Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncənin deputatları MDB-yə üzv dövlətlərin Forumunda


Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilənYaradıcı və Elmi Ziyalıların XII Forumunda iştirak ediblər


İki gün davam edən Forumda MDB ziyalıları “MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsi və dəstəklənməsində humanitar əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparıb, quruma üzv dövlətlərin elm və təhsil sahəsində əməkdaşlığı, gənclər siyasəti, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Millət vəkili Pərvin Kərimzadə ölkəmizdə təhsil sistemində müasir infrastrukturun yaradılmasından, təhsilin inkişafı istiqamətində atılan mühüm addımlardan danışaraq bildirib ki, bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür.

Azərbaycan gəncləri mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını, qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkədə dövlət tərəfindən lazımi şərait yaradılıb.Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir”- millət vəkili Naqif Həmzəyev Forumdakı çıxışında bildirib.

Millət vəkilləri Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak edib, ulu öndərin səfirliyin binasındakı barelyefinin önünə tər çiçəklər düzərək, onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Moskvada nəşr olunan üç cildlik "Heydər Əliyev:Şəxsiyyət və Zaman" adlı kitabının təqdimat mərasimi keçirilib. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar