Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə qanlı 10 iyulun heç yerdə getməyən detalları...


Gəncə hadisələrini çəkən jurnalist Mahir Məmmədli detalları açıqlayır: "Başqa rayonlardan Gəncəyə gətirilmiş adamlar təxribat törətdilər"; "Qadınlar qəfil çantalarından boşqab çıxarıb, polislərə atmağa başladılar..."

 
Gəncədəki 10 iyul hadisələrini işıqlandıran, əslən Gəncədən olan telejurnalist, Real TV-nin əməkdaşı Mahir Məmmədli hadisələrlə bağlı maraqlı detallar açıqlayıb. 

M.Məmmədli 10 iyulda Gəncədə baş verən hadisənin təfərrüatlarını musavat.com-a açıqlayıb. Jurnalist müxbirimizə bildirib ki, hadisə hamı üçün gözlənilməz olub: "Əvvəlcədən elan edilmişdi ki, iyul ayının 10-da aksiya təşkil ediləcək. Ona görə də Gəncəyə getdim. Öncə Yevlaxdan, Elmar Vəliyevin daha öncə icra başçılığı etdiyi rayondan müsahibələr aldım. Saat 4-də Gəncəyə çatdım. Meydandan canlı video çəkdim ki, hər şey sakitikdir. Bu hadisənin işartısı da yox idi. İnsanlar mərkəzi meydandakı fəvvarənin yanında gəzirdilər. Həmin vaxt fəvvarənin yanında bir neçə qadın oturmuşdu. Heç kəs də təxmin etmirdi ki, bu qadınlar təxribatın tərkib hissəsi ola bilərlər. Polisə tapşırılmışdı ki, insanlara qarşı qıcıqlandırıcı hərəkətlər etməsinlər, maksimum sakit davransınlar. Ona görə də ərazidəki polislər silahsız idilər. Mülki geyimli və polis geyimində 20-25 nəfər var idi. Həlak olan Səməd Abbasov və İlqar Balakişiyev onların arasında idi. Mən qətlindən bir az əvvəl İlqar Balakişiyevlə söhbət etmişdim. Mənə əminliklə dedi ki, heç bir aksiya olmayacaq"...

Müsahibimiz bildirib ki, saat 20-yə qədər hər şey sakit idi. Anons edilən aksiyanın olmayacağını düşünən telejurnalist hətta hadisə yerindən getməyi də düşünüb: "Amma saat 8-dən 10 dəqiqə keçmiş Fəvvarənin kənarında oturan 10-a yaxın qadın çantasından boşqab çıxarıb, şüarlar qışqıra qışqıra polslər tərəfə atmağa başladlar. Polisin diqqəti bunlara yönəldi. Bunların da məqsədi elə bu imiş. Bu zaman meydanın iki ayrı tərəfində Səməd Abbasov və İlqar Balakişiyevə qarşı kəsici alətlə hücum oldu. Polislərə hücum edən şəxslərin kimliyi təhlükəsizlik kamerasına düşüb. Həmin gün 40-a yaxın adam saxanılmışdı. Onarın arasında gəncəlilər yoxdur.Əvvəlcədən ayrı-ayrı rayonlardan Gəncəyə gətiriliblər, ev tutublar. Gəncəyə qrup halında gəlməyə məhdudiyyətlər olub. Ona görə də ayrı-ayrı halda gəliblər. Şəhər ətrafında evlər tutublar. Orda qalıblar. Yerli əhali indi istintaqa deyir ki, həmin evlərdən birinə hər gün 10-15 çörək alıb aparırdılar. Bu da onu deməyə əsas verir ki, onlar bu çörəkləri birgə qaldıqları hücrələrə aparırmış".

M.Məmmədli bildirib ki, hadisə günü meydanda olan polislərin əlində dəyənək olmayıb: "Onlar qrup halında toplaşan insanlara yaxınlaşırdı. Bu hadisədən sonra Post Patrul xidməti əməkdaşları gəldilər. Əllərində dubinka da, qaz balonu da vardı, amma o vaxta qədər artıq yaralanma hadisəsi olmuşdu".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar