Nizami rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.
Rayon Polis İdarəsindən Publika.az-a bildirilib ki, hadisə saat 04:00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
Həmin istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşını yolu keçmək istəyən 20-22 yaşlı qızı vurub. Agır xəsarət alan gənc qız hadisə yerindəcə keçinib.
Nizami Rayon Polis İdarəsindən bildirilib ki, hələ mərhumun kimliyi məlum deyil, şəxsiyyəti müəyyənləşdirilir.
Hadisəni törəədn sürücü barəsində cinayət işi başlanıb.