Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncləri intihara sürükləyən səbəblər nədir?


Psixoloq: “Böyüklər düşünürlər ki, uşaqlar onları başa düşmür. Uşaqlar da düşünürlər ki, böyüklər onları başa düşmürlər. Beləliklə də valideynlə uşaqlar arasında uçurum yaranır”


“İntiharların olmasının əsas səbəblərindən biri də bu gün sosial şəbəkələrdə intihar edənlərin qəhrəman kimi qələmə verilməsi və qəhrəman kimi göstərilməsidir”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı son 2-3 gündə gənclər arasında intiharların artma səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Son dövrlər Azərbaycanda intiharlar - xüsusilə də gənclərin özünəqəsd halları sürətlə artır. İntihar edən şəxs müəyyən dövrlərdə depressiyada olduğunu, heç kimlə əlaqə saxlamaq istəmədiyini yaxınlara desə də, adətən, çevrəsi  tərəfindən buna məhəl qoyulmur. Araşdırmalar nəticəsində aydın olub ki, intihar nəticəsində ölən hər yeniyetmə həyatında ən azı bir dəfə intihar etmək istədiyini kiməsə deyib.

Xatırladaq ki, yanvarın təkcə 8-9-da Azərbaycanda 4 gənc intihar edib. 

- Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asaraq intihar edib.
- Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib.
- Bakıda, “Ulduz” metro stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq intihar edib.
- Bakıda Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib.

Göründüyü kimi intihar edən bu şəxsələr həyatlarının tumurcuq dönəmini yaşayan və həyatın ilk dolanbacında olan gənclərdir. Onların hər birini intihara sövq edən müxtəlif səbəblər ola bilər, amma bütün intiharlar bir səbəbdə birləşir. Özünəinamın itirilməsi... Bəs bu cür gəncləri intihardan yayındırmaq üçün hansısa yollar var? Ümumiyyətlə Azərbaycanda intiharların, xüsusilə də gənclərin özünəqəsd hallarının azaldılması, gənclərə ümid və yaşam stimulunun verilməsi üçün onlara necə yanaşılmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı psixoloq Fərqanə Mehmanqızına müraciət edib.

Image result for Fərqanə Mehmanqızı

Fərqanə Mehmanqızı: “Müəyyən testlər var ki, intihara meyilli uşaqları üzə çıxara bilir. Bu testlərdən mütəmadi olaraq istifadə olunmalıdır”.


Mövzu ilə bağlı PİA.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, adətən yeniyetmələr düşünürlər ki, onlar yaşadığı zaman heç kəs onları görmədi, heç kəs onları ciddiyə almadı, öləndən sonra göstərmək istəyirlər ki, onlar güclüdürlər və buna görə də intihar edirlər:

“Gənclərin intihara meyl etmələrinin bir çox səbəbləri var. Bu səbəblərin bir qismini sadalaya bilərik. Məsələn valideynlə uşaqlar arasında olan münasibətləri demək olar. Böyüklər düşünürlər ki, uşaqlar onları başa düşmür. Uşaqlar da düşünürlər ki, böyüklər onları başa düşmürlər. Beləliklə də valideynlə uşaqlar arasında uçurum yaranır. Bu uçurumun yaranmasına da  bir çox səbəbləri demək olar. 

Bu səbəblərdən ən başlıcası sosial şəbəklərdir. Gənclər sosial şəbəklərdə hər kəsin ən yaxşı şəkildə yaşadığını, hər kəsin hər bir şəraiti olduqlarını düşünürlər. Buna görə də onların valideynlərdən müəyyən tələbləri olur. Valideynlər də bu tələblərə cavab verə bilmədiklərinə görə də qopmalar baş verir. Sanki valideyn onların azadlıqlarını əlindən alır, sanki maddi durum yoxdur deyə, valideynlə müəyyən problem yaşanmalıdır. Buna görə bu gün yeniyetmələr intihara meyilli olurlar. Uşaqlar o anda elə düşünürlər ki, onlar intihar etməklə valideynlərin cəzalandıracaqlar. Və əslində bu elə belə də olur. Çünki yaşanan peşimançılıq və depressiya valideyn üçün ən böyük cəzaya çevrilir.

İntiharların olmasının əsas səbəblərindən biri də bu gün sosial şəbəkələrdə intihar edənlərin qəhrəman kimi qələmə verilməsi və qəhrəman kimi göstərilməsidir. Bu da özgüvəni olmayan, özünü təsdiq etməyə ehtiyacı olan yeniyetmələr özünü təsdiq etməyin tək çıxış yolunun intihar olduğunu görürlər. Həmin yeniyetmələr düşünürlər ki, onlar yaşadığı zaman heç kəs onları görmədi, heç kəs onları ciddiyə almadı, öləndən sonra göstərmək istəyirlər ki, onlar güclüdürlər və buna görə də intihar edirlər. Düşünürlər ki, intihar edəndən sonra hamı onları qəhrəman kimi görəcək, şüuraltı bu istiqamətdə özlərini qəhrəman etmək üçün intihar edirlər. 

Fərqanə Mehmanqızı: “İntihar edən şəxsin səbəbi  birinci valideyni cəzalandırmaq, ikinci cəmiyyətə özünü qəhrəman kimi göstərmək, üçüncü də özünə nifrət etməkdir”.


Ümumiyyətlə hər bir insanın yaşadığı həyata görə müəyyən problemləri var. İntihar edən insanlar da öz problemləri ilə yanaşı kimlərinsə yaxşı yaşadığını düşünür və bunu da özünə problem edir. Bununla da depresiya vəziyyətinə düşürlər. Yəni intiharlar birdən-birə olmur. İntihara qədər həmin insanlar müəyyən etaplardan keçir. Məsələn həmin insanlar birinci depresiyaya, sonra xroniki depresiyaya düşürlər, sonra isə özünə nifrət və son məqamda intihar meyili əmələ gəlir. Yenə qeyd edim ki, intihar edən şəxsin səbəbi  birinci valideyni cəzalandırmaq, ikinci cəmiyyətə özünü qəhrəman kimi göstərmək, üçüncü də özünə nifrət etməkdir. 

Bu cür intiharların qarşısın almaq üçün məktəblərdə, universitetlərdə təbliğat getməli, seminarlar keçirilməli, məktəb psixoloqları bu problemlərin üstündə işləməlidirlər. Əsas da yeniyetmələrin psixakası ciddi şəkildə yoxlanılmalıdır. Müəyyən testlər var ki, intihara meyilli uşaqları üzə çıxarda bilir. Bu testlərdən mütəmadi olaraq istifadə olunmalıdır. 

Ən əsası valideynlər uşaqları ilə davranışlarda müəyyən həddləri gözləməlidirlər.Valideynlər yeniyetməlik dövründə övladlarının üstünə çox getməməlidir, onları başa düşməyə çalışmalıdırlar. Münasibətlər qarşılıqlı anlaşma çərçivəsində olmalıdır. Onların boynuna daşıya biləcəyindən artıq məsuliyyət qoymamalıdır. Həmçinin valideynlər özlərində edə bilmədiklərini və özlərində gördükləri əksikləri uşaqlarında böyütməyə cəhd etməməlidirlər. Belə olanda valideynlə övlad arasında uçurum yaranır ki, bunun da nəticəsi heç də yaxşı olmur”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar