Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəlinlikləri korlayan şəxs mağaza sahibinin keçmiş şəriki ola bilər

Gəlinlik mağazasına daxil olaraq paltarları yararsız hala salan şəxsin kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır. Hələ dəqiq müəyyən olunmasa da, həmin hadisənin mağaza sahibinin keçmiş şəriki tərəfindən təşkil edikməsi ehtimalı var


Bu barədə virtualaz.org saytına Yasamal rayon 26-cı polis bölməsindən məlumat verilib.

Bölmədən onu da bildiriblər ki, digər bir ehtimal da var ki, bunu mağaza sahibinin qızı ilə düşmənçilik aparan şəxs törədə bilər.

“Hələ ki həmin şəxsin kimiliyini müəyyən edə bilməmişik. Hazırda əlimizdə kamera qeydləri var. Kamera qeydləri əsasında bu iki ehtimal üzərində araşdırma aparılır”.

Qeyd edək ki, hadisə iyunun 27-si, təxminən səhər saat 11 radələrində baş verib. Paytaxtın Azadlıq prospektində yerləşən gəlinliklər satılan mağazaya gənc oğlan daxil olub. Həmin şəxs bir göz qırpımında gəlinliklərin üstünə qara məhlul töküb və qaçıb.

Təxminən 40-a yaxın gəlin paltarı istifadəyə yararsız vəziyyətə düşüb. Mağaza sahibinin sözlərinə görə, ona təxminən 120 min manatlıq ziyan dəyib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Ətrafdakı kameralar vasitəsilə hadisəni törədən şəxsin görüntüləri əldə edilib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar