O, müxtəlif dərman preparatları içib
Gəncədə 30 yaşlı qadın intihara cəhd edib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini,1986-cı il təvəllüdlü T.M. özünü öldürmək məqsədi ilə müxtəlif dərman preparatları içib. Yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan T. M-ya dərhal tibbi yardım göstərilib.
O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qalır. Qadının hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
pia.az