Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə İranda istehsal edilən malların satış-sərgisi keçirilir



Avtomobildən tutmuş qida məhsullarınadək İranda istehsal edilən mallar 5 gün ərzində Gəncədə sərgilənəcək


 Bu gündən öz işinə başlayan satış-sərgisində İranın 51 şirkəti iştirak edir və Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfədir baş tutur. 

Kəpəz TV (Region TV) xəbər verir ki, qida, sənaye məhsulları, dərman preparatları, tekstil və geyim, avtomobil, santexnika, kənd təsərrüfatı məhsulları və digər çeşidli mallar Gəncədə İran mallarının ilk sərgisində nümayiş etdirilir. 

Mirəyyub Təqəvi, Tələb-Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin icraçı direktoru: “Hazırda sərgidə 51 şirkət iştirak edir, avtomobil zavodu məhsullarından yeyinti məhsullarına qədər sərgilənir. Biz iş adamlarını dəvət edirik ki, buradakı şirkətlərlə əlaqələr qursunlar və nəticədə hər iki ölkə arasındakı ticarət əlaqələri daha da genişlənsin”. 

Hər iki ölkə sahibkarları üçün körpü rolunu oynayan və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sərgidə stendlər arasında İranın Ərdəbil əyaləti ilə yanaşı, Qərbi və Şərqi Azərbaycan əyalətləri, Tehran, İsfahan, Əlborz, Məşhəddən şirkətlər də yer alır.

Möhsün Pakayin, İran İslam Respublikasının Azərbaycandakı səfiri: “Hazırda İranla Azərbaycan arasında ticarət mübadiləsi qeyri-neft sektorunda 500 milyon dollardan atrıqdır. Elektrik enerjisi və digər sahələri də əlavə etsək, 1 milyard kimi rəqəm göstərmək olar. Amma potensialın bundan da yüksək olduğuna inanırıq. Ümid edirik ki, 2015-ci ildə bu rəqəmləri iki dəfə artıra bilərik”. 

Gəncə Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində İranla Azərbaycan arasında əlaqələri müsbət inkişafının regional əməkdaşlığa da sirayət etdiyi və bu yaxınlarda Gəncə ilə Təbrizin qardaşlamasının buna misal olduğu bildirilib. Ardından sərgi ilə tanışlıq olub. 

Bu gündən başlayan İran məhsulları sərgisi mart ayının 8-nə qədər davam edəcək. Bu kimi sərgilər Gəncədə davamlı olacaq. Bunun üçün "Ekspo məkəz"in tikintisi də nəzərdə tutulub. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar