Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər sektorurunun yeni müdiri danışdı



Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yenicə yaradılmış gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev aprelin 17-də “Media forum” saytının suallarını cavablandırıb. PİA.AZ həmin müsahibəni təqdim edir: 


- Sektora müdir təyin olunmamışdan əvvəl gənclərlə iş təcrübəniz var idimi?

- 1999-cu ildən ictimai sektorda çalışıram. Öncə Maarifçi Gənclər Təşkilatının sədr müavini olmuşam. 2000-ci ildə isə Bakıda bir qrup hüquqşünas tələbə ilə birlikdə Gənclər Üçün Təhsil Mərkəzi yaratdıq. Həmin təşkilat hazırda da ölkənin ən fəal 10 qurumdan biridir. 2008-ci ilə qədər həmin təşkilata rəhbərlik etmişəm, çox proqram və layihələrin icrasını həyata keçirmişəm. Rəhbərlik etdiyim vaxtlarda Gənclər Üçün Təhsil Mərkəzi 5 beynəlxalq quruma üzv olub.

2008-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarananda məni ora hüquqşünas kimi dəvət etdilər. Şurada QHT-lər, xüsusilə də gənclər təşkilatları ilə birgə işlədim. 15 ilə yaxındır QHT-lər və gənclər təşkilatları ilə əməkdaşlıq edirəm.

- Sektor müdiri kimi nə planlarınız var?

- Cənab prezident İlham Əliyevin sərəncamı ilə sektor bir neçə gündür yaranıb. Bizim qarşımızda gənclər təşkilatları ilə sıx təmas qurmaq, dövlət qurumları, xüsusilə də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu ilə birgə gənclərin problemləri və təkliflərini öyrənmək vəzifəsi qoyulub. Bu iş cənab prezidentin müəyyən etdiyi gənclər siyasətinə uyğun olaraq aparılacaq. Sektor yeni yarandığı üçün hazırda heyət formalaşdırılır. Artıq müəyyən tədbirlər planı hazırlamağa başlamışıq. Həmin plan təsdiqlənmək üçün rəhbərliyə təqdim olunacaq.

- Sektorda neçə nəfər çalışacaq?

- Hələlik sektor 4 nəfərdən ibarətdir. Amma gənclər təşkilatları ilə iş sahəsində təcrübəsi olan şəxslərdən ibarət heyətin formalaşdırılması davam edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar