Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Hilal Əsədov sabiq nazir Eldar Mahmudovun adını unutdu


Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib


Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 7-də zərərçəkmiş Cəfər Səfərovun və qardaşlarının iddiası üzrə “8-ci kilometr bazarı”nın onların əllərindən zorla alınması ilə bağlı epizod çərçivəsində şahidlər dindirilib. 

Akif Çovdarovun və əlaltılarının məhkəmə prosesində ilk dəfə olaraq keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov ifadə verib.

Hadisənin əhəmiyyətini və ictimaiyyətdə doğurduğu rezonansı nəzərə alaraq, Hilal Əsədovun şahid ifadəsini və zərərçəkmişlərin, vəkillərin suallarına cavablarını olduğu kimi diqqətinizə çatdırırıq.

Tacikistandan MTN-ə aparan yol

Hakim Həbib Həsənov: Adın, soyadın, atanın adı.

Hilal Əsədov: Əsədov Hilal Mirzəli oğlu.

Hakim: Doğulduğun il və yer.

H.Əsədov: Tacikistan, Düşənbə şəhəri, 16 may 1954-cü il.

Hakim: Təhsiliniz ali hüquqdur, eləmi?

H.Əsədov: Bəli, həm ali mühəndis, həm də hüquq.

Hakim: Hazırda təqaüdçüsünüz?

H.Əsədov: Bəli.

Hakim: Yaşayış yeriniz?

H.Əsədov: Nəsimi rayonu,. 28 May küçəsi, ...

Hakim: Qarşınızda and mətni var. Ucadan oxuyub and için.

H.Əsədov: Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün halları məhkəməyə söyləyəcəyimə and içirəm.

Hakim: İstintaqda dindirilmisinizmi? Yəqin ki, bir neçə dəfə...

H.Əsədov: Bəli. Bir dəfə.

Hakim: İfadənizi xatırlayırsınızmı? Buyurun, məhkəməyə də söyləyin.

H.Əsədov: Azərbaycanda fəaliyyətimə 1984-cü ildə başlamışam. Ondan əvvəl Orta Asiyada yaşayırdım, Tacikistanda fəaliyyət göstərirdim. 1984-cü ildə Bakıya köçdüm və Nərimanov rayonunda fəaliyyətə başladım. 16-cı bölmədə rəis vəzifəsinə qədər yüksəldim. Daha sonra Razin (Bakıxanov – red.) qəsəbəsində 5-ci bölmədə rəis işlədim. 90-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin tərkibində Bakıda regional idarə yaranmışdı. O idarədə mühüm işlər üzrə baş əməliyyat müvəkkili təyin olundum. Bundan sonra sovet hakimiyyəti dağıldı və cəbhəçilər hakimiyyətə gəldi. Bir müddət işsiz qaldım. Sonralar Narkotiklərlə Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili, daha sonra isə şöbə rəisi vəzifəsində işlədim. Bundan sonra Nərimanova rəis təyin olundum və hardasa 1994-cü ilin sonlarında bəzi obyektiv və subyektiv səbəblər üzündən işdən çıxdım. Bundan sonra Bakı şəhəri üzrə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini və rəis vəzifələrində işlədim. 2004-cü ildə MTN-də fəaliyyətə başladım - əvvəl idarə rəisi, sonra isə nazir müavini.

Milli Təhlükəsizlik Nazirliyində iki istiqaməti kurasiya edirdim - əks-kəşfiyyat və beynəlxalq terrorizm, ekstremizm və separatçılıq istiqamətlərini.

Generalın qaynatası üçün bazar

Hilal Əsədov: Milli təhlükəsizlik məsələlərinə aid böyük bir əməliyyat-təhqiqat işi var idi. Mətbuata da sızmalar var idi və o ərəfədə nazirliyə böyük ərizə axını başladı.

(qeyd edək ki, Hilal Əsədov həddən artıq alçaq səslə danışırdı və onu hətta 1-2 metrlik məsafədən belə eşitmək çətin idi)

Hakim: Bir az ucadan danışın.

H.Əsədov: O cümlədən, bazarla bağlı bir ərizə gəldi. Orada müəyyən adamların adı çəkilirdi. Bu səbəbdən də, ərizə təhqiqat işinin çərçivəsində araşdırılmaq üçün tapşırıldı. O işin əməliyyat təminatını bir neçə idarə aparırdı. Əsas işi isə Konstitusiya quruluşuna təhdidlərə qarşı mübarizə idarəsi aparırdı. Orada şöbə rəisi Akif Çovdarov idi.

Vəkil Kamandar Nəsibov: Bir az hündürdən danışın, biz buradan normal eşitmirik. Təqsirləndirilənlər sizi eşitmir.

H.Əsədov: Bağışlayın, səsim belə çıxır.

Hakim: Mikrofonu özünüzə yaxınlaşdırın.

H.Əsədov: Bundan sonra həmin ərizə araşdırıldı və müəyyən səbəblərə görə burada iqtisadi məsələlər ortaya çıxdı. Bir müddətdən sonra mənə bildirildi ki, ərizəni yazan Çingiz adlı şəxs (Əsədov – red.) bazardan imtina etmək və bazarı satmaq istəyir. Akiflə aramızda belə bir söhbət oldu. Dedim, bu elə şeydir ki, özün bilirsən, belə vəzifədə işləyirik ki, gərək məruzə edim. Məruzə olundu və bir müddətdən sonra cavab gəldi ki, problemsiz bu məsələni həll edə bilərsiniz. Ancaq sabah söhbət ayrı cür alınmasın. Məsələlər halallıqla həll olunsun.

Mən həmişə bu cür işlərdən uzaq adam olmuşam. Qaynatamı nəzərdə tutaraq, zəng elədim ki, belə bir təklif var. Məsləhətdirsə, istəyirsənsə, get danış, məsələni həll elə. Bundan sonra qaynatam gəldi ki, danışmışam. Evdən də bir az pul götürdü və bazarı alaraq fəaliyyətə başladı.

 

Hilal Əsədov prokurorla üzbəüz

Hakim: Prokuror, buyurun, sualınız varsa, verin.

Prokuror: Çingiz Əsədovun ərizəsi nə ilə bağlı idi?

H.Əsədov: Ç.Əsədovun ərizəsi bununla bağlı idi ki, onu təhdid edirlər. Fərhad Əliyevin qohumları, dostları, yaxınları. Çox dərindən xatırlamıram.

Prokuror: Yəqin məlumatınız var idi ki, həmin dövrdə Fərhad Əliyev və digərləri barədə cinayət işi başlanmışdı?

H.Əsədov: Bilirsinizmi, təhqiqat işi elə şeydir ki, o, indi də gedir.

Prokuror: Mən başqa istiqaməti nəzərdə tuturam.

H.Əsədov: Mən başa düşürəm, siz hansı istiqaməti nəzərdə tutursunuz və nəyi vurğulamaq istəyirsiniz. Bir də deyirəm, elə şeylər var ki, onlar verilir müstəntiqə, o özü seçir, baxır.

Prokuror: Belə başa düşdük ki, Çingiz Əsədov ərizəsində əvvəllər ona məxsus olmuş bazarın zorla əlindən alınmasını göstərib.

H.Əsədov: Mən ərizənin mahiyyətinə çox dərindən girmirdim. Bir də deyirəm ki, o ərizələr çox böyük axınla gəlirdi. Yalan olmasın. Gündə 1-2 qovluq ərizə yığılırdı.

Prokuror: Onda sualı belə verək - Çingiz Əsədov ərizə ilə müraciət edərkən bazarın hüquqi cəhətdən sahibi idi, ya yox?

H.Əsədov: Birincisi, mən o sənədlərə baxmamışam. Ərizəyə isə təhqiqat işinin çərçivəsində baxılıb. Üzr istəyirəm, indi mən durub hər ərizə yazanı yanıma çağırıb onu araşdırsaydım, gedib elə təhqiqatçı işləyərdim də.

Prokuror: Qaynatanız Ənvər Məmmədovun bazara görə nə qədər pul verdiyini bilirsinizmi?

H.Əsədov: Dərinə getmirdim axı. Ənvər özü gedib danışırdı.

Prokuror: Siz ona bu iş üçün maddi kömək etdiniz?

H.Əsədov: Hə, evdən 60-70 min verilmişdi.

Prokuror: Bazarın sonradan həyat yoldaşınızın adına keçməsi bu məbləğlə bağlıdır, yoxsa?

H.Əsədov: O kişi özü bilər, necə deyərlər, böyük qızıdır, keçirib qızının adına. Mən o məsələlərə çox dərindən müdaxilə etmirdim. Ola bilər ki, səbəblərdən biri də bu olsun. Amma mən bildiyim qədər, böyük qızı olduğu üçün onun adına keçirib.

Prokuror: Həmin bazardan yoldaşınızın hesabına hər hansı məbləğ gəlirmi? İstintaqda ifadənizdə dəqiq rəqəm də göstərmisiniz.

H.Əsədov: Ola bilər. Yəqin ki, gəlirdi. Dərindən bu məsələlərə müdaxilə etməyə ehtiyac duymurdum.

Prokuror: Dediniz ki, bazarla bağlı sizə məruzə olunandan sonra siz nazirə məruzə etdiniz.

H.Əsədov: Mənə məruzə olunmadı. Akif Çovdarov yoldaşyana mənə dedi ki, belə bir məsələ var. Məsləhətdirsə, həll edək bunu.

Prokuror: Sizdə məlumat var idimi ki, bu bazar Çingiz Əsədovdan Fərhad Əliyevin adamları tərəfindən zorla alınıb, sonradan MTN əməkdaşları bazara silahlı basqın edərək, orada işləyənləri nazirliyə gətiriblər.

H.Əsədov: Yox, MTN-də, ümumiyyətlə, belə şeylər yox idi ki, silahlı basqın olunsun. Polisdə də işləmişəm...

 

“Дают в другом месте”

Hakim: Bir az hündürdən danışın, səsiniz eşidilmir.

H.Əsədov: Mənim səsim belədir.

Hakim: Eşitdiyimə görə, əvvəllər hündürdən danışırmışsınız.

H.Əsədov: Mənim danşığım belədir, çalışaram hündürdən danışım.

Hakim: Давай (rusca: (burada) “oldu”).

H.Əsədov: Дают в другом месте. (rusca: “başqa yerdə verirlər”)

Hakim: Rus dilində danışma, azərbaycanca danış.

H.Əsədov: Siz dediniz, mən də dedim. Basqın terrorçulara qarşı olar, bazar məsələsində bu yolverilməz idi. Bu məsələyə gəlincə, mənim xəbərim yoxdur – bilmirəm, belə bir şey olub, ya olmayıb. Ancaq bilirəm ki, bunlar uydurma və cəfəng söhbətdir.

 

Bir sual məhkəmədə qalmaqala səbəb oldu

Zərərçəkmiş Cəfər Səfərov: Sizə məlum oldu ki, bu məsələ necə araşdırıldı?

H.Əsədov: Mən hər işin dalınca düşsəydim... Buna lüzum da yox idi axı.

C.Səfərov: Sizə bildirilib ki, sonradan bu işlə bağlı söz-söhbət olmasın. Bəs bizim sonrakı müddətdə bu qədər şikayətlərimiz, ərizələrimiz barədə məlumat verilmədi?

H.Əsədov: Mənə yoldaşyana təklif olundu ki, bazarı satırlar. Mən bu mənada dedim.

C.Səfərov: Haqq-ədalət məsələsi var. Biləsiniz ki, bu bazar mənim olub və zorla əlimdən alınıb. Bunu bilirsiniz?

H.Əsədov: Xahiş edirəm, mənə mənalı suallar verin. Boş-boş suallar verməyin.

Hakim: Sualların əhəmiyyətini biz müəyyən edirik, əhəmiyyətsiz olarsa, çıxarırıq.

H.Əsədov: Üzr istəyirəm.

Zərərçəkmişin nümayəndəsi: Hilal Əsədov, siz ifadənizdə də etiraf edirsiniz ki, faktiki olaraq bu bazarın yarısına yiyələnmisiniz.

H.Əsədov: Mən yiyələnməmişəm, xahiş edirəm...

Zərərçəkmişin nümayəndəsi: Qaynatanız alıb, sonra da həyat yoldaşınızın adına keçirib. Sizə adi məntiqlə elə gəlmirmi ki, bu ərizə ilə siz daha yaxından tanış olmalı idiniz və bu ərizə sizin üçün minlərlə ərizədən biri deyildi?

H.Əsədov: Nəyə görə minlərlə ərizədən biri olmamalı idi?

Zərərçəkmişin nümayəndəsi: Çünki siz hər ərizəyə görə gedib 200 min verib obyekt almırdınız.

Vəkil Kamandar Nəsibov: Mən başa düşmürəm, bu hansı zərərçəkmişin nümayəndəsidir və bu epizoda bu adamın nə dəxli var?

Zərərçəkmişin nümayəndəsi: Ay kişi, sənə nə var? Hakimdən icazə almışam, sual verirəm.

Hakim: Nəsibov, sən qarışma.

Vəkil K.Nəsibov: Axı bu zərərçəkmişin nümayəndəsinin bu epizoda nə dəxli var ki, sual verir?

Zərərçəkmişin nümayəndəsi: Onu hakim bilər, icazə verib, sualımı verirəm.

Vəkil K.Nəsibov: Xahiş edirəm, araşdırın ki, bu hansı zərərçəkmişin nümayəndəsidir. Oturursunuz, səsimizi çıxarmırıq, o demək deyil ki, sual da verməlisiniz.

Vəkil Şahin Rəfiyev: Nümayəndə kimi də qeydiyyatdan keçməyib. O kimin nümayəndəsidir?

Prokuror: Hələ hazırlıq iclasında bu adam zərərçəkmişin nümayəndəsi kimi tanınıb.

Vəkil Ş.Rəfiyev: Axı bu məsələ onun nə maraqlarına toxunur?

Zərərçəkmişin nümayəndəsi: Sənin nəyinə lazımdır? İcazə almışam, sual verirəm. Sözün var, hakimə de.

Hakim: Əyləşin, səs-küy də eləməyin. Nəsibov, imkan verin, işimizi görək.

K.Nəsibov: (replika atır)

Hakim (yüksək tonla): Ay kişi, imkan ver, fikrimizi bildirək! Bu sualı çıxarırıq.

 

Akif Çovdarov izahat verdi

Baxılan epizodla bağlı təqsirləndirilən Akif Çovdarov izahat vermək istədiyini bildirdi.

A.Çovdarov: Burada görürük ki, Hilal müəllim bəzi mətləblərin üstünü açmaq istəmir. Bu epizodda elə şeylər var ki, onları açıb demək olmur. Yəqin ki, bunu cinayət işinin materiallarından gözəl bilirsiniz. Hilal müəllim çalışır ki, bu məsələlərin üstündən keçsin.

Zərərçəkmiş Cəfər Səfərov: Ona görə də, bazara yiyələnib.

A.Çovdarov: Sən camaatı oğurlayıb, başına tapança ilə vuranda bilmirdin? İndi Allahdan danışırsan?

C.Səfərov: Ə, sən mənə demirdin, Allaha zəng elə, buraxım səni?

Vəkil K.Nəsibov: Zəng vurardın da...

A.Çovdarov: Sən deyildin, Çingizi görəndə şalvarına i..yən? Sonra getdin ayaqyolunda iki saat şalvarını yudun.

C.Səfərov: Sən mənə demədin ki, öləndən sonra da canından mənim qorxum çıxmayacaq? Allah var, indi oturmusan burda.

 

Nazirin adı necə idi?

Prokuror: Bildirdiniz ki, Akif Çovdarovla söhbətdən sonra bu barədə rəhbərliyə müraciət etmisiniz.

H.Əsədov: Bəli, yoldaşyana söhbət oldu, mən də rəhbərliyə məruzə etdim.

Prokuror: Kimə məruzə etdiniz?

H.Əsədov: Yəqin ki, rəhbərimə.

Prokuror: İfadənizdə göstərmisiniz, adını da qeyd etmisiniz.

H.Əsədov: Rəhbər bir dənədir də, üç dənə deyil ki...

Hakim: Nazirin adı yoxdur? Yoxsa heç adı yox idi, adsız yaşayırdı? Sənin ifadəndə var e, burda. Adını de də. Qorxursan adını deməyə?

H.Əsədov: Yox, niyə qorxuram ki?

Hakim: Rəhbərin adı nə idi? Rəhbər adında vəzifə yoxdur.

H.Əsədov: Bəyəm siz bilmirsiniz ki, kim idi nazir?

Hakim: De ki, nazirim filankəs idi. Məhkəmədir bura, başqa yer deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar