Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənc həkimlər rayonlara niyə getmirlər?



Azərbaycanın bölgələrində, əsasən də kənd yerlərində olan xəstəxanalarda, həkim ambulator və feldşer-mama məntəqələrində kadr çatışmazlığı var


Bəs, görəsən, gənc həkimlər kəndlərdə olan vakant yerlərə niyə müraciət etmirlər?

Hazırda Yevlax rayonunun kəndlərində 25 həkimə ehtiyac var. Lakin bu boş yerləri tutmaq istəyən, demək olar ki, yoxdur. Uzun illərdir rayonun  Aran tibb məntəqsinin baş həkimi olan Mübariz Qurbanov deyir ki, gənc həkimlərin kəndlərə gəlməməsi  onların şəhər yerinə üstünlük verməsi ilə bağlıdır. O isə institutu bitirəndən sonra təyinatla kəndə gəlib və seçimindən peşman deyil: "Mənim bütün gənclərə müraciətim odur ki, kəndlərdən çəkinməsinlər, gəlsinlər. Özləri də görəcəklər ki, kənddə işləmək şəhərdə işləməkdən gözəldir".

Aran qəsəbə sakini Kənan Poladov bildirib ki, rayon mərkəzinə hər dəqiqə getmək olmur. Təcili olaraq tibbi yardım göstərmək üçün onlara həkim lazımdır.
Həkimlərə olan ehtiyac nəzərə alınaraq, Yevlax Rayon Mərkəzi Xəstəxanası tibb işçilərinin kənd yerlərinə cəlb edilməsi istiqamətində işlər görür. 

"Tibb texnikumlarının müdiriyyəti ilə əlaqə yaradıb, görüşlər keçirmişik. Onların işə cəlb olunması üçün yaradılan şəraitlə bağlı məlumatları çatdırmışıq" deyə Yevlax RMX-in baş həkiminin müavini Kəmalə Məmmədova bildirib.

Xatırladaq ki, Yevlax rayonu üzrə 39 tibb müəssisəsi fəaliyyət göstərir. Onlardan 4-ü xəstəxana, 13-ü kənd həkim məntəqəsi, 22-si tibb məntəqəsidir. Rayonda 203 həkim, 516 orta tibb işçisi çalışır. (region tv)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar