Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə sələmçiliklə məşğul olan qadını yandırdılar


İzi itirmək istəyən cinayətkarlar daha sonra mənzili yandırıblar


Yanğın hadisəsi ötən gecə saat 05 radələrində Gəncənin Üzeyir Hacıbəyov küçəsi, bina 81, ev 36-da baş verib. Yanğından xəbər tutan qonşular Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına xəbər veriblər.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər mənzilə daxil olarkən orada 47 yaşlı Pərvanə İsmayılovanın qolu bağlı meyitini aşkar ediblər. Dərhal hadisə yerinə mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, hadisə soyğunçuluq məqsədilə törədilib.

Hadisə yerində Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları araşdırmalar aparırlar. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Gəncədə daha bir sələmçi qadın da bu şəkildə qətlə yetirilərək evi yandırılmışdı. (azxeber.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar