Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Əsgər Abdullayev mülklərini satışa çıxardı - İddia

Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayev barədə redaksiyamıza ilginc məlumat daxil olub


Məlumata görə, son zamanlar ölkədə aparılan ciddi struktur islahatlarının Gömrük Komitəsində də aparılacağını nəzər alan Əsgər Abdullayev özünün və yaxın ətrafının adına aldığı mülkləri gizli olaraq satışa çıxartdırıb. 

Satışa çıxarılan mülklərin arasında Novxanı, Şağan və Badamdar qəsəbələrində ümumi dəyəri 20 milyona yaxın olan malikənələrin olduğu vurğulanır. 

Qeyd edək ki, hələ bir müddət öncə mətbuatda yazılan, ancaq sonradan müəmmalı formada "yoxa" çıxan xəbərlərdə Əsgər Abdullayevin Şağan qəsəbəsində 10 milyonluq malikanə tikdirməsi haqda məlumatlar yayılmışdı. Fotolarla birgə yayılan xəbərə görə, Əsgər Abdullayevin Şağandakı malikanəsinin torpağına 1.5 milyon manat, malikanənin dizaynına isə 300 min xərclədiyi deyilirdi. 

Ümümi ərazisi 4200 kvadratmetr ola, bir çox müasir memarlıq üslubunu özündə birləşdirən malikanənin əsasən 3 mərtəbədən, baş tərəfində ucalan qış qülləsi isə 5 mərtəbədən ibarət olduğu deyilirdi.

Qeyd edək ki, məlumata görə fasadında mason emblemi olan malikanənin tikintisinə ümumi rəhbərliyi Əsgər Abdullayevin Gömrük komitəsində çalışan qardaşı polkovnik-leytenant Sücaət Abdullayevin rəhbərlik edib. Maraqlı olan odur ki, Sücaət Abdullayev hətta rəsmi iş vaxtlarının çox hissəini xidməti avtomobili ilə qardaşının malikanəsinin tikintisində keçirib. 

Digər maraqlı məqam isə Əsgər Abdullayevin paytaxtın Badamdar qəsəbəsində tikdirdiyi villa ilə bağlıdır. Belə ki, villanın ümumi sahəsinin 800 kvadratmet, qiymətinin isə təxminən 4.5 milyon manat civarında olduğu deyilir. Həmin villada Əsgər Abdullayevin Gömrük Komitəsində çalışan polkovnik-leytenant rütbəli Sücaət adlı qardaşı yaşayır. O da qeyd olunur ki, Sücaət Abdullayevin diplomu Dövlət Komitəsində işləməyə yaramasa da, general-leytenant Əsgər Abdullayevin sayəsində bu hal ört-basdır edilməkdədir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Mənbə: AzFakt.com

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar