Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə yeni yaşıllıq zolaqları salınır

Füzuli rayonunda ekoloji tarazlığın qorunması, floranın daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə Horadiz-Bakı magistral avtomobil yolunun kənarlarına qoz tinglərinin əkilməsinə başlanıb


Artıq bu məqsədlə Zaqatala rayonundan 1500 ədəd qoz tingi gətirilərək magistral avtomobil yolunun kənarında əkilmişdir. Əkilən qoz tinglərinə aqro-texniki qaydada qulluq edilir, onların qorunub saxlanılması, suvarılması nəzarətdə saxlanılır. 

Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində Heydər  Əliyev  Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilmişdir. 

Ümumiyyətlə son yeddi il ərzində isə rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, 80000 minə yaxın çəkil ağacı, 100000 mindən çox qızıl gül və minlərlə müxtəlif növ ağac və dekorativ kol əkilmişdir. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir. 
Füzulililər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinini daim diqqət mərkəzində saxlayırlar.  

Rayonda təbiətin ağ ciyərləri hesab olunan yaşıllıq zolaqlarının genişləndirilməsi, park və xiyabanların salınması, yeni ağac və gül kollarının əkilməsi işləri iməcilik, şüar xarakterli deyil, aidiyyati idarə müəssisələrin, bələdiyyələrin gündəlik işi kimi həyata keçirilir.  

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar