Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə Texniki Kollecinin direktoru ila bağlı ilginc iddia



Gedəcəyini bildiyindən 300 min manat toplamaq qərarına gəlib


Gəncə şəhərində yerləşən Gəncə Texniki Kollecində maliyyə yoxlanılması zamanı külli miqdarda dövlət vəsaitininin mənimsənilməsi aşkarlanıb və qərara gəlinib ki, kollecin direktoru haqqında hüquq mühafizə orqanlarına müraciət edilsin.


Daha sonra xəbərdə qeyd olunur: “Media isə vaxtaşırı kollecin direktoru Eldar Əliyevin kobud davranışlarından, dərs bölgüsü zamanı narazılıq yaratmasından, tələbələrin semestr imtahanları zamanı rüşvət verməsinə məcbur edilməsindən, kollecə direktora yaxın şəxslərin müəllim və digər sahələrə işə götürülməsindən yazıb. Amma bir faydası olmayıb. Eldar Əliyev bu günə qədər də mənimsəmə və talançı hərəkətlərindən əl çəkməyib”.

“Hazırda semestr imtahanları ilə bağlı kollecdə rüşvət yığma kampaniyasına start verildiyini iddia edən qaynaq dia.az-a yazır: “Eldar Əliyev kollecdən qovulmaq ərəfəsində qərara gəlib ki, tələbələrin 300 min manat rüşvət yığsın. Kollecdə 2 minə yaxın (qiyabi, əyani) tələbə təhsil alır. Onlar isə dərsə gəlmir, müxtəlif sahələrdə çalışır. Tələbə və müəllimlərdən Rusiyada işləyənlər də var. Adları kollecdə gedir. Onların məvacibi və təhsil haqları Eldar Əliyev tərəfindən mənimsənilir.

Bu səbəbdəndir ki, Eldar Əliyev Gəncə şəhərində bahalı obyektlər alıb. Bakıda bir neçə mənzilə sahibdir. Komfortlu həyat tərzi sürən kollec direktoru pula o qədər hərisdir ki, kollecdən uzaqlaşdırıldığı ərəfədə də külli miqdarda rüşvət yığmağa başlayıb. Onun bu hərəkətlərinə təbii ki, təhsil nazirliyindəki himayədarları kömək edir. Yoxsa onun bu oyunlardan özünü təmizə çıxarması mümkünsüzdür”. (dia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar