Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidən olan 12 şagird 600 bal topladı


Füzulidən olan şagirdlər qəbul imtahanlarında yüksək nəticələr əldə edib


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, son 4 il ərzində rayonunun orta ümumtəhsil məktəblərinin məzunları qəbul imtahanlarında daha da yüksək nəticələr əldə edib. 

Əgər 2011-2012-ci qəbul ilində rayondan 130 nəfər ali məktəbə qəbul olunmuşdusa, 2012-2013-cü ildə bu rəqəm 142 nəfər, 2013-2014-cü ildə 196 nəfər, 2014-2015-ci ildə 231 nəfər, 2015-2016-cı qəbul ilində isə 266 nəfər olmuşdur. O cümlədən 17 şagir Ali Hərbi məktəb və hərbi liseyə, 11 şagird Bədən Tərbiyəsi və İdman Akademiyasına, 7 şagird isə müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. 

İllər üzrə ali məktəblərə daxil olanların sayında artım olduğu kimi yüksək bal toplayanların sayı da ilbəil artmaqdadır. Belə ki, əgər 2014-2015-ci qəbul ilində 23 şagird 500, bunlardan 6 şagird 600 baldan yuxarı nəticə göstərmişdisə, bu il ali məktəblərə sənəd verənlərin 43 nəfəri 500, 12 şagird isə 600 bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmaq imkanı qazanıb. 

Qeyd edək ki, qəbulda ən yüksək nəticəni düşmən səngərinin bir neçə yüz metrliyində olan Şükürbəyli kənd orta məktəbi və məcburi köçkünlərin sıx məskunlaşdıqları Qayıdış qəsəbələrinin məktəbləri göstərib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar