Xəbər xətti

23 MAY

13:07 ƏƏSMN sistemindəki yeyintilərin kilid ismi: Əjdər Ol - İttiham

13:04 Çoxuşaqlı ailə məfhumu beşdən üçə endirilsin

13:00 “Abituriyentlərin intiharına görə mətbuat günahkardır”

12:55 Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu

12:52 Rusiyanın TANAP təşvişi: TANAP layihəsi ruslarda niyə qorxu yaradır?

12:48 Banklardan oğurlanmış milyonlarla vəsait donduruldu

12:45 Hadı Rəcəbli: ““Facebook” ailələri dağıdır”

12:41 Qazaxıstanın millimizlə oyun üçün heyəti açıqlandı

12:37 Cəlilabadda büdcə pulları qarət olunur

12:33 Nazir aparat rəhbərini işdən azad etdi

12:29 Deputat: “Qız qaçırma insan oğurluğu deyil”

12:26 Hadi Rəcəbli: “Məni niyə təhqir edirlər?”

12:23 Hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

12:18 Bill Geytsdən yay mütaliəsi üçün məsləhət

12:15 Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər

12:11 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:07 Səhərlər daim yorğun olanlara xəbərdarlıq

12:03 Xalq artisti: “Uşaqlarımı az görürəm”

12:00 29 yaşlı oğlan intihar etdi

11:56 Nazirliklərdə boşalan yüksək postlar

11:53 “Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”

11:48 4 ayda Azərbaycana 847 midən çox turist gəlib

11:45 Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

11:41 “Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil”

11:37 Erməni hərbçi postda ölü tapıldı

11:33 “O, Bakının riyakar və etibarsız müttəfiqidir”

11:30 “TANAP Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək”

11:26 Qızıl ucuzlaşıb

11:22 Tiflisdə itkin düşən azərbaycanlı tələbə tapıldı

11:19 Bərdədə maşın piyadanı vurdu

11:16 Xaricdə pulsuz təhsil bərpa edilsə, nə baş verəcək?

11:12 ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

11:09 ABŞ İranı içdən dağıtmaq istəyir - Təhlil

11:05 Əkilməyən torpaqlar geri qaytarılır

11:01 Azərbaycanlı aktrisa modellik edəcək

10:57 “May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

10:54 Amerikalı yazıçı vəfat edib

10:50 Narkotik maddələr becərən şəxslər tutuldu

10:47 Cavid Qurbanov: “İndi adam balası kimi işləyirlər”

10:42 Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb

10:38 NASA Günəşdə nəhəng dəlik aşkarladı

10:34 Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək

10:31 Saxta əlillik problemi və Səlim Müslümovun populizmi - Problem həll olunacaqmı?

10:27 5 yazıçımıza “Ədəbiyyat adamı” mükafatı verildi

10:23 Azərbaycan nefti bahalaşdı

10:20 Türkiyədə 70 hərbçinin həbsinə sanksiya verilib

10:16 Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib

10:12 Su İdmanı Sarayında məşq edərkən öldü

10:08 Azad Rəhimovun oğluna: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”

10:04 Problemli kreditlər yenidən gündəmdə

10:00 Gədəbəydə güclü yağış bəzi fəsadlar törədib

9:55 Neft ucuzlaşdı

9:50 BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi dinlənilib

9:46 Sabirabadda narkotik əkən iki yeniyetmə saxlanıldı

9:42 Parisdə 100 tələbə saxlanıldı

9:38 Çimərliklərdə monitorinqlər başladı

9:34 Atəşkəs 92 dəfə pozulub

9:30 73 yaşlı qadın baş prokuror təyin edildi

9:25 Əli İnsanov azadlığa buraxıla bilər

9:21 “Milan” Avropa Liqasından uzaqlaşdırıla bilər

9:17 OPEK iyunda neft hasilatının həcmini artıra bilər

9:13 Kamçatka sahillərində güclü zəlzələ olub

9:08 AST Telmanın obyektinin qiymətini 300 milyon endirib, yenidən satışa çıxardılar

9:04 İsrail təyyarələri Qəzza zolağına zərbələr endirib

9:00 Həftəsonu əfv sərəncamı veriləcək

0:55 Kral Salmana qarşı qiyam hazırlanır

0:48 Avropa İttifaqı - Azərbaycan danışıqlarının növbəti mərhələsi keçiriləcək

0:36 Fransızlar dünyanın ən kiçik evini tikdilər

0:28 Ölkəyə benzil idxalı artıb

0:16 “WhatsApp”da yenilik

0:03 Bu gün bürcünüz nələr vəd edir?

22 MAY

23:55 3 alpinist Qubada niyə həlak olub?

23:42 Yaşıl çay yaddaş xəstəliklərini məhv edir

23:38 Kərə yağı adı ilə satılan yağlar ziyanlıdırmı?

23:25 ABŞ səfirliyinin əməkdaşları Venesueladan qovuldu

23:12 Tokio London və Amsterdamla əməkdaşlıq edəcək

23:07 Litvaya 1500 vahid hərbi texnika gətiriləcək

22:59 8 polkovnik həbs edildi

22:44 Ukrayna ilk dəfə bu raketi sınaqdan keçirdi

22:39 Beyons tarixi abidəni satın aldı

22:26 Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb

22:11 Ramazan ayının yeddinci gününün duası

22:04 Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb

21:57 Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

21:44 Maduro növbəti 7 il müddətinə prezident elan edildi

21:37 Ölkənin qızıl-gümüş bazarı bahalaşdı

21:25 İngiltərə Futbol Assosiasiyası “Arsenal” klubunu cərimələyib

21:12 ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü keçirildi

21:03 İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı

20:55 Prezident yol polisləri ilə bağlı sərəncam imzaladı

20:47 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

20:36 “Kataloniya üsyanı”na Rusiyanın müdaxiləsi təsdiqlənib

20:24 Şimali Kipr türk lirəsindən imtina edir

20:12 Kredit ittifaqları bir-brinin ardınca niyə ləğv edilir?

20:05 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

20:01 Pakistanda son 4 gündə 65 nəfər istidən ölüb

19:55 Kürdəmirdə avtomobil aşdı: yaralılar var

19:51 TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

19:47 Ulduz futbolçu Kəbəni ziyarət etdi

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi



ANALİZ

...

Gədəbəy xanədanının hökmdarı

Tarix 26.11.17, 12:34

Font ölçüsü : - / +
bitmap-img6


Başımız manıs-müğənni söhbətlərinə qarışdı, ölkənin gündəminə oturacaq məsələlərdən biri tamamilə yaddan çıxdı, nə sosial şəbəkələrdə, nə də peşəkar mediada müzakirə olunmadı


Söhbət ölkənin qərbində yerləşən bir rayonun icra hakimiyyəti başçısının özünü ayrıca götürülmüş bir cırtdan dövlətin hökmdarı kimi aparmasından gedir.

Rayonun adı - Gədəbəy, başçının ad-soyadı - Ramiz Yediyarov.

Bu rayon inzibati baxımdan Azərbaycan Respublikasına tabedir. Ancaq onun başçısının hərəkətlərinə baxanda hiss olunur ki, bu, formal xarakter daşıyır, sanki Gədəbəy artıq öz müstəqilliyini elan edib, Lüksemburq kimi knyazlığa və ya Andorra kimi kiçik respublikaya dönüb.

Nədən ki, bu rayonda Azərbaycan Respublikasının qanunları işləmir. Yediyarov hesab edir ki, Gədəbəydə şah da odur, hakim də, dağlar da onundur, fərman da.

Bu günlərdə əməkdaşımız o rayonda olmuş, geniş materiallar hazırlamış, fotoşəkillər və videogörüntülər çəkmişdi.

Bəlkə də reportyorumuz sadəcə yazı materialı hazırlamaqla kifayətlənsəydi, oxucular, əlaqədar instansiyalar hesab edərdilər ki, burada şişirtmə, təhrif var.

Ancaq videomaterialda aydınca görünür ki, İH başçısı sahibkarın ticarət obyektinin önünü necə hasarlayıb, tikdirməkdə olduğu evi necə dağıtdırıb, insanlar yola çıxmaqdan ötrü hasara nə cür dırmaşmağa məcbur olurlar.

Dünyanın harasıdır, hansı zamandır ki, bir İH başçısı “mənim kefim belə istəyir, bu rayonun ağası mənəm, mən necə istəyirəm, elə olmalıdır” deyə, qanunsuz tələblər irəli sürə, öz dağıdıcı iradəsini yeridə bilir?

Anladıq, adamın əlinin üstündə əl yoxdur, rayonu ona tapşırıblar, pisi də ondan soruşulur, yaxşısı da. Bəs bu dərə-zoru adama nəzarət olunmurmu? Ondan gələn bu kimi siqnallara reaksiya verilmirmi?

Tutaq ki, bir sahibkar, müəllim, adi adam hansısa məclisdə İH başçısının qabağına qaçmayıb, onunla ikiəlli, belibükük vəziyyətdə görüşməyib, demək, bu adam o rayondan sürgün olunmalıdır?

Bu, nə idarəçilikdir, bu, nə ədalətdir? Bu adam o ixtiyarı hardan alıb ki, camaatın çörək ağacının kökünü qurutsun, özünü rayondan didərgin salsın, həbs etdirməklə, içəridə çürütdürməklə hədələsin?

Bunları Bruney sultanı edə bilər, 500 il əvvəlin xanədanlığı kimi bir şeydir, nə BMT tanıyır, nə ATƏT, nə AŞ, nə beynəlxalq qurumlar. Amma demokratiyaya keçid dövrü yaşayan, idarə edənləri seçki yolu ilə müəyyənləşən bir ölkədə heç kəsin “burda mənəm, Bağdadda kor xəlifə” ədası sərgiləmək lüksü yoxdur.

Yediyarovdan əvvəl də bu kimi hərəkət edən İH başçıları olub. Hələ də var. Az qala hər iki rayondan birinin başçısı bu gündə, bu ədadır.

Onlar hesab edirlər ki, bir rayonu yaxşı idarə etməyin ən etibarlı yolu, şəriksiz hökmran, xan olmaqdır.

5-6 il əvvəl Qubanın İH başçısı Rauf Həbibov da belə edirdi, sonda gördük, adamı bir səfeh cümləsinə görə necə hoydu-hoyduya götürdülər. Çünki o ifadə bardağı daşıran son damla olmuşdu. Bundan əvvəl Həbibov bənzər hərəkətləri ilə camaatın səbir kasasını ləbələb doldurmuşdu.
4-5 il əvvəl İsmayıllıda baş verənləri xatırlayaq. İH başçısı olan əmisinə güvənən harın gənc yerli camaatı təhqir etdi, bütün rayonu özünün, nəslinin əleyhinə qaldırdı, nəticədə atasının da, əmisinin də siyasi karyerasını baltaladı.

Belə hərəkətlərin, “gedin, kimə istəyirsiniz, şikayət edin” tövrünün, “mən deyən olmalıdır” amiranəliyinin, “hamısı mənim” deyə hər şeyə sahib olmaq tamahkarlığının sonu yoxdur.

Bu cür şikayətlər, narazılıqlar kor balta kimidir, vuracaqlar, vuracaqlar və bir gün kəsəcək. Bir axşam AzTV-nin xəbərlər bülletenində belə bir xəbər oxunacaq: “Yediyarov Ramiz Qəni oğlu işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub”.

Hamı da bilir ki, iş bununla yekunlaşmır. İşdən götürülən tamahkar məmurların hansısa işə görə cinayət məsuliyyətinə cəlb edilməsi, bu minvalla onun topladığı sərvətini əlindən alınması proseduru başlanır.

Gələcəkdə bu işdə əsas fiqurant olacaq şəxslər də indidən bəllidir. Bunlar Yediyarovun zülmünə məruz qalan sahibkarlar, sıravi adamlardır.

Sonra onlar haqqını tələb edəndə bəziləri ağız büzəcəklər, “sabiq İH başçısının üzünə dururlar” deyəcəklər.

Amma onlar elə indidən də üzə dururlar, haqlarını müdafiə edirlər.

Bu mövzunu müzakirə etmək lazımdır, insanlar “haqq-ədalət” deyə bağıra-bağıra qalıb. Yoxsa gitaralı oğlanın “ayəə” deyə bağırtısında dərin fəlsəfi məna axtarmağın yeri yoxdur.(musavat.com)



 Xalid KAZIMLI

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

“May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

“Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru