Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər Siyasəti üzrə I Qlobal Forumun Bakı Bəyannaməsi qəbul olunub


Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci Qlobal Forum başa çatıb


APA-nın xəbərinə görə, forumun son günü regional sessiyalar keçirilib.
 
Regional sessiyalarda Afrika, Ərəbistan və Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa və Mərkəzi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində gənclər siyasəti və gənclərin inkişafı ilə bağlı görülən işlərə dair müzakirələr keçirilib. Eyni zamanda ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Sonra sessiyaların moderatorları müzakirələr haqda hesabat veriblər.

Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah forumun dünya gəncliyinin inkişafına yeni təkan verəcəyini söyləyib. O bildirib ki, bu forum təkcə Bakı Bəyannaməsinin qəbulu ilə yadda qalmayacaq: "Burada çox mühüm müzakirələr keçirildi. Biz gənclərlə daha yaxın olmalıyıq. Onların nə istədiyini diqqətdə saxlamalıyıq. Düşünürəm ki, forum bu işə öz töhfəsini verəcək".

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məruzə ilə çıxış edərək bəyan edib ki, üç gün ərzində forum gənclərə informasiya təcrübəsi verib və maraqlı məqamlarla yadda qalıb: "Biz keçmişə və gələcəyə baxdıq. Bu günü müzakirə etdik, inkişafdan danışdıq. İnkişafda çətinliklər də mövcuddur. Təəssüf ki, bu gün radikal dini cərəyanlara qoşulan gənclərimiz var. Hər şeyin əvvəlində təhsil və təcrübə mübadiləsi dayanır. Bizim üçün ən önəmli məqamlardan biri keyfiyyətli təhsildir. Azərbaycan coğrafi baxımdan çox önəmli məkanda yerləşir. Biz gənclərimizin digər ölkələrin gəncləri ilə daima əlaqədə olmasını və yaxşı təcrübə qazanmalarını istəyirik".

Nazir əlavə edib ki, Azərbaycan dünyada baş verən proseslərə ciddi şəkildə yanaşan ölkələrdən biridir: "Əminəm ki, bu forum tarix yazdı. Ən maraqlı məqamlardan biri ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Ebola" ilə mübarizədə əziyyət çəkən ölkələr üçün BMT-nin Qlobal Fonduna 1 milyon dollar vəsaitin köçürülməsi ilə bağlı verilən qərardır".

Sonda Gənclər Siyasəti üzrə I Qlobal Forumunun Bakı Bəyannaməsi qəbul olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar