Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın qulağı kəsilirsə...


Türkiyədə baş verən uğursuz hərbi çevrilişin nəticələrinə dair iki cür görüntülər var


Birini hakimiyyətə yaxın media qurumları yayır, o birini isə əsasən müstəqil və müxalifət mövqeyində olanlar.

Bir tərəf qiyamçı əsgərlərin qiyama etiraz edən əliyalın xalqa atəş açmalarını, günahsız insanları qətlə yetirmələrini, qan-qadanı, göz yaşlarını göstərir.

O biri tərəf əlini qaldırıb təslim olan (günahlı-günahsız, fərqi yoxdur) əsgərlərin linç edilməsini, dünənə qədər başları həmişə dik dursun deyə furajkalarını gözlərinin üstünə endirən general və polkovniklərin əsir götürülmüş düşmən əsgərinə döndərilməsini, onlara verilmiş işgəncələrin izlərini nümayiş etdirir. 

Hər iki tərəf həqiqəti göstərir. Bunlar hamısı gerçəkdir. Hələ heç də hamısı deyil.

İyulun 15-dən 16-na keçən gecə Türkiyədə, paytaxt Ankarada və baş meqapolis İstanbulda görünməmiş qəddarlıq, amansızlıq, hətta aşkar vəhşiliklər törədilib. 

Heç kəs bu görüntüləri soyuqqanlı şəkildə izləyə bilməz. Kim bu şəkillərə və videolara baxarkən, əzilənlər haqqında “əcəb oldu, onlara bu da azdır” deyirsə, deyə bilirsə, artıq o vəhşiliklərə şərik olur.

Əsgərin əliyalın insanlara güllə atması qəddarlıqdır, söz yox. Çox da ki, komandir “vur” əmri verir, amma əsgərin önündəkini vurmamaq imkanı var. O görür ki, onun qarşısındakı düşmən deyil, silahlı deyil, heç bir təhlükə törətmir, demək, gülləni havaya da ata bilər, daha insanları ürəyindən vurmaz. 

Eyni zamanda aldıqları əmr əsasında hansısa strateji obyekti götürən və orada sıxışıb qaldıqdan sonra müqavimət göstərmədən təslim olan əsgərlərin linç edilməsi, ölümünə döyülməsi,  öldürülməsi amansızlıq, qəddarlıq, hətta hərbi cinayətdir. 

Heç kəsin silahını yerə atıb təslim olan qiyamçı əsgəri (eləcə də bir qanqsteri) özbaşına döymək, öldürmək hüququ yoxdur. Bu davranışı müharibənin qızğın çağında düşmən əsgərinə qarşı göstərənlər beynəlxalq hərbi tribunallar qarşısında cavab verirlər. 
Amma biz türk generalının qulağını kəsilmiş görürük. 

Qulaq kəsmək də nə demək? Bu nə cəza növüdür, nəyin qisasıdır? Adam cinayət törədib, hakimiyyəti devirmək istəyib, xalqa silah qaldırıb, çox pis, qanun var, məhkəmə var, orda mühakimə edilməli, ən ağır şəkildə cəzalandırılmalıdır. 

Bir generalın (Akın Öztürkün) qulağının kəsilməsi, işgəncəyə məruz qoyulması (yayılan videolarda onun boynunda, qollarında işgəncə izləri aydın görünür), yüksək rütbəli zabitlərin polis idarələrində alçaldılması, əsgərlərin şalvarlarının çıxarılması da cinayət tərkibli əməllərdir. 

Hələ bu gün-sabah tutulan zabitlərin zorlanması barədə də xəbərlər gələcək. Bunu gedişat göstərir. Qəddarlıq, nifrət kükrəyişi bu həddədir.

Qiyamçı generalların həbsdən son -  BİABIRÇI VİDEOLARI YAYILDI

Meydanlarda qiyamçılar üçün edam tələblərinin səslənməsi əndazəsini aşmış öfkədən, partlama nöqtəsinə çatmış nifrətdən irəli gəlir. Bir tərəf o birini mütləq şəkildə məhv etmək istəyir. 

Bütün bu mənzərə orta çağ vəhşiliyinin, 300-500 il əvvəlin qəddarlığının göstəricisidir. Nə fərqi qaldı, sultanlar da qiyam qaldırmış əsgərlərin boyunlarını vurdururdular, indi də həmin rüzgarlar əsməkdə, edam tələbləri səslənməkdədir. İnsan haqlarına riayət, qanunun aliliyi, şərəf və ləyaqətin alçaldılmaması prinsipləri plintus səviyyəsindədir.  
Avropa ailəsinə qatılmaq istəyən bir dövlətdə bunca gerilikçi qisas və cəzalandırma üsulları varsa, demək, qitənin böyük dövlətlərinin Türkiyənin Avropa birliyinə daxil olmasına etiraz edərkən bir bildikləri varmış. 

Dünyanın tərəqqipərvər ictimaiyyəti bu cür davranışları normal qarşılaya, onlara haqq qazandıra bilməz. Törətdiyi cinayətin motivindən asılı olmayaraq, qollarına qandal vurulmuş və artıq köməksiz vəziyyətdə olan insanların bu günə qoyulması mütləq ikrahla qarşılanır və bundan sonra da bənzər qiyməti alacaq. 



1980-ci il çevrilişinin qurbanlarından danışarkən göz yaşlarını saxlaya bilməyən vəzifəli şəxslər indi öz tərəfdarlarının etdiyi eyni qəddarlıqlara göz yumurlar. 

Bu kimi hallar Azərbaycanın ictimai-siyasi fəalları arasında da normal qarşılanmayıb. Hiss olunur ki, onlar hər cür şiddətə, qəddarlığa, amansızlığa qarşıdırlar. Bu, o demək deyil ki, o şəxslər qiyamçılara haqq qazandırırlar. Elə deyil. Əgər hərbi qiyam baş tutsaydı və qiyamçılar əliyalın xalqa və ya Ərdoğanın tərəfdarlarına bu cür zülm etsəydilər, yenə bizim fəallar mütləq zalımlara qarşı olacaqdılar. 

İnsan insana zülm etməməlidir. 

P.S. Unutmayaq ki, yüz il əvvəl türk əsgərinin erməni paşa Andronik Uzunyanın qulağını kəsməsi sonradan minlərlə Anadolu və Azərbaycan türkünün qətlinə səbəb oldu.

Xalid KAZIMLI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar