Xəbər xətti

17 FEVRAL

21:55 Dünyada hər il 40 milyon insan qeyri-infeksion xəstəliklərdən vəfat edir

21:44 Melaniya xəyanəti bağışlamır: yenə Trampı pərt etdi - Video

21:36 “Suriyada amerikalıların qırdığı 300 rusiyalıya görə kim cavab verəcək?” – Təhlil

21:26 Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

21:05 Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

20:50 Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

20:33 Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

20:23 Əsəd ordusu Afrinə girdi

20:05 MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

19:40 Ötən il Azərbaycan 54 milyon dollarlıq çay məhsulları idxal edib

19:33 Jirinovski “Vaqner”in həlak olan 300 üzvü haqda

19:16 Yol polisi Babək prospektindən "küsüb" … – Təmir aparılan yolda xaos

19:09 “Qəbələ”-“Zirə” oyunundan sonra kütləvi dava

19:05 Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

18:50 Rusiyada avtobus qatarla toqquşdu

18:37 GUAM ölkələrinin baş nazirlərinin sammiti keçiriləcək- Moldovada

18:25 Salyanda tövlə yandı

18:12 Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna

18:05 Ərdoğan: Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik

17:50 Ankara bundan yararlana biləcəkmi? - Təhlil

17:44 “Sinay 2018” antiterror əməliyyatı davam edir

17:38 KXCP də prezident seçkisini boykot etdi –Ali Məclis qərar verdi

17:32 “Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

17:20 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

16:55 Yevlaxda ağır yol qəzası- Br ailənin 3 üzvü xəsarət alıb

16:40 ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

16:30 "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

16:25 Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

16:13 “Ufak tefek cinayetler“dəki gizli eşq gerçək oldu?

16:07 Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

15:53 Lənkəran sakini intihar edib

15:46 Məsum balanın əməliyyatına 6 min manat lazımdır - Yardım edək

15:40 Sabah hava necə olacaq?

15:32 Şahin Zəkizadənin ölümündən 1 il keçir

15:25 “Arsenal”dan 51 milyonluq təklif

15:13 İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

15:05 Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

14:59 İcbari hicab əleyhinə dalğa: Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi?

14:52 Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

14:46 Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

14:40 Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

14:33 İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

14:26 Oqtay Şirəliyevin diqqətinə: Doğum Evində açıq bazar - Video

14:20 Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirib

14:15 Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

13:46 “Gülməlisiz” - Röya əsəbiləşdi

13:41 Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

13:36 Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

13:30 “Bir addım qalıb” - Rövnəq Abdullayev

13:25 Müğənnilərə bahalı maşınlarını nümayiş etdirmək, çarpayıda uzanıb oxumaq qadağan edildi

13:20 Sarkisyan Almaniyaya getdi

13:08 Yanvarda Azərbaycan xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib

13:03 “Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil”

12:58 Bakıda zəncirvari qəza nəticəsində iki nəfər ölüb

12:53 Ombudsmanla bağlı qanun dəyişdirilir

12:45 Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

12:40 “Əgər ərəb cihad eləmirsə deməli başı “avtoşluğa” qarışıb...”

12:33 Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

12:26 Kofe intihara meyilliliyə təsir göstərir

12:21 Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto

12:16 Güzəştli kredit daha çox hansı sahibkarlara verilir...

12:11 Rusiya analitiki:“İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər”

12:05 DİN Bakının mərkəzində baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

11:58 Qızıl 1 dollara yaxın bahalaşıb

11:53 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

11:46 Nigeriyada terrorçuların bazara hücumu nəticəsində 15 nəfər ölüb

11:40 Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu oldu

11:33 Meksika daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb

11:26 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

11:21 Lənkəranda motosikletlə yük maşını toqquşub - Xəsarət alan var

11:15 Lavrov: “Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”

10:59 “Məni milyonçu hesab edirlər” - Vasif

10:53 Tramp: “Rusiya ilə heç bir sövdələşmə olmayıb”

10:47 “Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? - Video

10:41 Rusiya bayrağı bütün dünyada qadağan olunsun - Poroşenko

10:36 Neft bahalaşıb

10:30 Dünən polis tərəfindən 36 nəfər saxlanılıb

10:25 Tramp İsrailin baş nazirini Ağ Evdə qəbul edəcək

10:20 Bakıda qısqanc ər arvadını bıçaqlayıb

10:14 Sosial müavinət və təqaüdlərin təyin olunmasında dəyişiklik edildi

10:10 Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

10:05 Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü

10:05 Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub

10:00 Atəşkəs 125 dəfə pozulub

0:44 Azərbaycanda ən aşağı maaş harada verilir? –Rəqəmlər

0:33 “Layiqsiz insan türkə, kürdə, talışa, ləzgiyə baxmır ki...”

0:22 Qaradağlı qətliamından 26 il ötür

0:01 Bugün bürcünüz nələr vəd edir?

16 FEVRAL

23:55 Seda sevənlərini qorxutdu - foto

23:40 “Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb”

23:33 ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb

23:12 “Azərbaycanda uşaqlar arasında şəkərli diabetə tez-tez rast gəlinir”

22:55 “BTR-82A“ zirehli transportyorları Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib

22:50 Yaponiyada vətəndaşlar 70 yaşda da pensiyaya çıxa biləcək

22:33 ABŞ-da kollecdə silahlı insident baş verib

22:05 Elmar Məmmədyarov Münhendə İtaliyanın XIN rəhbəri ilə görüşüb

21:55 Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları

21:40 Türkiyə və ABŞ Suriyanın bütövlüyünə sadiqlik ifadə etdi - Birgə bəyanatla…

21:33 İranın qərbində 4,0 bal gücündə zəlzələ olub

21:05 Uşaq bağçasında 3 yaşlı Zəhra niyə öldü..?

20:44 Məşhur cütlük tətilə çıxdı

20:37 Əhalinin banklarda əmanəti 7.5 milyard manatı keçib

20:20 “Erkən seçki prezidentə Qarabağ münaqişəsinə son qoymaq üçün mandat verə bilər”

20:13 “WhatsApp” bunu da etdi

20:05 “Suriyada öldürülənlər bizimkilərdir, 300 ailə başsız qaldı”

19:55 Ermənistan-Rusiya birləşmiş qoşununa komandan təyin olunub

19:40 “Müraciətlərin azlığı təəccüb doğurur” – Məleykə Abbaszadə

19:33 “2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə

19:25 Daha 2 məhkumun ölüm xəbəri gəldi

19:20 Nazirlikdən iki şöbə birləşdirildi– Yeni təyinat

19:05 CAR prezidentinin 10 illik iqtidarına necə son qoydular?

18:55 “Rusiya ilə “soyuq müharibə” istəmirik”

18:42 “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası

18:37 Daha bir rayonunda icbari tibbi sığorta tətbiq olunacaq

18:32 Prezident Trampın sabiq baş strateqi dindirilib

18:16 “Niyə bir qadının üç əri olmaz?”

18:12 Hindistanın Səlahiyyətli səfiri сənab Sancay Rana Biləsuvar rayonuna səfər edib

18:00 Almaniya sosial-demokratlarının reytinqi anti-rekordu təzələyib

17:54 Niderland parlamenti qondarma erməni soyqırımını tanıdı

17:48 Aktyorun evini soyan oğru hələ də tapılmayıb



ƏDƏBİYYAT

...

Gənc qadının və Şaxta Babanın qətli

Tarix 17.07.17, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün tanınmış yazıçı Qan Turalının doğum günüdür


Bu münasibətlə onu ürəkdən təbrik edir və məşhur “Gənc qadının və Şaxta Babanın qətli” hekayəsini oxucuların diqqətinə çatdırırıq. 
 
Gülgün
 
Üç yaşım vardı, ona görə də danışdıqlarımın çoxu yadımda deyil.
 
Yeni ilə az qalmışdı, anam mənimlə Gülnurəni Şaxta Babanın yanına apardı.
 
Atam o vaxt Moskvada idi.
 
Şaxta Babaya “Keçi” şeirini dedim.
 
Şaxta Baba mənə konfet verdi.
 
Şəkil də çəkdirdik.
 
O şəkil indi də məndə durur.
 
Anam boz plaşındadır, mən qucağındayam.
 
Bacım da yanımızda dayanıb, arxada isə Şaxta Baba.
 
Bir əli anamın çiynindədir, bir əli də bacının.
 
Qar qız yoxdu nədənsə.
 
Ana dedi ki, gülün, mən də gülürdüm, bacı da.
 
Şəkli ataya göndərdik.
 
Bayram gecəsi atayla danışdım.
 
Ona da dedim “Keçi” şeirini.
 
Bacı da dərslərindən danışdı ataya.
 
Ataya məktubu bacı yazırdı həmişə.
 
Anam deyirdi, bacı yazırdı.
 
Bayramdan üç-dörd gün sonra ata gəldi.
 
Bizə deməmişdi gələcəyini.
 
Qapını döydü, bizi heç öpməmiş ananın üstünə qışqırdı, güldanı ona atdı.
 
Bacıyla mən başladıq ağlamağa.
 
Biz qorxduq, qonşumuz Gülnaz xala gəldi.
 
Bizi apardı.
 
Daha anamızı görmədik.
 
Atamızı da.
 
Anamı həkimlər apardı, atamı polislər.
 
Biz nənəgildə qaldıq.
 
 
Şaxta Baba
 
İncəsənət Universitetində oxuyanda Aydını oynamaq istəyirdim. Ən böyük arzum bu idi. Təyinatımı M. şəhərində teatra verdilər. Kefim pozulmadı. O qədər böyük aktyor sənətə əyalətdə başlayıb sonra parlayıb ki.
 
Amma burda işlərim düz gətirmədi. Düz-əməlli bir tamaşa qoyulmurdu. İcra başçısının atası dramaturq idi. Ancaq onun əsərlərini qoyurdular. Polisin rəşadəti, Qarabağ, vətənpərvərlik haqda dramlar yazırdı. Mənə də elə-belə rollar verirdilər. Cəmi 150 manat maaş alırdım. Yarıac dolanırdım. Toya da getməyə ürəyim gəlmirdi. Bütün boş vaxtımda kitab oxuyurdum. Rayon kitabxanasında kitab qoymamışdım. Axırda evə internet çəkdirib kompüterlə oxumağa başladım.
 
Bir gün bir dram yazdım. Onu rejissora göstərdim. Oxudu. Dedi sonra qoyarıq. Sonra ondan dramı istədim. Nə qədər axtardısa, tapa bilmədi. Dedi itirmişəm. Yaxşı ki, kompüterimdə vardı. Bir müddət sonra dram səhnəyə qoyuldu. Amma müəllif yerində icra başçısının atasının adı vardı. Əvvəlcə xeyli əsəbiləşdim. Sonra vecimə almadım. Yaxşı ki, baş rolu mənə verdilər. Pis oynamadım. Premyeradan sonra müəllif bizi qonaqlığa apardı. Cibimə yüz manat qoyub dedi ki, nə problemin olsa zəng vur. Təşəkkür elədim.
 
Kirayə pulunun əlindən cana yığılmışdım. Bir gün baş rejissor məni yanına çağırdı. Dedi ki, gözətçi ştatı almışam, onu sənə verim, gecə də burda qalarsan. Razılaşdım. Kitablarımı, kompüterimi gətirdim. Gəlirim də 100 manat qalxdı.
 
Baş rejissor hamımıza Şaxta Baba paltarı aldı. Dedi bundan sonra kim istəsə, evlərə gedib Şaxta Babalıq edəcək. Aktrisa az olduğu üçün Şaxta Babaların çoxu tək işləyirdi. Qar Qızla bir yerdə 40, təkcə Şaxta Baba üçün isə 20 manat alırdıq. Pulun da yarısı teatrın idi. Yarım saata 10 manat qazanırdım.
 
Sonra məni göndərdilər Parkdakı yolkanın yanına. Günə 30-40 manat pul qazanırdım. Uşaqlara şeir dedizdirirdim, onları əyləndirirdim. Bir dəfə iki oğlu ilə gələn ata mənə 50 manat verdi. Öz şəhərimdə yəqin ki, park Şaxta Babası olmağa razı olmazdım, utanardım. Amma burda məni teatrın işçilərindən başqa heç kim tanımırdı.
 
Bir gün iki qızla anası gəldi. Qızın biri balaca idi, o birisi böyük. Şeir dedilər, onlara konfet verdim. Anası mənə gizlicə iki bağlama verdi. Onu da uşaqlara verdim. Sonra şəkil çəkdirdik. Sağollaşıb getdilər. Balacanın üzü elə gülürdü ki, səhərki dilxorçuluğum da keçdi.
 
Dörd-beş gün sonra bir cavan oğlan gəldi. Əlində də bir şəkil. Soruşdu ki, bu sənsən? Qızların anaları ilə çəkdirdiyim şəkil idi. Dedim ki, hə mənəm. Cibindən çıxartdığı bıçağı ürəyimə soxdu. “Sən kimsən ki, əlini mənim arvadımın çiyninə qoyursan?”
Eşitdiyim son söz bu oldu. Yerə yıxıldım. Xəstəxanada ayıldım. Bir ay xəstəxanada yatdım.
 
Nailə
 
Məktəbdə yaxşı oxuyardım. Jurnalist olmaq istəyirdim. Şeir də yazırdım. Amma heç kimə göstərmirdim. O, əmimin oğlu idi. Məndən beş yaş böyük idi. Onlar kənddə yaşayırdılar, biz M. şəhərində. Uşaq vaxtı bir yerdə çox oynamışdıq.
 
Məktəbi qurtarıb qardaşlarının yanına, Moskvaya getdi. Mən 11-ci sinifdə oxuyanda qayıtdı. Bizə gəldi. Görüşdük. Hədiyyələr gətirmişdi. Şokoladlar, konfetlər, kolbasalar... Mənə əl vermədi. Dedim, yəqin böyümüşəm, artıq utanır.
 
Sabahısı gün anam məni mətbəxə çəkdi. Dedi Elman səninlə evlənmək istəyir. Razı olmadım. Dedim universitetdə oxumaq istəyirəm. Anam da qayıtdı ki, onsuz da bizim səni oxutdurmağa imkanımız olmayacaq, Elman səni Moskvada oxutduracaq. Rus sektorunda oxuyurdum. Moskvada universitet oxuyacağım arzusuyla qanadlandım. Elman da razılaşdı. Məni gəzməyə dəvət elədi. Onda dedi ki, özüm oxumamışam, heç olmasa sən oxu. Səylə imtahanlara hazırlaşdım. Moskva Dövlət Universitetinə daxil oldum. Yayda toyum oldu. Bir yerdə getdik Moskvaya.
 
Universitet evimizdən çox uzaq idi. Amma hər gün dərsə gedirdim, yaxşı da oxuyurdum. Amma bir gün Elmanın üzü döndü. Evə gəlib məni döydü, dedi ki, hamı lağ edir mənə. Deyirlər ki, yaxşı kişinin arvadı hər gün dərsə gedib başqa kişilərlə oturmaz. Mən təslim olmadım. Dərsə getməyə davam elədim. Hər gün davamız düşürdü. Axırda təslim oldum. Başqa neyləyə bilərdim ki? Bu yad, böyük şəhərdə öz gücümə necə qala bilərdim?
 
Birinci kursun axırında hamilə idim. Ərizə yazıb fasilə götürdüm. Gülnur doğuldu. O üç yaşına çatmamış Gülgün də doğuldu. Gülnurun məktəb yaşı çatanda Elman dedi ki, mən Moskvada qız oxuda bilmərəm. Qızlarımı da götürüm M.-ə qayıtdım. Elman da 4-5 aydan bir gəlib bir həftə, on gün qalırdı. Bizə vaxtlı-vaxtında pul da göndərirdi.
 
Nəhayət o gün... Gülnur ağlayırdı ki, məni Şaxta Babaya apar. Ağlı hələ kəsməyən Gülgün də ona qoşulmuşdu. Qızlarımı götürüb apardım parka. Şaxta Babaya şeir dedilər. Əvvəlcədən özüm düzəltdiyim hədiyyələri gizlicə Şaxta Babaya verdim. Qızlarım çox sevinmişdilər. Şəkil çəkdirdik. Şaxta Baba əsasını tutduğu əlini yüngülcə çiynimə qoymuşdu. İki nüsxə çıxartdırdım şəkli. Axşam qızıma yazdırdığım məktubla bir yerdə şəklin birini də zərfə qoyub ərimə göndərdim. Qoy qızlarını görüb sevinsin dedim. Axşam telefonla da danışdıq. Qızlar da danışdı. Şaxta babadan da danışdılar atalarına.
 
Yanvarın üçü idi. Bir də gördüm, qapı bərk-bərk döyüldü. Gözlükdən baxdım. Ərim idi. O gəlməli deyildi axı. Tez qapını açdım. Qapı açılan kimi uşaqlar onu gördü. Üstünə qaçdılar. Qızlara fikir vermədi. Məni itələdi, divana yıxıldım. Çox qəzəbli idi. Onu belə görməmişdim heç vaxt. Qayıdıb dedi ki, sənin əlindən Moskvada da qala bilmirəm. Kim şəkli görürsə, deyir ki, Şaxta Baba arvadını əlləyir, gör şəkildə belədirsə, şəkildən sonra neyləyiblər. Ağladım. Ona yalvardım ki, qulaq asma bu cür axmaq şeylərə.
 
Uşaqların ağlaşması məni lap dəli eləmişdi. Bu qədər əziyyət çək, onlara atalıq elə, analıq elə, müəllimlik elə, ataları da gəlib səni bu vəziyyətə salsın. Axırda bezdim. Dedim, sən yaxşı kişi olsan, uşaqlarının üstündə olarsan, gedib orda rus qızlarıyla gəzməzsən. Bunu deyən kimi gözümə qaranlıq çökdü. Yerə yıxıldım. “Rədd ol get matişkə məşuqənin yanına”. Eşitdiyim sön söz bu oldu. Cehiz xalçama qan damırdı. Elə o xalçanın üstündə öldüm.
 
Elman
 
Əmim əsgərlikdən sonra elə Moskvada qalmışdı. Əvvəlcə böyük, sonra ortancıl qardaşım onun yanına getdi. Mən hələ məktəbdə oxuyurdum. Əmimin qızını alan böyük qardaşım kəndə gəlmişdi. Dedi, məktəbi qurtar, əsgərlik işini pulla düzəldək, gəl yanımıza.
 
5 min manata hərbi bilet alandan bir həftə sonra getdim Moskvaya. Aeroportda məni ortancıl qardaşım qarşıladı. O subay idi deyə, onunla qalacaqdım. Bazarda meyvə satırdılar. Beş-on gün sonra bazarda meyvə satmağa başladım. Qardaşlarım meyvəni alıb gətirirdilər, mən də satırdım. Bir az sonra xalam qızını aldı qardaşım. Mən tək qaldım. 2-3 il sonra anam xəbər göndərdi ki, əmin qızı Nailəni sənə almaq istəyirik. Mən razı oldum. Gözümün qabağında böyümüşdü Nailə. Burda bir qızım vardı, mənə kömək edirdi bazarda. Onunla olurdum, amma onu almaq ağlımdan da keçmirdi. Bunlar kef çəkmək üçün idi, evlənmək üçün deyildi.
 
Nailəni mən görəndə balaca qızı idi. İndi xeyli qəşəngləşmişdi. Deyirdi, oxumaq istəyirəm. Başqa yolum qalmadı, dedim Moskvada universitetə gir, orda oxuyarsan. Girdi də. Amma qardaşlarım, bazardakı yoldaşlarımın əlindən bezar oldum. Bütün günü mənə lağ edirdilər, arxamca danışırdılar. Deyirdilər ki, universitetdə qızlar boş otaqlarda sevişirlər. Qızları yataqxanaya aparıb orda kef çəkirlər. Mən də dözə bilmirdim. Bir-iki dəfə işimi atıb universitetə, onun dalınca getdim. Tək çıxdı. Avtobusa mindi. Düz bir həftə arxasınca getdim. Bir-iki dəfə də gözünə göründüm, yalandan dedim ki, burda işim vardı. Məqsədim oydu ki, narahat olsun, bilsin ki, onu izləyirəm, ağlına başqa şey gətirməsin.
 
Bir gün işdən çıxandan sonra vurmağa getdik. Mağazadan 3 araq götürüb getdik “Şəki” kafesinə. Orda xeyli vurduq. Məclis yaxşı gedirdi. Lap axırda mənim satıcı qonşum qayıdıb dedi ki, istəyirəm işdən tez çıxıb universitetə gedim, yaxşı qızlar olur orda, bəlkə birini tutdum. Rusca düz-əməlli bilmirdi, qız tutan-zad da deyildi, sadəcə, mənə ilişirdi. Mən də stolun üstündəki butulkanı götürüb ona vurdum. Bizi sakitləşdirdilər. Daha oturmayıb evə gəldim. Nailəyə dedim ki, daha universitetə-zada getmirsən, qaxılıb oturursan evdə. Nailə ağladı, mən də dediyimi dedim, üstəlik qətiyyətimi göstərmək üçün bir-iki dənə də ilişdirdim. 2-3 ay gününü göy əskiyə bükdüm. Amma çox vurmurdum. Hamilə idi çünki. Uşağa bir şey olardı. Analıq məzuniyyətinə çıxdı. Daha qoymadım getməyə. Birinci uşağımız oldu. Adını da Nailə qoydu: Gülnur. Ad xoşuma gəlmişdi. Ona görə də razılıq verdim.
 
Gülnurdan sonra Gülgün oldu. Gülnurun 6 yaşı olanda Nailəyə dedim ki, mən Moskvada qız uşağı oxudan deyiləm, qayıt Azərbaycana. Bir az pul yığmışdım, ev aldım ona M.də.
 
Tez-tez gedirdim yanlarına, hər ay 500 dollar göndərirdim. İki-üç gündən bir telefonla danışırdıq. Yeni İl qabağı gəlmək istəyirdim, amma heç cür alınmadı. Uşaqlara yeni il üçün 300 dollar göndərdim. Onlar da mənə məktub yazmışdılar. Şaxta Baba ilə çəkdirdikləri şəkli də göndərmişdilər. Əvvəlcə şəkildə bir şey hiss eləmədim. Şaxta Babanın ağac tutduğu əli Nailənin çiyninə dəyirdi, o biri əlini də Gülnurun çiyninə qoymuşdu.
 
Şəkli stolumun üstündən asdım. Beş-altı gün sonra bütün bazar bu şəkildən danışmağa başladılar. Özü də məni əsəbiləşdirmək üçün mənə Şaxta Baba deyirdilər. Biri söz çıxartmışdı ki, Şaxta Baba məktəbdə müəllimdir, Nailənin məşuqəsidir. Bir nəfər guya onları bir yerdə evdən çıxanda görüb. Əvvəlcə vecimə almadım. Amma bu uzun müddət davam etmədi. Qardaşlarımdan da xəbərsiz təyyarəyə minib M.-ə gəldim.
 
Əvvəlcə parka gedib Şaxta Babanı tapdım. Şəkli göstərib dedim ki, bu sənsən? “Hə” deyən kimi bıçağı düz ürəyindən vurdum. Sonra evə gedib Nailəni vurdum. Bıçağı cibimə qoyub polisə getdim. Qardaşlarım pul töküb məni ömürlük həbsdən qurtardılar. 15 il iş aldım. Keçən dəfə evə zəng vurub anama dedim ki, uşaqları gətirin yanıma. Qızlarım məni görmək istəməyiblər. İndi Gülgünün 15 yaşı var, Gülnurun 18. (kulis)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

bitmap-img3

Rakurs

Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?

bitmap-img3

Seçmələr

Mikayıl Cabbarov iki nəfəri işdən qovdu: Rüşvət alarkən tutulublar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru