Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General öz qardaşı oğlunu niyə işdən qovdu?


Ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun təqdimatı ilə işdən qovulan Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Səid Seyidov generalın qohumu imiş


Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Səid Seyidov Mirqafar Seyidovun qardaşı oğludur. Xəbərdə vurğulanır ki, Səid Seyidov Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən "İgidliyə görə” medalı ilə də təltif olunub. Mirqafar Seyidovun təqdimatı ilə cəmi bir ay əvvəl o, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin olunub. Ancaq bir ay ərzində fəaliyyəti əmisini qane etməyib və S.Seyidov "vəzifəyə yararsız” sayılaraq, işdən çıxarılıb.

Bu islahatdan iki gün öncə Bakı polisinin 5-i rəis olmaqla 9 əməkdaşının da işdən çıxarıldığını əsas gətirən mənbənin sözlərinə görə, general Mirqafar Seyidov öz qardaşı oğlunu işdən qovmaqla bütün şəxsi heyətə bir ismarıc verdi: kimliyindən asılı olmayaraq, xidmətə yararsız şəxs vəzifədə və polis sıralarında qalmayacaq.

Polisdə nizam-intizam baxımından generalın bu addımının müsbət dəyərləndirildiyini vurğulayan mənbənin sözlərinə görə, Mirqafar Seyidov məhz bu xarakterinə görə də Bakının baş polisi təyin edilib.

Xatırladaq ki,Mirqafar Seyidovuntəyinatının ilk günündə mütəxəsislər daha sərt nizam-intizamlı bir generalın Bakıya baş polis gətirilməsini təqdir etmişdilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar