Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə məmurlarına qarşı təxribatı kimlər təşkil edir?

Bir müddətdir ki, Gəncə şəhəri İcra Hakimiyyətinin ayrı-ayrı məmurları barədə mətbuatda ittiham xarakterli materiallara rast gəlinir


 İcra başçısı Elmar Vəliyev başda olmaqla qurumun səlahiyyətli şəxsləri müxtəlif formalarda tənqid olunur, barələrində sərt açıqlamalar tirajlanır. Belə materialların qəhrəmanları qismində isə əsasən iki nəfər çıxış edir - Tutu Əhmədova və Eynulla Kərimov. Bu adamlar bir neçə aydır ki, redaksiyalar gəzərək aldadılaraq böyük məbləğdə vəsaitdən mərhum olunduqlarını iddia edir və düşdükləri vəziyyətə görə daha çox Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayevi ittiham edirlər. 

Məsələnin təfərrüatlarını və adıçəkilən şəxslərin dilə gətirdiyi ittihamları araşdırarkən maraqlı faktlarla qarşılaşdıq. Məlum oldu ki, Eynulla Kərimov özü uzun müddət torpaq alveri ilə məşğul olub və ötən müddət ərzində dəfələrlə vətəndaşları bu və ya digər formada aldadaraq onların vəsaitini mənimsəyib. Aldadılmış şəxslər onun üstünə gedəndə isə məsuliyyətini başqa şəxslərin üzərinı atıb və əsasən, Məharət Mustafayevin adından istifadə edərək vətəndaşları məmurlarla üz-üzə qoymağa çalışıb. O, vətəndaşa saxta sənəd verdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, bir müddətdən sonra sərbəst buraxılan E.Kərimov hazırda da polis axtarışındadır. Aldadılmış vətəndaşlar məsələnin mahiyyətindən xəbər tutaraq polis orqanlarına müraciət ediblər. 
Məsələnin digər maraqlı tərəfi isə E.Kərimovun ikinci şikayətçi - Tutu Əhmədovanın özünü aldatmasıdır. Belə ki, təsadüfən əlimizə keçmiş istintaq materiallarından məlum olur ki, Tutu Əhmədovaya torpaq satan əslində E.Kərimovdur. O, Gəncə Pivə Zavodunun keçmiş müdiri Asim Kazımovla birgə Rusiyadan gəllmiş Tutu Əhmədova torpaq ərazisi təklif ediblər. Xanım da həmin ərazini almaq istədiyini bildirib və tələb olunan vəsaiti də məhz bu iki nəfərə - E.Kərimov və A.Kazımova verib.

 T.Əhmədova əvvəlki müsahibələrində vəsaiti Məharət Mustafayevə verdiyini desə də, sonrakı açıqlamalrında vasitəçilərin kimliyini gizlətməyib. O, E.Kərimov və A.Kazımovun adını çəkərək pulu məhz onlara verdiyini deyib. Başqa bir ifadəsində isə özünün də başqa bir maşında oturaraq adıçəkilən iki nəfərin M.Mustafayevlə görüşünü kənardan müşahidə etdiyini bildirən T.Əhmədova əslində belə fərqli açıqlamalar və ifadələr verməklə məsələnin əsl mahiyyətinə dolaylısı ilə aydınlıq gətirmiş olur. Göründüyü kimi, T.Əhmədova Məharət Mustafayevi tanımadığını, torpağı ona E.Kərimovla A.Kazımovun təkilif etdiyini bildirir. Eyni zamanda ortada torpağa görə ödənişin bilavasitə M.Mustafayevə verildiyini təsdiq edən heç nə yoxdur. Xanım özü deyir ki, pulu E.Kəromovla A.Kazımova verib. Onlar isə bilidirblər ki, pulu guya aparııb M.Mustafayevə veriblər. Bundan sonra T.Əhmədova başlayıb M.Mustafayevin qapısını döyməyə. Buradan belə qənaətə gəlmək olar ki, T.Əhmədova əslində E.Kərimov tərəfindən aldadıldığını yaxşı başa düşür. Sadəcə E.Kərimovun başqa vətəndaşlara da külli miqdarda borcu olduğunu görən və öz pulunu ondan alacağına inamını itirən T.Əhmədova məmur adı hallandıraraq bu yolla nəyəsə nail olacağına ümid edir. Əslində isə o, qeyd etdiyimiz kimi istintaqa verdiyi ifadələrdə də pulu E.Kərimovla A.Kazımova verdiyini açıq şəkildə etiraf edib. 

Göründüyü kimi, əslində ortada nə rüşvət faktı var, nə də məmur səviyyəsində həyata keçirilmiş digər qanunsuz əməllər. Söhbət yalnız biri digərini aldatmış iki vətəndaşın, arxasında heç bir dəlil-sübut dayanmayan iddialarından gedə bilər. 
Odur ki, adıçəkilən şəxslərin kimlər tərəfindənsə idarə olunduğunu da təxmin etmək olar. Əsas məqsəd diqqəti Gəncədə aparılan nəhəng tikinti quruculuq işlərindən yayındırmaqdır. Yəqin ki, cənab Prezidentin üç gün əvvəl reallaşdırdığı Gəncə səfəri zamanı burada görülmüş işlərə yüksək qiymət verməsi kimlərisə möhkəm narahat edir. Belə olmasaydı bir neçə ay öncə mətbuata çıxmış və indiki ittihamları aylar öncə səsləndirmiş şəxsləri cənab Prezidentin Gəncəyə səfəri ərərfəsində yenidən ortaya çıxarmazdılar...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar