya ilə bağlı planları çox bəsit və sadədir. Rus lider aviasiya zərbələri ilə Bəşər Əsədə qarşı olan və Qərbin dəstəklədiyi müxalif üsyançıları məhv etmək və Suriyada baş verən hərb teatrında iki gücün qalmasına nail olmaq istəyir. Bu güclər təbii ki, Bəşər Əsəd və İŞİD olmalıdır. Bu baş verərsə, o zaman Qərb, həmçinin Türkiyə və Səudiyyə kimi regional güclər də daxil olmaqla iki pisdən daha pisi deyil, daha yaxşını seçmək məcburiyyəti içində olacaqlar. Yəni artıq bütün dünyada Rusiyanın və Putinin tək müttəfiqi olan Bəşər Əsədi. (Kremlin MDB məkanındakı müttəfiqdərini heç də müttəfiq adlandırmaq olmaz. Çünki elə ilk fürsətdə Bearusiya, Ermənistan, Qazaxıstan da daxil olmaqla bütün MDB dövlətləri Putinin boyuduruğundan çıxmaq üçün arxalarını ona çevirəcəklər. Bunu Kremldə belə yaxşı anlayırlar). Elə ona görə də Rusiya aviasiyası əsas zərbələrini İŞİD-ə deyil, Qərbə və regionol güclərə etnik bağlarla bağlı olan Bəşər Əsədin müxaliflərinə endirməkdədir. 

"Ərdoğan Putinin sifətinə siyasi anlamda doğurdan "şram" atdı".


Faktiki olaraq Putin bu girişimi ilə Qərb dövlətlərinin və regional güclərin formaşdırdığı şahmat taxtasını vurub dağıdıb. Əgər Putinə hədəfinə çatmaq, yəni İŞİD-dən başqa Bəşər Əsədə müxalifətdə olan digər qrupları Suriyadakı hərbi teatr səhnəsindən qaldırmaq müsaidə olunarsa, o zaman Kremlin sahibi bütün xəyallarını reallaşdıra biləcək. Bu baş verərəsə, Rusiya ABŞ-dan sonra ikinci fövqəldövlətə çevriləcək və Putin Rusiyanı xilas edərək Böyük Pyotrdan da daha böyük bir şəxsiyyət olaraq rus tarixinə keçəcək. Bu durumda o, Ukraynanı ja yenidən öz cazibəsinə alaraq Avrasiyaının əsas söz sahibinə çevriləcək. Yəni faktiki olaraq Böyük Geosiyasi savaşın tək qalibi olacaq.

Ona görə də yaşadığımız bu günlərdə Rusiyanın timsalında Putin Suriyada ölüm-qalım savaşı verir. Ya Putin hər şeyi qazanacaq, ya Qərblə şərəfli sülhə nail olacaq, ya məhv olacaq. Əslində riskin nə qədər böyük olduğunu Putin və onun yaxın ətrafı daha dərindən anlayırlar. Və yəqin ki, bu gün heç kim Putinin qorxularının sahibi olmaq istəməz.

Qərb Putinin dağıtdığı şahmat taxtasını yenidən qurur

Putinin bir at kimi kişnəyərək Suriyada qurulan oyun qaydasını dəyişdirməsi geosiyasi savaşın yeni mərhələsinin başlanğıcı oldu. Əgər son iki ayda olanları nəzərə alarsaq, hər şey ABŞ-ın maraqları və nəzarəti altında həyata keçir. Gərginliyin qırmızı həddə qədər yüksəlməsinə baxmayaraq, Ağ Ev möhtəşəm soyuqqanlıqla Putinin səhvlərinin meyvələrini yetişdirməyə davam edir və bunun üçün təbii şərtlərin olmasını təmin edir.

Sinay yarımadası üzərində və Fransada baş verən terrorlar baş verməyə bilərdi. Və Türkiyə də Rusiyanın təyyarəsini vurmaya bilərdi. Əgər Rusiya Suriyaya müdaxilə etməsəydi. 

Rusiyanın İŞİD-ə ciddi ziyan vurmamasına rəğmən çağrılmamış qonaqların Suriyaya təşrif gətirməsindən sonra İŞİD-in güc nümayiş etdirməsi təbiiydi. Hər şeydən əvvəl bu  İŞİD üçün nüfuz məsələsəydi. Digər tərəfdən Suriyadakı və İraqlakı xaos İŞİD-in varlğının həyat mənbəyidir. İŞİD-in heç də axmaq olmayan ideoloqları yaxşı başa düşürlər ki, onlar Suriyda Bəşər Əsədlə üz-üzə qaldıqda sonlarının çatması çox qısa sürəcək. Ona görə də Rusiyanın Suriyada peyda olaraq İŞİD-in düuşmənlərini bombardman etməsi, Qərb koalisiyasının İŞİD-i bombardman etməsindən daha təhlükəlidir. Ən azında Qərbin bombardmanlarının İŞİD sıralırının davamlı olaraq artmasına vəsilə olur. Amma Rusiyanın Qərbə bağlı qruplaşmaları bombardman eləməsi, sonucda İŞİD-ə heç bir fayda vermir. Bombardmanlar nəticəsində Qərbə bağlı qruplaşmalar güclənsə belə, ya da ortadan yox olsalar belə, bu İŞİD-in maraqlarına qarşıdır.

"Putinin məqsədi İŞİD-dən başqa Bəşər Əsədin bütün müxaliflərini yox etməkdir".


Rusiyanın Ukraynadan sonra birbaşa Supiyada peyda olması Qərbin Suriyadakı oyunun pozsa da, yeni şərtlər oluşdurdu. Hər şeydən əvvəl artıq ABŞ və Avropa Birliyi Rusiya ilə birbaşa əlaqədar olmayacaqlar. Rusiya ilə artıq İŞİD, Səudiyyə Ərəbistanı, Qatar və s. ərəb şeyxləri və Türkiyə əlaqədar olacaq. Bu Rustya üçün Əfqanıstandan daha dəhşətldi nəticələrlə bitəcək. Ən əsası Rusiya ərəb şeyxləri qarşısında nüvə "çomağını" silkələmək üçün heç bir əsas tapa bilməyəcək və nəticədə ərəb səhralarının qum bataqlıqları içində Rusiya batıb gedəcək. Ki, son bir ayda baş verənlər hələ hər şeyin başlanğıcıdır.

Sinay yarımadasında baş verən terrordan sonra Kremlin əlaqələrinin yüksək səviyyədə olan Misirlə münasibətlərinin korlanması fonunda ən qısa zamanda daha bir dost ölkəni itirdi. Bu Putinin Ukrayna savaşından sonra əsas strateji seçim etdiyi, bütün geosiyasi və iqtisadi maraqlarını topladığı Türkiyə oldu. Məhz elə buna görə Putin Türkiyə tərəfindən rus bombardmançı təyyarəsini vurması xəbərini alarkən Ərdoğanın bu addımını arxadan vurulan zərbə kimi dəyərləndirdi. Bu Putin üçün dəhşətli bir itki idi. 

Baş verənlərdən sonra Rusiyanın bir tərəfdaş kimi Türkiyəni itirməsi qaçınılmazdı və  hazırda bu prosses baş verir. Putin üçün simasını qorumaq əsas məsələlərdən biridir. Ona görə də baş verənlərdən sonra Rusiya ilə Türkiyə arasında dostluq tellərinin qalması psixoloji olaraq mümkün deyil. 

Amma buna baxmayaraq Ərdoğan Putinin sifətinə siyasi anlamda doğurdan "şram" atdı. Son iki ildə Rusiya təyyarələri bir çox NATO ölkələrinin, həmçinin Britanıyanın hava məkanını dəfələrlə pozub. Hər dəfə Qərb diplomatları boynu bükük bir şəkildə Kremldən bunu etməməyi xahiş edirdi. Lakin Putin Qərb liderlərinin əsəblərinin nə qədər davam gətirə biləcəyini test etməkdə davam edirdi. Qərb liderlərindən fərqli olaraq Türkiyə çox sərt bir şəkildə ancaq iki dəfə Rusyiaya xəbərdarlıq etdi və üçünsü dəfə isə rus təyyarəsini düşürdü. Bu Putinin qüruruna doğurdan ağır zərbə idi. Buna Qərb liderləri cəsarət edə bilmirdi. Amma Ərdoğan bir an belə düşünmədən bu qərarı verdi.

Əslində Türkiyə Rusiya təyyarəsin vumaya da bilərdi. Amma Putinin Suriyada İsrailin maraqlarını nəzərə alaraq davranmasına rəğmən, özünə dost və müttəfiq bilməsinə baxmayaraq, Türkiyənin maraqlaırnı eyninə belə almaması Ərdoğanı kiçik düşürürdü. Bu Putinin dəhşətli səhvi idi. Əgər sən regionun əsas dövlətlərindən biri ilə böyük iqtisadi hesablara sahibsənsə, o zaman həmin dövlətin geosiyasi maraqlaırnı da nəzərə alacaqsan. Buna rəğmən Putin Türkiyəni kiçik və dəyərsiz gördü. Və bu durumda Putin doğurdan gözləmədiyi bir vəziyyətlə üzləşdi. Putin hərbi təyyarə itirmədi, onun avtoriteti darmadağın oldu. Qürurunu qeyb edən Putin eyni zamanda Türkiyəni də itirdi. 

Bu itki isə, Putin üçün doğurdan əvəzolunmazdır. Halbuki Putin aşırı qürurunu yenib, Türkiyəyə haqq etdiyi davranışı nümayiş etdirsəydi, o zaman onun Suriyada uğuru daha hiss olunacaq dərəcədə olacaqdı. Və hər iki tərəf, istər Qərb qarşısında rus kartını əlində tutan Türkiyə, istərsə də, yenə də Qərb qarşısında Türkiyə kartını əlində tutan Rusiya Suriya savaşından qazanclı çıxmaq üçün imkanlara sahib olacaqdılar. Üstəlik Türkiyə ilə normal ittifaq Rusiya üçün bir sıra ərəb dövlətlərinin qapısını da açıacaqdı. Amma Putinin aşırı eqoizmi hər şeyi bərbad etdi. (Əslində bunu daha çox Putinin eqoizmi ilə deyil, rus şovinzmi ilə əlaqələndirmək doğru olar. Bu həmin şovinzmdir ki, bir qayda olaraq anqosaksların qarşısında müti olur.) 

"Putinin Suriyada İsrailin maraqlarını nəzərə alaraq davranmasına rəğmən, özünə dost və müttəfiq bilməsinə baxmayaraq, Türkiyənin maraqlaırnı eyninə belə almaması Ərdoğanı kiçik düşürürdü".


İndi Putinin Yaxın Şərqdə tək ittifaqda ola biləcək tərəf azınlıqda olan, başda İran olmaqla, şiə qruplarıdır və ABŞ-ın yeni həmlə ilə bu ittifaqı darmadağın etməsi də istisna olunmur. Çünki İran heç bir vəchlə Rusiyanın onun nüfuz bölgəsində böyük qardaş roluna üstlənməsinə dözə bilməz.

Ona görə də hesab etmək olar ki, Rusiya artıq Suriya bataqlığına girib və batıqlıq onu özünə çəkməyə başlayıb. Yəni faktiki olaraq hazırda ABŞ heç bir şeyə müdaxilə etmədən sadəcə rus şovinizminin hesabsız eqosunun geopolitik səhvlərini böyük həzzlə seyr edir. 

Türkiyə ilə qarşıdurma Rusiyanın Suriyadakı mövqelərini hiss olunacaq dərəcədə zəiflədəcək. Rusiyanın təklənməsi fonunda isə Kremlin geosiyasi savaşda hansısa uğura imza atmasını istisnasız mümkünsüz edir. Hətta ən müasir silahlarını Suriyada yerləşdirməsinə baxmayaraq, Rusiya özünün geosiyasi səhvlərinin girovuna çevrilir. Rusiyanın bölgədə quru əməliyyatları aparması isə Putin üçün ancaq fəlakətin qapısını açmış olacaq.

Faktiki olaraq Sinay yarımadası üzərində sərnişin təyyaraəsini və 234 vətəndaşını itirən Rusiya Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri olan Misiri itirdi. Halbuki, Misirin yeni prezidenti əl - Sisi Rusiyaya xüsusi simpatiyası ilə seçilirdi. Türkiyə Rusiyanın bombardman təyyarəsini vurduqdan sonra isə, Putin Türkiyəni itirdi. İndi Putin Suriyada Bəşər Əsəddən başqa kimsəyə güvənə bilməz və bu da onun manevr etmək imkanlarını yox dərəcəsinə gətirib çıxarıb. Artıq Putin üçün Qərbdən aldığı təminat və maraqlı təklif nəticəsində Bəşər Əsədi təhvil verməsi belə imkansız görünür. Çünki artıq Qərbdən belə bir təklifin gəlməsi çox az inandırıcıdır. Hər halda Qərb Putinin Bəşər Əsədlə bərabər məhvə sürüklənməsində daha maraqlıdır. 
 
Fransada baş verən amansız terrora gəlincə isə, bu terror ABŞ-ın Avropa üzərindəki nəzarətinin daha da güclənməsinə təkan verdi. Əgər Fransa dünənə qədər təhlükəsizlik, kəşfiyyat və hərbi sahələrdə ABŞ-la əməkdaşlıq məsələlərində məsafə saxlayırdısa, son terrordan sonra artıq ABŞ-ın təhlükəsizlik qurumları Fransada bir mənalı olaraq söz sahibi olacaqlar. Olland artıq Parisdə üçüncü terror riskini gözə ala bilməz. Ona görə də Fransaının qapılarını ABŞ üçün taybatay açmalıdır. 

Bu durumda hər hansı bir halda Rusiyanın Avropada balans güc kimi çıxış etməsi bir mənalı olaraq mümkün deyil. (Çexiya, Yunanıstan, Macarıstan kimi Avropa Birliyinə aid olan bəzi ölkələr Rusiyanı məhz ABŞ-a qarşı balans güc olaraq görürlər). Bu üzdən də demək olar ki, Putinin ani hərəkətlə vurub dağıtdığı Suriya taxtasında ABŞ-ın oyun qaydaları yenidən düzənlənir. Və ən əsası artıq Putinin bu oyun qaydalarını nə dağıtmaq, nə dəyişmək imkanı var.

"Artıq ABŞ və Avropa Birliyi Rusiya ilə birbaşa əlaqədar olmayacaqlar. Rusiya ilə artıq İŞİD, Səudiyyə Ərəbistanı, Qatar və s. ərəb şeyxləri və Türkiyə əlaqədar olacaq".


Son olaraq Türkiyənin ABŞ-la əldə etdiyi razılaşma isə, Putinin Suriyadakı fəaliyyətini doğurdan çətin vəziyyətə qoyur. Dünən yayılan məlumatlara görə Türkiyə və ABŞ Tükiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Cerablus-Çobanbey bölgəsinə nəzarəti ələ almaq üçün 30 minlik ordu yeridəcəklər. 30 minlik hərbi birləşmənin əsasını türkmənlər və ərəblər təşkil edəcək. İlkin yayılan məlumatlara görə Türkiyə kürd qüvvələrinin bu hərbi birləşmədə iştirakı istisna olunur. ABŞ-ın rəhbərliyi altında olan Beynəlxalq Koalisiya isə İŞİD-ə və Bəşər Əsədə qarşı quru əməliyyatlarını həyata keçirəcək bu hərbi birləşməyə havadan zərbələrlə dəstək verəcək. 

Yəni faktiki olaraq Rusiyanın xüsusi strateji əhəmiyyətli Suriya-Türkiyə sərhədində mövqe sahibi olması istisna olundu. Hadbuki Putin Türkiyəyə qarşı daha doğru və daha əlverişli münasibət sərgiləsəydi, eyni koalisiyanı özü yarada bilər və bu yolla Qərb qarşısında çox-çox əlverişli bir mövqe qazanardı. Lakin yuxarıda da deyildiyi kimi hesabsız davranışları ilə rus şovinizmi Türkiyəni özünə düşmən edərək Suriyada tamamilə təkləndi.  

Putinin zəif yeri: Qürur və acizliynin yaratdığı qarşıalınmaz qəzəb

Bütün məsələ ondadır ki, geosiyasi savaşın başlanğıcından bəri Putin hesabsız bir qəzəblə davranmaqdadır.  Kreml sahibinin bütün önəmli qərarlarını Qərbin, xüsusən də ABŞ-ın qüdrəti qarşısında acizliyndən doğan qarşısıalınmaz və idarəolunmayan qəzəblə verir. 

Bu Putinin ən zəif yeridir. ABŞ və Avropa liderləri isə Putinin bu zəif yerini zamanıda aşkarlayaraq onu davamlı olaraq özündən çıxarırlar. Putin istər Ukraynada, istərsə də hazırda, Suriyada soyuq başla davranmır. O sadəcə olaraq qəzəbindən dilini-dodoağını gəmirərək qərarlar verir və bu zaman buraxdığı hər bir səhv yeni səhvlərin bünövrəsini qoyur. 

Putin doğurdan hesab edir ki, Rusiya ABŞ-dan sonra dünyanın ikinci ən böyük dövlətidir. Sadəcə ABŞ və müttəfiqləri onun bu haqqını tanımırlar. Putin özünü və təmsil etdiyi dövləti ədalətsiz yanaşmanın qurbanı hesab edir. Hesab edir ki, Qərb Rusiyanı özünə dost olaraq görə bilmir. Halbuki Putinə görə Rusiya Avropanın bir parçası ola bilməz. Rusiya ayrıca hesablaşmalı və Kreml Ağ Evlə birlikdə dünyanın təhlükəsizliyini təmin etməlidir. Buna rəğmən isə Qərb dünyası, xüsusən də anqlosaks dövlətləri hesab edir ki, Rusiya Avropanın təhlükəsizlik sisteminin tərkib hissəsi olmadan Avropanın tam təhlükəsizliyini təmin etmək mümkün deyil. Bu məsələ ətrafındakı fikir ayrılığı Qərblə Rusiya münasibətlərində əsas problemə çevrilib və bu üzdən də  faktiki olaraq Çindən, Yaponiyadan, İrandan, Hindistandan fərqli olaraq, Rusiya və Putin dünya təhlükəsizlik sisteminin əsas problemi olaraq çıxış edir.

Amma bütün məsələ orasındadır ki, Putinin böyüklük maniyasına rəğmən Rusiyanın iqtisadi, texnoloji, mədəni, tarixi  və siyasi resursları ABŞ-ın dünya üzərində formalaşan siyasi-iqtisadi monopoliyasının qarşısında heç də yetərli deyil, hətta cüzidir. Rusiya ancaq nüvə silahı ilə özünün fövqəldövlət olduğuqnu gözə soxa bilir ki, bu da Putini doğurdan bir qlobal təhlükə olaraq dünyaya təqdim edir. Halbıki nüvə silahına sahib olan başqa dövlətlər bunu heç də siyasi problemlərin həllində masaya sunmurlar. Bu daKremlin imperiya maniyasını saxlamasına rəğmən Rusiyanın fövqəldövlət olaraq bütün dəyərlərini itirməsinin nümunəsi olaraq ortaya çıxmış olur.

Yəni faktiki olaraq Kreml hansı məsələdə söz sahibi olmaq üçün dövriyəyə girirsə, orda resurslarının yetişmədiyi ortaya çıxır. Bu aciz durum isə Putini özündən çıxarır. Və bu durumda Putin qarşısı alınmaz qəzəblə Rusiyanı macəradan macəyraya sürükləyir. 

Məhz qarşısı alınmaz qəzəbin nəticəsi idi ki, Putin Bəşər Əsəddən başqa heç kimlə razılaşmadan Suriyaya girdi və bu da hazırda onun siyasi karyerasını zirvədən aşağı yuvarlanma nöqtəsinə gətirib çıxarıb. 

"Bu gün heç kim Putinin qorxularının sahibi olmaq istəməz".


Və əslində Putinin hesabsız qəzəbi bu gün yaşamaqda olduğumuz geosiyasi xaosu yaradıb. Əgər Putinin qüruruna yedirə bilmədiyi acizliyndən doğan qəzəbi olmasaydı, o zaman hazırkı geosiyasi xaosu yaradan "Ərəb baharı" da olmayacaqdı. Hər şey 2000-ci illərin başlanğıcında Putinin Qərbin iqtisadi qüdrətinə qarşı yeni ittifaq yaratmağa cəhd etməsi ilə başladı...

"Ərəb baharı"nı Rusiya tətiklədi

Ardı var...

Azər QARAMANLI
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img
rezonans

Vernisaj

Azərbaycan və Fransa arasında bir sıra sahələr üzrə komissiya yaradılacaq

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

ƏƏSMN sistemindəki yeyintilərin kilid ismi: Əjdər Ol - İttiham

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru