Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında əməkdaşlıq ilbəil möhkəmlənir


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərinın meri Şota Murquliyanın dəvəti ilə "Kutaisi Günləri” tədbirində iştirak etmək ücün 2017-ci il 2 aprel tarixində Kutaisi şəhərinə səfər edib


Tədbirdə həmcinin, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov da iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısının rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Gəncə Tibb kollecinin direktoru Mehman Rzayev daxil olub.

Şota Murquliya, Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında 1996-ci ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirib, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Kutaisi şəhərinə  səfərə gəldiyinə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür edib.  

"Bizim əlaqələrimiz-qardaşlıq əlaqəsidir", - deyən Elmar Vəliyev vurğulamışdır ki, biz bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi Gəncə-Kutaisi əlaqələrinin davamlı olmasına və digər sahələrdə də inkişaf etdirilməsinə səyimizi artıracağıq.

Qonaq dedi ki, hər iki şəhər arasında həyata keçirilən qarşılıqlı səfərlər, Gəncə və Kutaisi şəhərləri arasında əməkdaşlığa dair memorandumun imzalanması öz bəhrəsini vermiş, ötən dövrdə əlaqələr sürətlə inkişaf etmişdir.

Şəhər rəhbərləri ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyini, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini birləşdirəcəklərini bildiriblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar