Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə “Təlim və resurs mərkəzi” fəaliyyətə başladı


Hər zaman gənclərin hərtərəfli inkişafına, sağlam mühitdə böyüməsinə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası yenə də gənclərin arzusunu yerinə yetirdi


PİA.AZ xəbər verir ki, YAP Gəncə şəhər Təşkilatının nəzdində gənclərin müxtəlif sahələrə aid biliklərinin yüksəldilməsinə xidmət edəcək “Təlim və resurs mərkəzi” yaradılıb.

Mərkəzin açılışında YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, təşkilatın Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, İcra Hakimiyyətinin məsul işçiləri, beynəlxalq təlimçi Günay Zeynalova və tələbə-gənclər iştirak ediblər.

Açılış nitqini söyləyən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev iştirakçıları salamlayaraq bildirib ki, “Təlim və resurs mərkəzi”nin yaradılmasında əsas məqsəd gənclərin hərtərəfli bilik əldə etməsinə şərait yaratmaqdır. 

Bildirib ki, burada istedadlı və təcrübəli təlimçilər tərəfindən gənclərin istəyinə uyğun müxtəlif təlimlər keçiriləcək xarici dil və kompüter kursları təşkil ediləcək.
Çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə, təlimçi Günay Zeynalova bildiriblər ki, “Təlim və resurs mərkəzi”nin yaradılması olduqca əlamətdar hadisədir, çünki biz bu gün sağlam, geniş biliyə malik gənclər yetişdiririksə, deməli, biz sağlam gələcək yetişdiririk.
Yığıncaq zamanı gənclərin fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, bu gündən fəaliyyətə başlayan “Təlim və resurs mərkəzi”ndə gənclərin istəyinə uyğun müxtəlif mövzularda təlimlər keçiriləcək. Gənclər online qeydiyyatdan keçərək təlimlərdə iştirak etmək hüququ əldə edəcəklər.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar