Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə pambıq yığımı davam edir

Prezident cənab İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir


Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilmişdir. Pambıq əkilən 2050 ha sahəsi MKT İK MMC,  Füzuli Kənd Təsərrüfatı MMC, CTS AQRO MMC ilə müqavilə bağlanılmaqla becərilib. Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilib, onların məşğulluğu təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilmişdir.

 Hazırda rayonda pambıq yığımına başlanılmışdır. Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 70 tondan artıq məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilmişdir. Orta məhsuldarlıq isə 23-25 sentner olmuşdur. Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində kilmiş 2050 ha sahədə füzulili pambıq istehsalçıları tərəfindən 4000 tona yaxın məhsul yığılması gözlənilir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilmiş və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə  qərargah yaradılmışdır.

Rayonun pambıq istehsalçıları yığdıqları məhlulu MKT İK MMC-nin pambıq tədarükü  məntəqəsinə o cümlədən rayon ərazisində tikilən pambıq qəbulu məntəqəsi təhvil verirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar