rezonans

Xəbər xətti

18 İYUN

19:11 Xudat sakinindən narkotik götürülüb

19:06 Türkdilli ölkələr vahid gömrük zonası yaradır

18:59 Aslan Kərimin videosundan danışdı

18:46 İsrailin keşmiş naziri İran casusu çıxdı

18:41 Qadına söyüş söymək niyə yaraşmır?

18:37 Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim olundu

18:30 Bu aydan “iPhone” ucuzlaşır

18:24 Qrişem: “Trampın arvadı buna nifrət edir”

18:19 Türk ordusundan Menbiç açıqlaması

18:13 Türkiyənin keçmiş naziri vəfat etdi

18:08 “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:02 DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

17:55 Bu il Azərbaycanda 400 tondan artıq barama təhvil verilib

17:49 Kazım Qarabəkir paşanın qızı vəfat etdi

17:42 “Atasının ölümünə səbəb Aytacdır”

17:36 Ölüm riskini azaldan qidalar – Siyahı

17:31 “Neftçi” Baqali Dabonu transfer etdi

17:27 “Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”

17:23 Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

17:18 Salyanda üç bacının yeganə qardaşı özünü asdı

17:12 Bitkoin ucuzlaşır

17:12 Avtomobil dərəyə aşdı: 2 yaralı

17:12 Avtomobil dərəyə aşdı: 2 yaralı

17:04 Şəkidə avtomobil yanıb

16:34 “Audi” şirkətinin rəhbəri həbs olunub

16:30 Həsən Ruhani Avstriyaya səfər edəcək

16:24 “Azadlıq” meydanında hərbi paradın məşqləri başlayıb

16:19 Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

16:15 Rusiya Baltik dənizi yaxınlığında hərəkətə keçdi

16:11 Türk əsgərləri Menbiç şəhərinə doğru irəliləyir

16:07 Gəncə sakinindən “Tramadol” həbləri götürülüb

16:02 İranda üç polisi öldürən avtobus sürücüsü edam olunub

15:58 Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu

15:53 Lider olmaq üçün 4 qayda

15:49 İranın Suriyada üç çətin seçimi - Təhlil

15:45 Azərbaycanlı biznesmen həbs olundu

15:42 “Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir”

15:37 Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

15:31 Əhalinin banklarda 7.8 milyard manat pulu var

15:26 “Günay Bank”ın sədri: “Bankdan pul oğurlanması iddiası əsassızdır”

15:22 “Facebook” uşaqlar üçün bunu qadağan etdi

15:19 “Əl-Qaidə”-nin liderlərindən biri saxlanılıb

15:15 İspan kralının kürəkəni cəzasını qadın həbsxanasında çəkəcək

15:11 Goranboy sakini yuyucu tozdan zəhərlənib

15:06 Qaradağda 4 otaqlı ev yanıb

14:56 Elektrik naqilləri oğurlayan şəxs yaxalanıb

14:51 Ötən gün 76 cinayət faktı qeydə alınıb

14:47 Arif Rəhimzadə: “Sərdar Cəlaloğlu tamamilə başını itirib”

14:44 Melania Tramp: “ABŞ qəlblə idarə olunan ölkədir”

14:40 Keçmiş Yəmən prezidentinin ölüm qabağı müraciəti yayılıb

14:36 İdmançımız Avropa çempionatında 25-ci yeri tutdu

14:31 Özünü birinci mərtəbədən atmaq istədi

14:27 Ağdamda yağan yağış nəticəsində evlərə su dolub

14:23 DÇ-2018: Kaliniç Xorvatiya millisindən uzaqlaşdırıla bilər

14:19 Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

14:15 Instagram bu funksiyanı ləğv edir

14:11 Zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçdi

14:07 Çindən Türkiyədəki seçkilərlə bağlı açıqlama

14:03 Azərbaycan XİN-dən Manvel Qriqoryanın həbsinə münasibət

13:59 Erməni müəllif Bakını hədələdi

13:56 Kravçukdan Putin və Poroşenkoya çağırış

13:52 İŞİD Suriyada əsas istinadgahını itirib

13:47 Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib

13:43 6 tona yaxın çətənə kolu aşkarlandı

13:38 “Bir qoca ilə bir qarı vardı”

13:35 Löv: “Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdır”

13:31 Roma Papası miqrantlara dəstək verdi

13:14 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

13:09 Paşinyanın həbs etdiyi generalın oğlu istefa verib

13:06 Şəkidə çobanı ildırım vurub

13:01 Gürcüstanda “Lotu Quli”nin adamları saxlanılıb

12:53 Sabahın hava proqnozu

12:49 Moskva və Riyad neft hasilatında artıma razılaşdı

12:46 Dünya çempionu velosipeddən yıxılıb öldü

12:42 Yaponiyadakı zəlzələdə azərbaycanlılar zərər çəkməyib

12:38 Bu günün hava proqnozu

12:34 Günün matçlarını yayımlayacaq kanallar

12:30 Güclü külək və yağış 3 rayonda fəsadlar törətdi

12:26 Türkiyə Antarktikada elmi baza yaradır

12:23 “Kişi özünə baxmırsa, onunla ailə qurmaram”

12:18 “Neftin baha olması ABŞ-a sərf etmir”

12:15 “Dünyanın ən yaxşı millisinə qalib gəldik”

12:12 “Ermənilər tək bizi yox, nəhəng neft şirkətlərini də hədələyir”

12:09 Moskvada daha bir məscid istifadəyə verildi

12:06 Türkiyədə ağır yol qəzası: 3 ölü, 39 yaralı

12:01 Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

11:57 Hadisə: “İllərdir bu xəstəlikdən əziyyət çəkirəm”

11:53 ATƏT-in nümayəndə heyəti Azərbaycana gələcək

11:49 Ermənistan bir neçə Su-30SM qırıcısı alır?

11:45 Türkiyə seçkiləri: Bu namizəd ilk turda qalib gələcək

11:41 Neft ucuzlaşıb

11:36 ABŞ Suriya ordusunu bombalayıb: 48 ölü

11:32 Goranboyda qadın intihara cəhd edib

11:27 Nigeriyada iki terror aktı: 31 ölü

11:24 Məşhur aktyor futbola baxarkən öldü

11:20 Yaponiyada zəlzələ: 3 ölü, 200 yaralı

11:16 Azərbaycanda bank sədrinin müavini əmanətçilərin 100 milyonunu oğurlayıb ölkədən qaçdı

11:12 Kolumbiya prezidentini seçdi

11:07 Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

11:04 Kəpəkdən qurtulmağın təbii yolları

11:01 Azərbaycanda aqrar sektor 9% böyüyüb

10:56 Belçikada avtomobil velosipedçilərlə toqquşub: 20 yaralı

10:52 “Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılışı oldu

10:48 Bakıda qonşular arasında dava: 1 yaralı

10:44 Tanınmış hüquqşünas faciəvi şəkildə ölüb

10:41 Hacıqabulda yol qəzası: 1 ölü, 1 yaralı

10:37 İsrail Qəzzanı bombaladı

10:34 Goranboyda həkimlər qəzaya düşdü

10:30 Dənizdə boğularaq ölən kişinin meyiti tapılıb

10:26 Azərbaycan və İran korrupsiyaya qarşı birgə mübarizə aparacaq

10:21 Atəşkəs 102 dəfə pozuldu

10:16 Zərdabda 12 yaşlı oğlan çayda batıb

10:12 “TANAP Azərbaycanın nüfuzunun artmasına güclü təkan verəcək”

10:07 Sabunçuda yol qəzası: 1 yaralı

10:04 İki uşaq anası damarlarını kəsib

10:00 Bu gün bürcünüz nələr vəd edir?

17 İYUN

22:00 57 yaşlı Ucar sakini bıçaqlanaraq öldürülüb

21:54 DÇ-2018-də sensasiya - Almaniya Meksikaya uduzdu - Fotolar

21:48 Əflatun Amaşov Mariya Zaxarovadan yazdı

21:41 Qatili tapana 50 min verəcək



CƏMİYYƏT

...

Gəncənin icra başçısının “sağ əli”nin əməlləri barədə yeni faktlar

Tarix 13.11.17, 9:41

Font ölçüsü : - / +
bitmap-img6

Tutu Əhmədova: “Bizi Məharət Mustafayevin zülmündən qurtarın”; Eynulla Kərimov: “Məharət Mustafayevin bizə qarşı qanunsuz əməllərinin araşdırılmasına göstəriş verilsin”


Baş Prokurorluq Gəncə İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin sektor müdiri Gülnar Günəşlinin idarə rəisi Məharət Mustafayevin ona qarşı qanunsuzluqları araşdırdığı bir vaxtda yeni əməlləri  üzə çıxıb.

Redaksiyamıza müraciət edən Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova M.Mustafayevin 100 min dollar pul aldığını, əvəzində torpaq ayrılacağını, lakin aldadıldığını deyir. 57 yaşlı Tutu Əhmədovanın sözlərinə görə, 2013-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb. Həmin vaxt Gəncə şəhəri, Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqda danışıq aparıb. İcra başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlindən 100 min dollarını  alıb. M.Mustafayev sonrakı 1 il ərazində torpağın sənədlərini T.Əhmədovaya verəcəyini bildirib: “Torpağı alarkən həyat yoldaşımın dostu Asim Kazımovdan və Eynulla Kərimovdan kömək istəmişdim. Onlar da məni Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə tanış etmişdilər. Aparıb ”Avtozavod" qəsəbəsindəki həmin torpağı mənə göstərdilər ki, pulunu ver, bura sənindir. Açığı həmin ərazini çox bəyəndim və razılaşdım. 160 sot torpaq idi. Asim Kazımov və E.Kərimovun iştirakı ilə əlimdəki vəsaiti Məharət Mustafayevə verdim. Birinci dəfə 50 min dollar, ardından 20 min və 30 min dollar ödədim. Bu alqı-satqıdan sonra E.Kərimov Məharət Mustafayevin yanında makler kimi işə başladı. Pulu ödəsəm də, torpağın sənədlərini mənə vermədilər. Oğlum Rusiyada tək qaldığı üçün onun yanına qayıtmağa məcbur oldum. 1 neçə ay sonra qayıtdım və torpağın sənədlərini istədim. Məharət Mustafayevlə görüşdük. Mənə dedi ki, Rusiya vətəndaşı olduğun üçün sənin adına torpaq satıla bilməz, qohumlarından birinin şəxsiyyət vəsiqəsini gətir, torpağı onun adına sənədləşdirək. Bacım qızının vəsiqəsini aparıb verdim. Lakin yenidən məni süründürməçiliyilə saldılar və sentyabr ayında qayıdıb Rusiyaya oğlumun yanına getməyə məcbur oldum. Bacım qızının vəsiqəsi də Məharət Mustafayevdə qaldı".

1 il keçdikdən sonra icra başçısı vəzifəsindən azad edilib və torpaq məsələsi də həll olunmamış qalıb: “2014-cü ilin oktyabrında isə eşitdim ki, yenə torpaq məsələsi üstündə Məharət Mustafayev kimisə vurub və ona görə də onu prezidentin əmri ilə vəzifədən azad ediblər. Bu müddət ərzində nə mənim aldığım torpağı sənədləşdirmədi, nə də pulumu qaytarmadı. Mən isə Rusiyada əməliyyat olunduğum üçün ölkəyə qayıda bilmədim. 2015-ci ildə Azərbaycana gəldim və Məharət Mustafayevlə görüşdüm. O artıq vəzifədən çıxarılmışdı və heç yerdə işləmirdi. Dedi ki, mütləq sənin pulunu qaytaracağam. Qaytara bilməsəm, Bakıdakı 2 otaqlı evimi adına keçirərəm, üstünü də sonra dollarla ödəyərəm. Onun səs yazısı da məndə var. Bu söhbətdən sonra yenidən Rusiyaya dönməli oldum və 2016-cı ildə qayıtdım. Baş Prokurorluqda çalışan bir tanışımızla məsləhətləşdim ki, əgər Məharət Mustafayev pulumu ödəməsə şikayət edəcəyəm. Bu söhbət hansısa formada onun qulağına çatdı və mənə zəng etdi. Məharət Mustafayev məni Gəncəyə dəvət etdi, xahiş etdi ki, heç yerə müraciət etməyim. Söz verdi ki, birinci mərhələdə 40 min dollarımı qaytaracaq, müəyyən müddətdən sonra isə qalan 60 min dolları ödəyəcək. Daha sonra, Alıyev Qürbət Mikayıl oğlu vasitəsilə mənə 20 min manat göndərdi. Mən isə 40 min dollar gözləyirdim. 20 min manat isə o zaman 12 min dollar edirdi. Məharət Mustafayevə zəng edib narazılığımı bildirdim. O isə mənə hədə-qorxu gəldi ki, bu puldan başqa heç nə ödəməyəcək. Dedi ki, hara istəsən şikayət et, bu ölkədə heç kim məni həbs edə bilməz”.

T.Əhmədova Məharət Mustafayev tərəfindən təhdidlərə məruz qaldığını da diqqətə çatdırıb: “Məni təhdid etdi ki, burada özünü, Rusiya isə oğlunu öldürtdürərəm. O hazırda Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsindədir. 1 ildən çoxdur ki, Bakıdayam, oğlumun və öz həyatım üçün qorxuram. Məharət Mustafayev məni hədələyir, 88 min ABŞ dolları pulumu da qaytarmır”.

T.Əhmədovanın sözlərinə görə, ona qarşı təhdidlərin, dələduzluğun araşdırılması üçün Daxili İşlər Nazirliyi  Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: “Şikayətimi araşdırılması üçün Gəncə Prokurorluğuna göndərdilər. Orada məndən izahat aldılar. 2 gün sonra işi rədd etdilər. Bundan sonra məhkəməyə müraciət etdim. Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədov şikayətə baxdı. Orada Məharət Mustafayev qızımın adına 1 hektar torpaq verdi. Etiraz etməyimin heç bir faydası olmadı. Sonradan bildim ki, bu torpağın verilməsi haqda sənədlər saxtadır. Faktiki olaraq mənə qarşı 2-ci dəfə dələduzluq edilib. Məhkəmə Məharət Mustafayevin göstərişi ilə şikayətim üzrə xitam qərarı çıxardı. Yazdılar ki, barışıq əldə olunub. Həmin qərarı mübahisələndirirəm.  4 yetim saxlayıram, Məharət Mustafayevin başıma açdığı oyunlar, təhdidlərindən sonra  şəkər xəstəliyi tapmışam. Məharət Mustafayev Gəncədə mənə öz evimdə yaşamağa imkan vermir. Təhdid edirlər. Qorxudan müxtəlif ünvanlarda yaşayıram. Rusiya vətəndaşıyam, ona görə də prezident Vladimir Putinə də şikayət ünvanlamışam. Azərbaycanın baş prokuroru Zakir Qaralovdan kömək istəyirəm. Bizi Məharət Mustafayevin zülmündən qurtarın. Pulumuzu alıb bizə versinlər”.  

İşdə adı çəkilən, vaxtilə Məharət Mustafayevin yanında işləmiş E.Kərimov da sabiq müdirinin əməllərindən zərərçəkənlərdəndir. Deyir ki, Tutu Əhmədovanın torpaq işini həll edərkən, Məharət Mustafayevlə tanış olub: “Təklif etdi ki, onun alqı-satqı işlərinə yardımçı olum. Bir müddət onunla işlədim. Gördüm ki, qanunsuz əməlləri var, yanından uzaqlaşdım. 1 neçə nəfərdən torpaq satmaq üçün ümumilikdə 92 min dollar pul alıb Məharət Mustafayevə vermişdim. Həmin vətəndaşlardan da Tutu Əhmədova kimi pulu alıb torpağını vermirdi. Onunla vətəndaşlar arasında mən qalmalı olurdum. Məcbur qalıb evimi və maşınımı satdım, 92 min dolları zərərçəkənlərə ödədim. Ancaq hələ də həmin pulu Məharət Mustafayevdən ala bilmirəm. Sonuncu dəfə məni ”Ramada Plaza"ya çağırdı, ağır sözlərlə təhqir etdi, mənə əl qaldırdı. Təhdid etdi ki, adam tutub üzünə durduracam, səni həbs etdirəcəm".

E.Kərimov Məharət Mustafayevin daha bir qanunsuzluğunun üstünü açıb: “Pulunu alıb torpaq vermədiyimiz adamlardan biri məni çox narahat edirdi. Məharət Mustafayevdən onun torpağının sənədini verməyi xahiş etdim. O isə 2016-cı ildə, 2013-cü il tarixinə saxta möhürlə bir sənəd düzəldib mənə təqdim etdi. Sonra həmin sənədin üstündə məni saxladılar və 20 gün həbs yatdım. Bu günə qədər Tutu Əhmədovanın da pulunu vermir. Bu adamın əlindən gecə-gündüzümüz yoxdur. Baş Prokurorluqdan xahiş edirik ki, bu məsələni də nəzarətə götürüb Məharət Mustafayevin bizə qarşı qanunsuz əməllərinin nəhayət ki, araşdırılmasına göstəriş verilsin”.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

ABŞ Suriya ordusunu bombalayıb: 48 ölü

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Ermənistanda gizli ABŞ laboratoriyası - Ermənistan cəzalanacaqmı?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru