Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəl ondan başlayaq ki...

Şəhriyardan yeni şeir


Tanınmış şair Şəhriyar del Geraninin yeni şeirini təqdim edirik:
 
Gəl ondan başlayaq ki,
ondan başlayaq ki,
hər şey dəyişir
Təkamül - meymunun deyil,
insanın insana dönüşüdür bir az.
Fəlsəfəyə bağlama lütfən,
Mən səni hər gün bir az daha çox sevirəm.
Hər gün bir az daha həyəcanlı olur səni sevmək çünki.
Hər gün bir az daha əsir əllərim
bir az daha başqa olur hər şey bir az
bir az daha mərhəmətli oluram atılmış uşaqlara,
oyuncaqlara qarşı sanki.
İnsan - mərhəmətli ola bilirmiş demək...

Gəl ondan başlayaq ki,
ondan başlayaq ki, mən səninçün yaşaya bilirəm hər gün bir az
yəni
günəşin günəş,
yağışın yağış,
küləyin külək olduğunu görə bilirəm bir az,
romantikaya bağlama lütfən,
gəl ondan başlayaq ki,
mən səninçün hər gün bir az ölə bilirəm,
romantik tərəfi vardır əlbət bir az.
İnsan - romantik də ola bilirmiş demək...

Gəl ondan başlayaq ki,
ondan başlayaq ki,
Allah hər şeyi görür... və heç kəsi tərk etmir,
məsələn, ananla gedirsə,
yəni bir qadınla səni tərk edirsə,
başqasıyla dönür sənə yenidən doğulmağınçün.
Romantikaya bağlama lütfən,
İnsan - yenidən doğula bilirmiş demək...

Gəl ondan başlayaq ki,
Ondan başlayaq ki, “Sənsiz olmur” deyirsən və dodaqların titrəyir,
əllərindən öpürəm - dodaqların titrəyir
üzündən, gözündən, dizindən öpürəm - dodaqların titrəyir
şərab süzürəm, dişlərinə toqquşdururam - dodaqların titrəyir
“sənsiz olmur” deyirsən, “vallah olmur” deyirsən - dodaqların titrəyir,
Niyəsini bilmirsən,
Bilmirsən niyə titrəyir dodaqların?
Bir portağal niyə portağaldırsa, eləcə də “mənsiz olmur”,
sənsiz də olmur əlbət
bir heyva niyə heyvaysa.
Cəhalətə bağlama lütfən,
Sevmək - “alma”nın kimə çatacağını bilməməkdi  bəzən
bir az nadanlıqdır həm də,
bütə qayıdışdır bir az,
Hər nəysə,
Gəl ondan başlayaq ki,
ondan başlayaq ki,
Əyil ayaqlarından öpüm...(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar