Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclik...


Adını çəkəndə kədərlənməyən bir yaşlı görmədim


Və nə gəncliyimdə, nə də indi cavanlıq deyəndə kədərlənən heç kimi qınamadım.
 
Bəlkə də o vaxtacan oxuduğum, hətta əzbər bildiyim şeirlər məni tərbiyə eləmişdi.
 
Ən arif insanlar belə gənclik xiffəti çəkəndə təmkini unudublar.
 
Nizami Gəncəvi kimi böyük ədib də qocalıqdan şikayətlənib, gəncliyin həsrətini çəkib.
 
Amma bir tip adam var ki, onlara gənclik qonusunda qıcıq oluram.
 
Onlar: “Gəncliyimiz pis dövrə düşdü” – deyənlərdir.
 
Məncə, gəncliyi işıqla xatırlamalısan.
 
Bu gün gənclər günüdür və sizi əmin edirəm ki, mən nə qədər “pis dövrə” düşsə də gəncliyimi işıqla xatırlayıram. 
 
Bir dəfə dostlara dedim, kövrəlib, pivə aldılar mənə; ayağım cırıq ayaqqabıda islanmasın deyə sellofan sarınıb yeridiyim yolları indi öz şəxsi maşınımda gedirəm və o sellofanlı günlər qədər xoşbəxt deyiləm.
 
Halbuki o vaxt yanımdan dızz eləyib keçən, məni toza bələyən, üstümə palçıq sıçradan maşınların içindəkilərə az qala tanrı kimi baxırdım.
 
Gənclik ömrün qövsü-qüzehlərində oynaşan al-əlvan rənglərdir.
 
Gənclik tuti dillərlə ötən nəğmədir.
 
Gənclik...
 
Nə yazasan ki, dolğunluğu ilə ifadə etsin.
 
Yoxdur o söz.
 
Gəncliyi gənclik qədər ucadan, hündürdən, əlçatmazlıqdan ifadə edən ikinci bir ifadə tapammazsan.
 
Yüz bədii təsvir işlədə bilərəm.
 
Qızqaytaran baxışlar, dayı dedirtməyən tellər deyərəm.
 
Demirəm, amma!
 
Sadəcə, gənclik deyirəm.
 
Pilləkənləri quş kimi qalxmaq deyirəm.
 
Sevgi, ehtiras, güc, yaraşıq, gözəllik deyirəm.
 
İşıqlı göz , iti zəka, bitib-tükənməz enerji deyirəm.
 
İçində uçuşan al-əlvan kəpənəklər deyirəm.
 
Başqa da heç nə demirəm!
 
Gənclik günün mübarək, gənc olan və gənc olmuş adam!
 
Gəncliyin nə olduğunu anlamış, ondan faydalanmağı bacarmış adam.
 
Gəncliyi ona layiq işıqla, acısını şirinliklə xatırlayan adam.
 
Gəncliyin nə vaxtsa xatirəyə çevriləcəyinin fərqinə varmadan doya-doya yaşayan adam.
 
Qoy axırda sənə bir söz də deyim: ömür dediyin gəncliyin yan-yörəsidir!
 
Uşaqlıq əvvəli, qocalıq sonrası.
 
Başqa nə olası idi ki?!    
 
Şərif Ağayar(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar