Gəncədə avtomobil piyadanı vurub öldürüb
PİA.AZ APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
İlkin məlumata görə, Məmmədova Aynurə İsmayıl qızı "QAZ 3110" avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb, yanında olan övladı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücü maşını hadisə yerində qoyaraq qaçıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
pia.az