Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın xanımı təkzib etdi: “Nəvəmiz deyil”


“Xəbər çıxandan telefonlarımız susmur. Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil”


Bunu musavat.com-a açıqlamasında sabiq müdafiə naziri, general Dadaş Rzayevin xanımı Ayişə Rzayeva deyib.

Ayişə Rzayeva bu gün Bakıda məktəbdə intim görüntüsü yayılan şagirdin Dadaş Rzayevin nəvəsi olması barədə yayılan xəbərləri təxribat adlandırıb.

Dadaş Rzayevin nəvələrinin hazırda Azərbaycanda olmadığını deyən Ayişə Rzayeva qeyd edib ki, bu hadisədən sonra özü və yaxınları narahatlıq keçiriblər: "Bütün qohumlar, yaxınlar zəng edir ki, bu nə xəbərdir? Belə bir generala qarşı bu cür hərəkət olarmı? Dəqiqləşdirilməmiş məlumatı yaymaq nə qədər doğrudur? Nüfuzlu bir generalın adına ləkə gətirmək, şəklini qoyub, nə gəldi yazmaq kimlərin marağında ola bilər?".

Ayişə Rzayeva generalın bu məlumatlardan xəbərsiz olduğunu, səhhəti ilə bağlı ondan gizlətdiklərini söyləyib: "Dadaş müəllim insult keçirib. Belə bir vaxtda onun haqqında yalan və ayıb məlumatlar yayılması ona çox pis təsir edəcək. Bu barədə ona qəti olaraq məlumat verməmişik. Çalışıram ki, xəbər tutmasın".

Generalın xanımı qalmaqal baş verən məktəbdə heç bir qohumlarının təhsil almadığını da söyləyib: "Ölkədə minlərlə Rzayev var. Hər Rzayevi gətirib Dadaş Rzayevlə bağlamaq olmaz axı".

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.

Qalmaqlada adı keçən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olması barədə xəbəri yerli saytlar yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar