Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib


Avtobus sürücüsünü döyən general oğlu yenidən məhkəmə önünə çıxarılıb


Musavat.com xəbər verir ki, Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov aldığı cəzadan narazı qalıb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən general oğlu apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Məhkəmə prosesində şahid qismində Elxan Xəlilov ifadə verib. O, zərərçəkmiş avtobus sürücüsü Sənan Səmədovla eyni yerdə sürücü kimi çalışdığını bildirib: "Mən hadisə yerində olmamışam. Ora gələndə bir neçə adam var idi. Dedilər ki, Sənanı döyüblər. Təqsirləndirilən şəxslərdən heç kimi hadisə yerində görməmişəm. Hətta Sənanı da oradan aparmışdılar".

Şahidin ilkin ifadəsi elan olunub. Həmin ifadədə o, qeyd edib ki, sonuncu dayanacağa gələn zaman Sənan Səmədov da ora gəlib: "Həmin vaxt avtomobildən 3 nəfər düşüb, Sənana yaxınlaşdı. Sonra onlardan biri Sənanı yumruqla vurdu".

Şahid E.Xəlilov bu barədə ifadə vermədiyini, müəyyən fikirlərin onun olmadığını söyləyib. Hakim şahidə deyib ki, buna görə işi aparan müstəntiq məhkəməyə çağırılacaq və onunla üzləşmə aparılacaq.

Digər şahid Elçin Ağayev dindirilən zaman hadisə yerinə əvvəl Sənan Səmədovun, daha sonra R.Orucovun gəldiyini bildirib: "Rüstəm onu vurdu, amma digər iki nəfər isə Sənana su verdi".

Məhkəmədə şahidin də istintaqa verdiyi ifadə elan olunub. Onun ifadəsi elan olunan zaman şahid buna kəskin etiraz edib və yazılanların ona aid olmadığını vurğulayıb.

Hakim şahid E.Ağayevin 200 manat məbləğində cərimə olunduğunu deyib və bunun protokola qeyd edilməsini istəyib. Şahid məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olub. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə onlar məhkəmə zalında həbs ediliblər.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatçılığına səbəb olub. O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Məlumata görə, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq, vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bu hadisədən sonra R.Orucovun atası, general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar