Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın qohumu DSMF-nin Göyçay rayon şöbə müdiri ruhi xəstəliklə hərbidən yayınıb - İttiham


PİA.AZ bildirir ki, Göyçay rayon sakinləri tərəfindən RegionXəbərləri.com-a şikayət məktubu daxil olub


Narazı sakinlər bildirirlər ki;

“Biz Göyçay rayon sakinləri Prezident cənab İlham Əliyevə gömrük generalı Ehtiram Xəlilovun saxtakar qohumu barədə məlumat vermək istəyirik. Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq belə bir mötəbər vəzifəyə yararlı hesab edilmişdir. Bunun da bir səbəbi isə onun arxasında əmisi oğlu – gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır. Elə bu səbəbdəndir ki, ruhi xəstə sənədi alan Kamran Xəlilov dövlət vəsaitini göyə sovurur. 2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov çoxlu sayda rayon sakinlərinə saxta əmək stajı təyin etdirib, dövlətə küllü miqdarda zərərlər vurmuşdur. Hansı ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb saxta və qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir”.

скачанные файлы (1)

Əgər araşdırılarsa həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb, məhkəmədə qanunlaşdırıb küllü miqdarda qazanca sahib olur. Bu saxtakarlıqın obyektiv yoxlanılmasına zərurət var. Ruhi xəstə adı ilə hərbi xidmətdən yayınan Kamran Xəlilov Göyçay şəhərində Səməd Vurğun adına İnternat məktəbinin həyətində özünə böyük bir villa tikdirib.

13230862_232705077105637_2146641388_o

Həmin yer uşaq internat məktəbinin həyətyanı sahəsi olsa da, bələdiyyə sədri ilə əlbir oub həmin yeri qanunsuz olaraq zəbt etmişdir. Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Kamran Xəlilov hazırda çox əlləşir ki, yeni yaradılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin rəhbəri vəzifəsinə təyin olunsun.

20160403_131843

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova, Hesablama Palatasına, DSMF-nin sədri cənab Elman Mehdiyevə müraciət edib, xahiş edirik, bu cinayət faktını obyektiv araşdırıb Kamran Xəlilovun barəsində ciddi tədbirlər görəsiniz”

İmza; Göyçay rayon sakinləri


1) Seyidov Azər Əliəjdər oğlu

2) Babayev Pünhan Hamlet oğlu

3) Qasımov Sahib Dadaş oğlu

 Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar