Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə çay evinə qumbara atdılar: Ölənlər və yaralılar var - Adlar+Yenilənib

Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib


Gəncədə baş verən hadisə ilə bağlı iki maddə ilə cinayət işi başlanıb.
 
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
 
Məlumatda qeyd olunur ki, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, başqasına vermə və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, ötən gecə Gəncədə Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. M. Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
 
Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.
 
***

Ötən gecə Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. M. Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir. 

Məlumata görə, hadisə mübahisə zəmində baş verib.  Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda başlanıb.
 
***
 
Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə edən 4 nəfərdən biri əlindəki qumbaranı partladıb. Partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
 
PİA.AZ Kəpəz TV-yə istinadən xəbər verir ki, çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb. Nəticədə iki nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. 22 yaşlı Orxan Mirzəyev, 18 yaşlı Nəriman Əhmədov və 41 yaşlı Sadiq Əhmədov Abbas Səhhət adına şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar